Ukraynanın təhlükəsizlik xidməti Rusiyanın "Eurovision" təmsilçisinin ölkəyə buraxılmaması barədə qərar qəbul edib
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, Yuliya Samoylova üç il ərzində Ukraynaya daxil ola bilməz. Buna səbəb isə ifaçının Ukrayna qanunvericiliyinə zidd olaraq 2015-ci ildə bir festival çərçivəsində Krıma səfər etməsidir.
Əlil olması ilə diqqət çəkən Yuliya Rusiyanın işğal etdiyi Ukrayna ərazisinə getdiyi üçün ölkənin "qara siyahı"sındadır.
Qeyd edək ki, "Eurovision"un finalı mayın 13-də baş tutacaq.
pia.az