Xəbər xətti

26 MAY

18:00 Fransada atışma: ölənlər var

17:52 National Geographic: “Azərbaycan təəccübləndirməyə qadirdir”

17:46 Gürcüstanda müstəqillik günü qeyd olunur

17:41 Ərdoğan: “Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək”

17:35 Yəməndə milli barışıq elan edilir

17:30 İsveçrə millisinin ilkin heyəti açıqlandı

17:24 “Prezident yeni xidməti məhz buna görə yaratdı”

17:19 “ABŞ bazalarına ilk zərbəni biz endirməyəcəyik”

17:13 İtaliyanın dövlət başçısından İlham Əliyevə təbrik

17:08 “Beşiktaş”dan ilk transfer

17:04 Suriyada nöbvəti terror: 2 ölü, 50 yaralı

17:00 1 gündə 21 borclu şəxs tutuldu

16:53 Dövlət Neft Fondu fəaliyyəti dövründən bəri gəlirlərini açıqladı

16:48 Şirvanda 62 yaşlı qadın itkin düşüb

16:42 Türkiyədə tələbələrin avtobusu yandı: 14 yaralı

16:38 Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub

16:34 Koreya liderləri yenidən görüşdü

16:30 Qusarda traktor kanala aşdı: 1 ölü

16:26 “Total” şirkəti “Şimal axını-2“ qaz kəməri layihəsində iştirakdan imtina etdi

16:23 Deputat: “Özümü 40 yaşında hiss edirəm”

16:17 Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq

16:12 Qızqaçırma adam oğurluğudurmu?

16:08 “Aynur Dadaşova kiminləsə dava edəndə efirə çıxır”

16:05 Tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 20% artırıb

16:00 Göygöldə yük maşını aşıb: 2 ölü

15:56 Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edib

15:52 Almeyda yığmadan kənarlaşdırıldı

15:47 Masallıda 16 yaşlı qız itkin düşüb

15:43 Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

15:38 Naxçıvanda 5 məhkum əfv olundu

15:35 Azərbaycanlı tələbə özünü öldürdü

15:31 Nazənin onu tənqid edənlərə cavab verdi

15:27 Sabahın hava proqnozu

15:23 Finlandiya prezidentindən təbrik

15:19 ASAN E-gov modeli Cənubi Koreyada təqdim olunub

15:15 Zəncirvari qəzada 19 nəfər öldü

15:12 Bakıda simsiz rabitənin əhatəsi genişləndirilir

15:09 Futbolçular və azarkeşlər hakimi döydülər

15:05 Astarada evdən 25 min oğurlanıb

15:00 Azərbaycanlı gənc təhsil haqqını kazinoda uduzdu və intihar etdi

14:54 Bakıda yol qəzası: ölən və yaralanan var

14:48 “Ədəbiyyat adamı” mükafatı təqdim olundu

14:42 Bakıda yenə nömrəsiz maşınlar şütüyür - Foto

14:36 Astarada polisi silahla hədələyən şəxs saxlanıldı

14:30 Mundialın açılış saatı açıqlandı

14:24 “Ona nə qədər xərc çəkdim” - Nazənin ölən qardaşı haqda

14:18 Kimsəyə sirr deyil, deputatdan başqa…

14:12 Masallıda 16 yaşlı qız itkin düşüb

14:06 83 yaşlı qadın intihara cəhd edib

14:00 Bu müəllimlərin maaşı artacaq

13:47 “Ağır şərtlər altında yoxdan dövlət quruldu” - Şahin Məmmədov

13:44 Nazir sərxoş halda qadınlarla tutuldu - Fotolar

13:38 ““Real Madrid“ güclüdür, amma...” - Klopp meydan oxudu

13:32 Bakıda qadınları rüsvayçılıqla şantaj edən şəxs tutuldu

13:26 Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

13:20 57 yaşlı aktyor ilk dəfə evləndi

13:14 Bakıya 350 kilo dopinq gətirildi

13:08 “Məcburi köçkünlərin 12 faizi yoxsuldur” - Dövlət Komitəsi

13:02 Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb

12:57 Qəzalı obyektlərdə yaşayan köçkünlərlə bağlı rəy - “Dərhal köçürülməli…”

12:51 AXCP rəhbərliyindən daha 3 nəfər həbs olunub

12:45 Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

12:39 Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

12:33 İmperator II Nikolayın varisi Krım körpüsündən keçəcək

12:27 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin gündəliyi açıqlandı

12:21 63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı - Video

12:15 İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir

12:09 Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı

12:03 Ərdoğan Qüdsə “Müsəlman NATO-su” göndərmək istəyir

11:58 Bu dəfə o, təcavüzdə ittiham edilir

11:52 Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb

11:46 ““Liverpul”la şanslarımız bərabərdi” - Zidan

11:40 Putin dünya çempionatındakı favoritini açıqladı

11:34 Əməkdar artist İlhamə Quliyevanı parodiya etdi - Video

11:28 Ölkəmizdə elektron ticarətin inkişafı ləngiyir: çıxış yolu nədir?

11:22 Azərbaycanla Avropa İttifaqı arasında miqrasiya məsələləri müzakirə olunub

11:16 Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü

11:12 Ərdoğan Qarabağ məsələsini Seçki Bəyannəməsinə daxil etdi

11:10 Ov mövsümü başladı - Nazirlik siyahını açıqladı

11:04 Neft ucuzlaşıb

10:59 “Şübhə var ki, bu gün-sabah Ukraynanı ora daxil edəcəklər” – Putin

10:53 Yeməyi gec bişirdiyinə görə benzini arvadının üstünə töküb yandırdı

10:50 Tramp Bakıdan donos yazan diplomata vəzifə verir

10:47 Tramp fikrini dəyişdi: 12 iyunda görüş baş tuta bilər

10:41 “Təhsilimizin ən ciddi problemlərindən biri də təhsildən yayınmadır” – Ekspert

10:35 Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

10:29 Rüfət Aslanlının bir səlahiyyəti də əlindən alındı

10:23 Abidinin abinin, mister Tasderin həyat hekayəti

10:17 Yük maşını aşıb – İki nəfər ölüb

10:11 “Ərdoğan təzyiqlərə baxmayaraq güzəştə getməyəcək” - Putin

10:05 Cəbhədə son vəziyyət

10:00 Bu gün Çempionlar Liqasının final matçı keçiriləcək

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat



ANALİZ

...

Rusiyanl soyuq fevralda gözləyən təhlükələr: Putinə dörd istiqamətdən zərbə hazırlanır

Tarix 11.01.18, 11:32

Font ölçüsü : - / +
bitmap-img6

Görünən odur ki, yeni ildə Vaşinqtonla Moskva arasındakı münasibətlərdə gərginlik azalmayacaq


ABŞ Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsinin təhqiqatını davam etdirir, hər iki tərəf bir-birini silahlar haqqında müqavilənin pozulmasına görə suçlayır və uzunmüddətli qarşıdurmaya hazırlaşaraq, bütün dünya üzrə öz mövqelərini möhkəmləndirməkdə davam edirlər.

Bundan savayı, ABŞ Rusiyaya qarşı sonrakı sanksiyalar üçün dörd sfera müəyyən edib, bu halda, RF prezidenti Putin üçün ən təhlükəli zərbə rus oliqarxlarına qarşı məhdudlaşdırıcı tədbirlər ola bilər. Bu barədə “Apostrof”un sərəncamında olan, ABŞ özəl kəşfiyyat-analiz şirkəti "Stratfor”un hazırladığı materialda deyilir.

Sanksiyalar fəaliyyətdə

ABŞ sovet dövründən başlayaraq, Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Hazırda ABŞ tərəfindən tətbiq edilən əsas sanksiyalar Rusiyanın Ukraynaya münasibətinə (Oxşar tədbirlər AB, Kanada, Avstraliya və Yaponiya tərəfindən də görülüb.), Donbasdakı münaqişədə iştirakına, MH17 sərnişin təyyarəsinin qəzaya uğramasına və Krımın ilhaqına görə tətbiq edilən sanksiyalardır. Bu tədbirlərə aşağıdakılar:

–  Rusiyanın 6 ən böyük bankı, 4 dövlət neft kompaniyası və 4 müdafiə müəssisəsinə avrobondların buraxılışının məhdudlaşdırılması;

– Rusiyanın enerji sahəsinə yönəlik olan, ABŞ kompaniyalarına dərin sularda neft və qaz çıxarılması üçün mal və texnologiyanın verilməsini və ixracını qadağan edən sanksiyalar;

– ikili təyinatlı malların göndərilməsinə qadağa qoyulması;

– yüzlərlə rus hüquqi və fiziki şəxsinə qarşı sanksiyaların (səfərlərin məhdudlaşdırılması və aktivlərin dondurulması) tətbiqi daxildir.

Lakin bu sanksiyaların Rusiyaya təsiri kifayət qədər mübahisəli məsələdir. Çünki neft qiymətlərinin aşağı olması ona gətirib çıxardı ki, elə sanksiyaların tətbiq edildiyi həmin ildə Rusiya iqtisadiyyatı geriləməyə başladı. Nəticədə Rusiya öz iqtisadiyyatının böyük hissəsini izolyasiya etdi. Qərbdən edilən idxal yerli imkanlar, Asiya-Sakit okean regionu və Yaxın Şərqlə yeni ticarət əlaqələri hesabına kompensasiya edildi. Sanksiyalar, “ExxonMobil”lə olan neft razılaşması kimi, bir neçə həlledici enerji layihəsini pozdu və onlar  Rusiyada neft istehsalına uznmüddətli təsir edəcəklər. Lakin Vaşinqtonu məyus etsə də, Moskva, böyük hesabla, sanksiyalara qarşı duruş gətirdi.

2017-ci ilin avqustunda ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yaxın illərdə genişləndirilməsini də nəzərdə tutan qanunu imzaladı. Bu ilin fevralından ABŞ Maliyyə nazirliyi, başlıca olaraq Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin təhqiqatı ilə bağlı, mümkün yeni sanksiyalar haqqında geniş informasiya təqdim edəcək.

Rusiyanın dövlət borcu

Maliyyə nazirliyi özünün fevral hesabatında Rusiyanın yeni dövlət borcunu alan ABŞ vətəndaşlarına qarşı mümkün sanksiyaların Rusiyaya və dünya bazarına təsirindən ətraflı bəhs edəcək. Hazırda qüvvədə olan sanksiyalar bəzi rus şirkətlərinə (“Sberbank” və neft nəhəngi “Rosneft” kimi) qərb investorları üçün istiqrazlar buraxmağa imkan vermir, ancaq onlar Rusiya hökumətinə veksellər (borc öhdəlikləri) buraxmağa mane olmur. Beləliklə, Kreml öz üzərinə suveren borc götürür və onu sanksiyalar altında olan şirkətlərə verir. 2017-ci ildə xarici investorların Rusiya dövlət borcuna investisiyası buraxılan istiqrazların ümumi həcminin (cəmi 25 mlrd. dollar) 5%-dən 30%-dək artdı. Ötən il inkişaf etməkdə olan bazarlarda rus dövlət istiqrazları qərb maliyyə şirkətləri arasında ən yaxşı olanlardan biri hesab edilirdi.

2018-ci ildə Rusiya hökuməti artıq çox zəifləmiş olan federal büdcəsini düzəltmək üçün əlavə olaraq 18 mlrd. dollar borc götürmək niyyətindədir. Rusiya iqtisadiyyatı resessiyadan (geriləmə) çıxır, lakin uzunmüddətli staqnasiya (durğunluq) dövrünə girir.

Bundan əlavə, Rusiya əhalisi və ölkənin çoxlu mühüm şirkət və bankları daha böyük çətinliklərlə qarşılaşır, iqtisadi sistemin sabitsizləşməməsi üçün Kremli öz üzərinə böyük maliyyə yükü götürməyə məcbur edir. Kreml, böyük ehtimalla, “üzdə” qala bilməsi üçün öz ehtiyat fondlarının əhəmiyyətli hissəsini sərf edəcək və beynəlxalq səviyyədə daha çox borc götürəcək.

Əgər ABŞ Rusiyanın suveren borcu ilə bağlı sanksiya tətbiq edərsə, bu, ABŞ sərhədlərindən kənarda olan investorları da Rusiya avrobondlarını almaqdan çəkindirə bilər. 2017-ci ilin dekabr ayının ortalarında RF Maliyyə nazirliyi bəyan etdi ki, hökumət fevral hesabatından öncə istiqraz buraxmayacaq. Orada əmin idilər ki, gələcək borcun satın alınmasını təmin etmək üçün Moskvanın Qərbdən kənarda kifayət qədər əlaqəsi vardır. Son illərdə Rusiya Qərbin təzyiqlərini yumşaltmaq üçün öz gücünü digər regionlarla əlaqələrini möhkəmləndirməyə sərf edib. Buna görə, Rusiyanın suveren borcuna qarşı genişləndirilmiş sanksiyaların tətbiqi onun üçün əngəl ola bilər, lakin davranışını dəyişdirməyə məcbur etmək üçün yetərli çətinlikdə deyil…

Oliqarxlara yönəlik zərbə

Sanksiyaların daha bir variantı ABŞ Maliyyə nazirliyinin fevralda nəşr ediləcək ikinci hesabatının bir hissəsi olacaq. Bu hesabatda ən önəmli rus oliqarxları, onların gəlirləri, korrupsiya sübutları, onların xaricdəki biznes əlaqələri və aktivləri, həmçinin gəlir mənbələri təqdim ediləcək. Onların ailələri və yaxın çevrələri, eynən aktivləri kimi, sanksiyalara məruz qalacaq. Bundan əlavə, onların uşaqlarına xaricdə təhsil almaq qadağan edilə bilər.

Məhdudlaşdırıcı tədbirlərin bu variantının tətbiq sferası qüvvədə olan fərdi sanksiyalardan kəskin fərqlənir. Artıq sanksiyaya məruz qalmış oliqarxlar öz aktivlərini əsasən Rusiya daxilndə saxlayırlar və onlar da Rusiyanın xarici siyasətilə, konkret olaraq Ukraynadakı münaqişə ilə birbaşa bağlıdırlar. Bu siyahının Putinin şəxsi dostları olan oliqarxlar hesabına genişləndirilməsi, işin birbaşa Rusiya prezidenti Putinə hücuma yaxınlaşdığını göstərir.

Və bu təhqiqat çərçivəsində sanksiyalara məruz qala bilərlər deyə, oliqarxlar arasında narahatlıq genişlənib. Bu elitalar öz varidatlarını fırtınalı 1990-cı illərdə əldə ediblər və Putinə mütləq qaydada loyal deyillər. Adətən, onlar böyük həcmdə pul və aktivlərini xaricdə saxlayırlar və onların əksəriyyəti Kremlə bağlıdı, ona görə ki, onlara Putinin dəstəyi lazımdı.

Adları KİV-ə sızanlar əsasən metallurgiya və enerji sənayesinin nəhənglərinə bağlı olanlardı: Oleq Deripaska, Roman Abramoviç, Mixail Fridman, Əlişir Usmanov və Mixail Proxorov. Jurnalistlərin məlumatına görə (bu barədə “Apostrof” artıq yazıb- red.), Rusiya oliqarxları Vaşinqtonu lobbiçilərlə və öz vəsaitlərini qorumaq üçün onları arvadları ilə boşamağı, öz aktivlərini sabiq arvadlarının adına keçirməyi təklif etdikləri vəkillərlə doldurub. Həmçinin, məlumat verilib ki, oliqarxlar Rusiya “Forbes”ni təhdid ediblər ki, jurnal rus milyarderləri haqqında özünün illik siyahısını dərc etməsin.

Putinin hakimiyyətdə olduğu birinci onillikdə onun təqibini yaşayan biznesmenlər iri kompaniyaları idarə edirlər və güclü oyunçulardırlar. Kreml qeyri-dövlət biznesinin dəstəklənməsi, ölkənin maliyyə sektorunun möhkəmlənməsi və bir sahədən asılı olan çoxlu region və şəhərlərin mövcudluğunun təmin edilməsi üçün onlara arxalanır. Əgər bu biznesmenlər məsuliyyət daşımadıqları Rusiya xarici siyasətinə görə ABŞ-ın hücumlarına məquz qalarlarsa, o halda onlar Putinə və onun administrasiyasına qarşı mübarizəyə qalxa bilərlər, bu da RF-nin onsuz da sabitsiz olan elitar sistemini silkələyə bilər.

Jurnalistlərin mənbələrinin məlumatlarına görə, ABŞ Maliyyə nazirliyinin tərtib etdiyi oliqarx və biznesmenlərin siyahısı dərc edilməyəcək. Bu addım, ehtimal ki, bu adamların öz vəsaitlərinin yerini dəyişməsinə və sanksiyalardan yayınmaq üçün işgüzar əlaqələrini kəsməsinə mane olmağa yönəlib. Bundan əlavə, KİV-də məlumat verilir ki, bu siyahı ABŞ-ın Avropadakı tərəfdaşlarına, onları adları ora daxil edilənlərlə bizneslə məşğul olmamağa inandırmağa cəhd etmək üçün veriləcək. Bu, çox güman ki, tövsiyyə xarakteri daşıyacaq, çünki avropalıların əksəriyyəti onların iqtisadiyyatına və biznesinə ziyan vura biləcək sanksiyaların genişləndirilməsini heç də tam olaraq dəstəkləmirlər. Lakin ABŞ-ın bu sanksiyaları ilə əlaqədar yaranan narahatlıq artıq noyabr və dekabr aylarında (2017-ci ilin- tərc.) Rusiyadan xarici kapitalın axınına səbəb olub.

21 dekabr 2017-ci il tarixdə Putin oliqarxların böyük bir qrupunu Kremlə çağırdı. Adətən, belə toplantılar o anlama gəlir ki, hökumət milyarderlərdən Rusiya sisteminə onun sabitliyini saxlamaq üçün pul atmağı tələb etməyə hazırlaşır. Ancaq son görüş tamamilə başqa məna daşıyırdı. Kreml oliqarxlara xaricdən öz pullarını avrobondlardan istifadə etməklə, onları ABŞ-ın məhdudlaşdırıcı tədbirlərindən qorumaq üçün təhlükəsiz şəkildə gətirməyə kömək göstərməyi təklif edib.

Rusiya Mərkəzi bankı və Maliyyə nazirliyi biznesmenləri əmin ediblər ki, valyuta investisiyalarının Rusiyaya köçürülməsi sxemi fəaliyyətə başlayıb. Guya, Rusiya hökuməti 3 mlrd. dollarlıq avrobondu yerləşdirəcək, lakin ABŞ Maliyyə nazirliyini xəbərdar etməli olan adi “Euroclear” və ya “Clearstream” vasitəsilə deyil… Bunun yerinə, vəsaitlər anonim rus investorlarına birbaşa köçürüləcək, hərçənd, Moskvanın hansı sistemdən istifadə edəcəyi məlum deyil.

“Maqnitski aktı” və insan haqları

Avropalıların yuxarıda qeyd edilən tədbirləri dəstəkləməsi məcburi olmasa da, onlar insan haqlarının pozulmasına görə tətbiq edilən sanksiyaları dəstəkləyə bilər. 2012-ci ilin sonunda ABŞ-da insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanlara fərdi sanksiyaların tətbiqini nəzərdə tutan “Maqnitski aktı”nı təsdiq etdilər. ABŞ son illər ərzində bu siyahını genişləndirir. Yaxın zamanlaradək bu siyahıda olan yeganə yüksək vəzifəli şəxs Rusiya İstintaq komitəsinin sədri Aleksandr Bastrıkin olub.

Ancaq 20 dekabrda Vaşinqton siyahını, ona Rusiyanın ən güclü və ziddiyyətli fiqurunu – homoseksualların təqib edilməsinə görə ittiham edilən çeçen lideri Ramzan Kadırovu daxil etməklə, tamamlayıb.

Bu payız Kanada “Maqnitski aktı”nın 52 nəfərin daxil edildiyi xüsusi versiyasını təqdim edib. Böyük Britaniya fevralda özünün anoloji “Maqnitski siyahısı”nın genişləndirilməsi imkanına baxır. 2018-ci ildə Fransa, CAR və Ukrayna da Rusiyaya qarşı anoloji tədbirlər tətbiq edə bilər.

“Maqnitski aktı” və onunla bağlı olan qanun layihələri Rusiyaya və ya Kremlə birbaşa zərbə vura bilməz. Ancaq Putin bir neçə dəfə qeyd edib ki, o, bu tədbirləri öz şəxsi hesabına qəbul edir. Hakimiyyəti aqressiv formada öz əlində cəmləyən və xaricdəki münaqişələrdən çəkinməyən despot lider üçün bu hiss qəribə görünə bilər. Lakin məlumat verildiyi kimi, Rusiya bu məsələni dəfələrlə yüksək səviyyəli danışıqlarda qaldırıb. Görünüşə görə, Putin hesab edir ki, bu akt həm ölkə daxilində, həm də xaricdə onun nüfuzuna zərbə vurur. İndi onun yaxın çevrəsi bu siyahıya düşdükdə, ehtimal ki, bu məsələ Rusiya lideri üçün daha kəskin duracaq.

Müdafiə sənayesinə yönəlik zərbə

Növbəti ildə (2018-ci ildə- tərc.) ABŞ, çox güman ki, “Orta və qısa mənzilli raketlərin ləğvi haqqında” müqaviləni pozan texnologiyalar verən Rusiya müdafiə sənayesi kompaniyalarına qarşı sanksiya tətbiq edəcək. ABŞ və Rusiya dəfələrlə bir-birini 1987-ci ildə imzalanan, silahlara nəzarət haqqında olan bu müqaviləni pozmaqda ittiham edib. ABŞ Müdafiə naziri Ceyms Mettis NATO üzrə müttəfiqlərinə təklif edib ki, onlar da ABŞ-ın Rusiyaya yönəlik məhdudlaşdırıcı tədbirlərinə qoşulsunlar. ABŞ Ticarət nazirliyi müqaviləni pozan silahların işlənib hazırlanmasında iştirakı ehtimal edilən kompaniyaların siyahısını hazırlayır.

Soyuq müharibə dövrünün silahları haqqında müqavilələr artıq çoxdandır Moskva ilə Vaşinqton arasında qarşıdurma üçün bəhanə olub, onlar köhnəlib, belə ki, hər iki tərəf müqavilə şərtlərini poza bilən raketlər işləyib hazırlayır, eyni zamanda silahlanma proqramları müqavilə ilə bağlı olmayan çoxlu digər ölkələri əhatə edir.

“Orta və qısa mənzilli raketlərin ləğvi haqqında” müqavilənin hələ də “de-yure” qüvvədə olmasına baxmayaraq, Rusiya artıq ABŞ-ın gələcək sanksiyalarına reaksiya verir. Putin hazırda Qərbdən idxal edilən avadanlıq və detalların işlənib hazırlanması (Rusiyada-tərc.) üçün 77 müdafiə müəssisəsinə tapşırıq verib. Rusiya hökuməti də qərar verib ki, RF Müdafiə nazirliyi və müxtəlif xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən bütün satınalmalar məxfi aparılmalıdır. Kontraktlar üzrə bütün sənədləşmələr dövlət sirri kimi təsnifatlaşdırılacaq.

Rusiya müdafiə sənayesinin maliyyələşdirilməsinin artırılması ilə müqavilənin qüvvəsinin mümkün dayandırılmasına da hazırlaşır. Lakin Putin deyib ki, silahlanma yarışı yenidən canlanarsa, Rusiya ABŞ-a qarşı duracaq, ancaq o, bundan ötrü ölkəni iflas etməyəcək. Bu da göstərir ki, Rusiya lideri Sovet İttifaqının səhvlərini nəzərə alıb.

Beləliklə, ABŞ və Rusiya üçün 2018-ci il daha bir qarşıdurma ili olacaq. Vaşinqton Moskvaya qarşı istifadə edə biləcəyi alətləri çeşidləndirərkən, Rusiya öz iqtisadiyyatını təcrid edərək və Asiya-Sakit okean və Yaxın Şərq regionlarında körpülər tikərək, daha sərt münasibətlərə hazırlaşır.

"Apostrof", Ukrayna

Tərcümə Strateq.az-ındır

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Ölən “bomj”un arxasınca son model “Audi”də gəliblər – Bakıda

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru