Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Suriyadakı hərbi hava bazası ətrafında nələr baş verir?


Hmeymim hərbi hava bazasına edilən hücum əmrini Bəşər Əsəd verib?


Məhəmməd Əsədullazadə: “Rusiyanın Suriyada yeni il gecəsi Hmeymim hərbi bazasına hücum bu ölkədə müharibənin bitmədiyini, yeni qüvvələrin məhz Rusiyanı hədəf aldığını göstərir”.

Zaur Məmmədov: “Bugün Suriyada qalib gəlmiş qüvvələr artıq hədəflərini İŞİD-dən çəkərək bir-birinə sarı yönəldə bilərlər”.

Xəbər verdiyimiz kimi Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər edilən hücumlarla bağlı detallar üzə çıxıb. Araşdırmalar hücumun Rusiya istehsalı və 6 kilometr mənzilli minaatanla həyata keçirildiyini ortaya çıxardı. Ətraf ərazilər isə RusiyaBəşər Əsəd rejiminin nəzarəti altındadır. Araşdırmalar hücumun arxasında heç bir müxalif qrupun dayanmadığını göstərdi. Bütün ipuçları və əldə edilən məlumatlar yeni formalaşmış bir qrupu göstərir. Sözügedən silahlı qrupun Bəşər Əsəd rejiminin içindən çıxan və tamamilə nuseyrilərdən ibarət olan qrup olduğu təxmin edilir. Məlumata görə, rusların tələbindən sonra Dəməşq dərhal hərəkətə keçib. Suriya ordusunun Baş qərargahı silahlı qüvvələrin bütün bölmələrinə məktub göndərərək Hmeymimə hücum edən və yeni qurulan qrupun təcili şəkildə tapılmasını tələb edib.

Xatırladaq ki, hərbi bazaya hücum 2017-ci il dekabrın 31-də edilib. Bazaya hücum haqqında xəbər yanvarın 3-də yayılıb. “Kommersant” qəzeti iki hərbi-diplomatik mənbəsinə istinadən Hmeymimdə 7 təyyarənin – 4 Su-24 bombardmançısı, 2 Su-35S qırıcısı və AN-72 nəqliyyat təyyarəsinin məhv edildiyini bildirdi. Qəzetin həmsöhbətləri əlavə ediblər ki, 2 hərbi qulluqçu ölüb, 10-dan çoxu yaralanıb. Rusiya Müdafiə Nazirliyi hücum faktını təsdiqləsə də, 7 təyyarənin məhv edilməsi barədə informasiyanı təkzib etdi. Nazirlik yalnız 31 dekabrda uçuş zamanı Mİ-24 helikopterinin texniki nasazlıq səbəbindən qəzaya uğradığını və 2 pilotun həlak olduğunu açıqladı. Bir gün sonra isə nazirlik helikopterə atəş açıldığını təsdiq etdi.

Bəşər Əsədə yaxın olan qüvvələrin Rusiya ilə mübarizə aparmasını nə qədər ehtimal etmək mümkündür və Rusiyanın Bəşər Əsədi qurban verməsi ehtimalı belə bir hücuma yol aça bilərmi? Həmçinin Suriyada yeni güclərin ortaya çıxması bu ölkədəki hərbi-siyasi mənzərəni nə qədər dəyişə bilər və Suriyada Bəşər Əsəd, İran və Hizbullahın Rusiyadan kənar bir düzən formalaşdırması mümkündürmü?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə və siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədova müraciət edib.



Məhəmməd Əsədullazadə: “ABŞ Suriyanın şimalında və cənubunda hərbi bazalarından yeni silahlı birliklər hazırlayıb, Rusiya hərbi bazalarına hücumlar təşkil etdirəcək”.


Hmeymim hərbi aviasiya xarakterli bazaya hücumda əsasən yeni müasir döyüş qabiliyyətinə malik silahlı qruplar olduğunu və onların istifadə etdikləri silahlar əgər ABŞ istehsalı olsaydı, bütün nəzərlərin ABŞ-a çevriləcəyin vurğulayan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın hədəflədiyi əsas strategiya Əsədsiz Suriya qurmaq və Rusiyanı Yaxın Şərqdən çıxartmaqdır:

Rusiyanın Suriyada yeni il gecəsi Hmeymim hərbi bazasına hücum bu ölkədə müharibənin bitmədiyini, yeni qüvvələrin məhz Rusiyanı hədəf aldığını göstərir. Qeyd edim ki, bu hücumda istifadə olunan silahlar əsasən Rusiya istehsalı artilleriya vasitələridi. Rusiyaya aid olan silahlardan istifadə edilməsi, bəzi iddialara görə bu Bəşər Əsədin müttəfiqləri tərəfindən həyata keçirilib. Əslində heçdə bu belə deyil.  Fikir versək, Suriyada əsas istifadə olunan silahlar əsasən Rusiya istehsalı olan silahlardı. Məhz burada İŞİD, Nusra cəbhəsi, hətta ABŞ-ın dəstəklədiyi silahlı qruplarda rus silahlarına malikdir. Çünki, ABŞ silahları dünyada bir o qədər yayılmayıb və üçüncü ölkələrə satılmır. Hətta ABŞ-da Suriyada təlim və yetişdirdiyi silahlı qrupları Rus silahı ilə təmin edir. 

Hmeymim hərbi aviasiya xarakterli bazaya hücumda əsasən yeni müasir döyüş qabiliyyətinə malik silahlı qruplar olub. Bunların istifadə etdikləri silahlar əgər ABŞ istehsalı olsaydı, bütün nəzərlər ABŞ çevriləcəkdi. Ona görədə Suriyada Rusiya və Əsədə qarşı hazırlana yeni silahlı qruplar məhz Rusiya silahları ilə təchiz olunub.  Suriyada geosiyasi vəziyyət dəyişməyincə, burada müharibə bitməyəcək. ABŞ-ın hədəflədiyi əsas strategiya Əsədsiz Suriya qurmaq və Rusiyanı Yaxın Şərqdən çıxartmaqdır. Məhz Suriyada bundan sonra müharibənin partizan xarakterli olacağı, eyni ilə Əfqanıstan kimi ssenari üzrə davam edəcəyi istisna deyil. ABŞ Suriyanın şimalında və cənubunda hərbi bazalarından yeni silahlı birliklər hazırlayıb, Rusiya hərbi bazalarına hücumlar təşkil etdirəcək”.



Zaur Məmmədov: “Suriyada Rusiyaİran olmadan, və ya onların bir-birinə qarşı olacağı bir düzən yaranacağını birmənalı şəkildə rədd edirəm”.


Rusiyaİran, Əsəd və Moskva arasında birbaşa bu cür çəkişmələrin olmasını mümkünsüz hesab edən politoloq Zaur Məmmədov əlavə edib ki, onların hər biri birindən olduqca asılıdır. Birinin olmaması və ya zəifləməsi digərinin süqutu deməkdir:

“Əslində son zamanlar Suriyada maraqlı hadisələr baş verir. Bir-birinin ardınca birilərin rus hərbi bazalarına birtərəfli hücumlarının şahidiyik. Bu hücumların məqsədi nədir? Rəsmi olaraq hücumlarda günahlandırılan qüvvələrin əsas hədəfi Əsəd ordusu və administrativ binalar, rayon, şəhərlər olmalıdır. İkincisi, Əsəd ordusundan başqa İranın başçılığı altında döyüşən dəstələrlə vuruşmaq əvəzinə həmin qüvvələr rus hərbi bazasına hücum edirlər. Hesab edirəm ki, bugün Suriyada qalib gəlmiş qüvvələr artıq hədəflərini İŞİD-dən çəkərək bir-birinə sarı yönəldə bilərlər.

Lakin, hesab etmirəm ki, Rusiyaİran, Əsəd və Moskva arasında birbaşa bu cür çəkişmələr olsun. Onların hər biri birindən olduqca asılıdır. Birinin olmaması və ya zəifləməsi digərinin süqutu deməkdir. Suriyada Rusiyaİran olmadan, və ya onların bir-birinə qarşı olacağı bir düzən yaranacağını mən birmənalı şəkildə rədd edirəm .İranRusiya müttəfiqdirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar