Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusların İŞİD-ə qoşulmaq üçün Azərbaycan yalanı

Rusiyadan terror təşkilatlarına qoşulan vətəndaşların sayı açıqlanıb


Anspress bildirir ki, 3 min nəfər Rusiya vətəndaşı xaricdə terrorçuluq fəaliyyəti ilə məşğul olur.

Bu barədə məlumatı Rusiyanın Terrorçuluğa Qarşı Milli Komitəsi rəhbərinin birinci müavini Yevgeni İlyin verib. O deyib ki, vətəndaşlar əsasən Azərbaycan, Belarus, Ukrayna, Türkiyə və Misirdən keçməklə terror qruplaşmalarına qoşulurlar.

Vətəndaşların qeyri-qanuni silahlı birləşmələrə qoşulmalarının əsas səbəbi kimi onların təhsil ala bilməmələri və maliyyə çətinlikləri göstərilir.

Onlar ölkədən təhsil almaq, istirahət etmək və ya biznes qurmaq bəhanəsi ilə çıxırlar. Lakin daha sonra Suriyaİraq ərazisində fəaliyyət göstərən terror təşkilatının tərkibində döyüşürlər.

Terror təşkilatlarına Rusiyanın xüsusilə Şimali Qafqaz regionundan qoşulurlar.

Ötən ilin sentyabrında daxili İşlər naziri Vladimir Kolokoltsev İŞİD terror qruplaşmasının tərkibində 1800-dən çox Rusiya vətəndaşının vuruşduğunu demişdi. Həmin terrorçular Rusiyanın dəstəklədiyi Suriya prezidenti Bəşər Əsədə qarşı mübarizə aparırlar.

Rusiya prezidenti Vladimir Putin açıqlamalarında bəyan edib ki, Suriyada döyüşən terrorçuların ölkələrinə qayıtması gələcəkdə böyük problemlərə səbəb ola bilər. Buna görə də Rusiya ötən il sentyabrın 30-da Suriyada İŞİD və digər silahlı birləşmələrə qarşı mübarizəyə başladı. Əməliyyatlar nəticəsində Suriyanın bəzi əraziləri İŞİD terror təşkilatından azad edildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar