Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edir

Rusiyanın ən iri dövlət bankı milyarder Mübariz Mənsimova məxsus olan “Palmali” şirkətinə qarşı iddia qaldırıb


 Rusiyanın Rostov vilayətinin Arbitraj Məhkəməsinin məlumatına görə, hakim V.S.Biryukovanın icraatında olan iddiada “Sberbank” “Palmali”dən 10,3 milyon dollardan artıq vəsaitin ödənilməsini tələb edir.

Qeyd etmək lazımdır ki, bu, Rusiyanın ən iri maliyyə təşkilatının Mübariz Mənsimovun şirkətinə qarşı ilk maddi tələbi deyil.

Belə ki, 2015-ci ildə bank “Palmali”ni kredit öhdəliklərini yerinə yetirməməkdə ittiham edib və 214 milyon rubl vəsaitin şirkətdən alınmasını istəyib. Bu məbləğ 2013-cü ilin oktyabr ayında bağlanmış iki kredit müqaviləsinə görə borc məbləği olub.

“Sberbank”ın bəyanatında bildirilir ki, həmin müqavilələr əsasında bank “Palmali”yə ümumi məbləği 3 milyon dollar olan kredit xətləri açıb və məbləğ 2019-cu ilə kimi ödənilməli idi. Lakin borcalan öhdəliklərini “lazımınca” icra etmir. Bununla bərabər, “Sberbank” borcalanın əmlakına həbs qoyulmaqla təminat xarakterli qərarın çıxarılmasını tələb edib.

O vaxt – 2015-ci ildə, bu gün olduğu kimi, “Palmali” bu məsələ ilə bağlı hər hansı şərhdən imtina edir. Lakin aydındır ki, “Palmali”nin təchizatçılar və podratçılarla mütəmadi olaraq problemləri meydana çıxır.

2015-ci ilin əvvəlindən Rostov vilayətinin Atbitraj Məhkəməsinə şirkətdən borcun ödənilməsini təmin etmək məqsədilə 20-yə yaxın iddia ərizəsi daxil olub. Tələblərdə göstərilən məbləğlər 1-dən bir neçə milyon rubla qədər dəyişir və bunların əksəriyyəti məhkəmə tərəfindən təmin edilib, yerdə qalanları isə baxılmaqdadır. İyun ayında “Hermes” MMC hətta “Palmali”nin müflis elan edilməsi tələbi ilə çıxış edib, lakin sonradan MMC borc ödənildiyinə görə iddiasını geri götürüb.

Eyni zamanda, “Palmali” MMC-nin kreditor borcunun məbləğinə diqqət yetirməyə dəyər. “SPARK-İnterfaks”ın məlumatına əsasən, 2015-ci ildə şirkət borc və kreditlər üzrə 3,78 milyard rubl ödəniş etməli idi; bundan savayı, şirkətin 9,3 milyard rubl həcmində uzunmüddətli öhdəlikləri mövcuddur.

Bunlardan əlavə, “Palmali” Rusiya büdcəsinə vergi ödəmələrindən yayınma ilə əlaqədar qalmaqalın mərkəzindədir. 44,8 milyon dollar həcmində gəlir vergisi əvəzinə, şirkət dövlət büdcəsinə vur-tut 1,222 milyon dollar ödəniş edib.

Uyğunsuzluqlar hələ 2013-cü ildə - Rusiya vergi müfəttişləri şirkəti yoxlayarkən üzə çıxıb. Həmin yoxlamanın nəticələri əsasında Rusiya İstintaq Komitəsinin Cənub Nəqliyyatda İstintaq İdarəsi 2016-cı ilin əvvəlində şirkətin direktoru Aleksey Mixelev barəsində RF Cinayət Məcəlləsinin 199-cu maddəsinin 2-ci hissəsinin “b” bəndi üzrə (“Təşkilatın xüsusilə iri məbləğdə vergidən yayınması”) cinayət işi qaldırıb. Söhbət 1 milyard 282 milyon rubl həcmində məbləğdən gedir.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar