Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm İbrahimbəyovdan həmkarlarına müraciət


Milli Kino Günü ilə bağlı Azərbaycan Kinomotoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov həmkarlarına müraciət edib


Həmin müraciəti təqdim edirik: 

“Əziz dostlar, həmkarlar! Bu il Milli Kinomuzun 117 yaşı tamam olur. Bu müddət ərzində Azərbaycan kinemotoqrafçıları öz xalqına sevgisinə və mədəni ənənələrə bağlılığına sadiq olub. Həmkarlarımızın ən layiqliləri həmişə çətin tarixi şəraitdə ölkəmizin və kinemotoqrafımızın gerçək maraqlarını qoruyub. İttifaqımızın mükafatlarının bu ilki laureatları öz fəaliyyətlərində və əsərlərində Milli Kinomuzun ən yaxşı xüsusiyyətlərini əks etdiriblər. 

Bir daha hamınıza salamımı və xoş arzularımı çatdırıram. Daha neçə-neçə illər bir-birimizi yaradıcı uğurlar münasibəti ilə təbrik etmək üçün Allah yardımçımız olsun.”

Azərbaycan Kinemotoqrafçılar İttifaqı hər il olduğu kimi bu il də Kino Günü münasibətilə yaradıcı uğurlara görə mükafatların sahiblərini müəyyən edib. İttifaqın katibliyinin qərarına əsasən, bu il aktrisa Mehriban Zəki “Son illərin yaradıcı uğurlarına görə”, animasiya rejissoru Cavid Əhədov “Köhnə saat” animasiya filminin rejissor həllinə görə”, bəstəkar Cavanşir Quliyev “Milli Kinemotoqrafiya qarşısında xidmətlərinə görə” təltif olunublar.

Xatırladaq ki, 1963-cü ildə təsis olunan Azərbaycan Kinemotoqrafçılar İttifaqı ilk və üzvlərinin sayına görə ən böyük kino təşkilatıdır. Layihələri çərçivəsində Bakı Kino Məktəbi, “Şərq-Qərb” Beynəlxalq Kinofestivalı, “Qızıl Çıraq” peşəkar mükafatının kinomuzun inkişafında ciddi rolu olub. (aznews.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar