Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın gömrük rəhbəri şahid qismində dindirildi


Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bahalı alkoqollu içkilərin Gömrük İttifaqına qaçaqmalçılıq yolu ilə gətirilməsi faktı üzrə başlanan cinayət işi çərçivəsində şahid qismində dindirilib


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiyanın gömrük rəhbəri və Federal Gömrük Xidmətinin digər rəhbər şəxslərinə qarşı cinayət işinin başlanmasından hələlik söhbət getmir.

“Axtarışlardan sonra Andrey Belyaninov İstintaq Komitəsinin Baş Təhqiqat İdarəsində dindirilib. Evlərində axtarışların aparıldığı Belyaninov və ona tabe olanlar cinayət işi ilə bağlı istintaqa şahid qismində cəlb onunublar. Rusiya Federal Gömrük Xidmətinin rəhbəri dindirildikdən sonra da şahid statusunu qoruyub”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, istintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb.

Axtarışlar həmçinin Rusiya gömrük rəhbəri Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.

Axtarış qeyd olunan şəxslərin xidməti otaqlarında və evlərinə aparılıb.

Qeyd edək ki, axtarış zamanı Andrey Belyaninovun evində ayaqqabı qurularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 mln. rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Andrey Belyaninov aşkarlanan vəsaitlərin şəxsi pulları olduğunu və qanunsuz yolla əldə edilmədiyini iddia edib.

Qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır.

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar