Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib



Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib


XİN-dən APA-ya verilən məlumata görə, görüşdə səfir Mixail Boçarnikov etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
 
Elmar Məmmədyarov səfiri təyinatı münasibətilə təbrik etdi və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
 
Səfir Mixail Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
 
Görüş zamanı AzərbaycanRusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olundu. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirildi. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olundu.
 
Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar