«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Rusiya hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «Viktor Leonov» kəşfiyyat gəmisi Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərq sahillərində qeydə alınıb
Pentaqondakı mənbələrə istinadla, bu barədə xəbəri «CNN» telekanalı yayıb.
Xəbərdə qeyd olunur ki, bir neçə gün bundan əvvəl sözügedən gəmi Trinidad və Tobaqo karib dövlətinin paytaxtını tərk edib, bundan sonra isə şimala doğru üz tutub.
Hazırda «Viktor Leonov» beynəlxalq sularda üzür.
pia.az