Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı son addımlarını necə izah etmək olar?


Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru: “Endyu Şofer Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni konsepsiya ortaya qoyub. Konsepsiyaya görə birinci addım hərbi məsələlərin həlli, ikinci addım ərazilərin Azərbaycana qaytarılması, üçüncü addım statusun müəyyən olunması, dördüncü addım isə qaçqın və köçkünlərin bütün problemlərinin həll olunmasından ibarətdir”.


“Mən gözləyirəm ki, Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyəti tərk edənə qədər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi dönüş yaranacaq”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana nəzərdə tutulan səfərlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.  

Dünən Ermənistanın xarici işlər naziri Nalbandyan Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib. Noyabrın 16-da isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfər edəcək. 

Eyni zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da Bakıya,   noyabrın 20-də isə İrəvana səfər edəcəyi və səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin  müzakirə ediləcəyi gözlənilir. 

Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı bu hərəkətliliyini nə ilə izah etmək olar? Həmçinin  AzərbaycanErmənistan xarici işlər nazirlərinin Moskvaya səfərindən sonra Lavrovun Bakı və Yeravan səfəri hansı anlamı daşıya bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun fikirlərini öyrənib.

Картинки по запросу mübariz əhmədoğlu

Mübariz Əhmədoğlu: “Rusiya düşünür ki, ABŞ Dağlıq Qarabağ məsələsini Azərbaycanın  istədiyi kimi həll edər və Azərbaycan Rusiyadan uzaqlaşıb, ABŞ-a doğru hərəkət edəcək. Ona görə də Rusiya aktivləşib”.


İlin sonu və ya gələn ilin aprel ayına qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi dönüşün olacağını ehtimal edən politoloq Mübariz Əhmədoğluna görə, ABŞ-ın Azərbaycanı dəstəkləməsi Rusiyanı narahat etməyə və aktivləşməsinə səbəb olub:

“Əslində Sergey Lavrovun bu səfərləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələdə ciddi dinamizmin olduğunu göstərir. Hal-hazırda hiss olunur ki, Rusiya ilə ABŞ Dağlıq Qarabağ tənzimləməsi uğrunda bir-birinə qarşı yarışa giriblər. Sanki münaqişənin tənzimlənməsi məsələsində iki ölkə arasında bir rəqabət mühiti yaranıb. Ədalət naminə deyə bilərəm ki, indiki rəqabət mühitini yaranmasının əas səbəbi ABŞ-ın yeni həmsədri  Endyu Şoferdir. O, həmsədr təyin olunduqdan sonra tamamilə yeni  ... ilə işləyir və əlavə görüşlər keçirir. Məsələn, xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən görüşü zamanı BMT rəhbəri və  BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feldman ilə şəxsən görüşdü.  Qeyd edim ki, Feldman ABŞ-ın  BMT –dəki əsas adamıdır. Feldmanı xarakterizə edən bir hadisəni sizə bildirmək istəyirəm. Uzunmüddət ABŞ və ümumiyyətlə, Altılıqla İran arasında  nüvə danışıqlarıgedirdi. Ancaq həmişə ABŞ-ın daxilində İranın nüvə danışıqlarına maneəçilik olurdu və nəticədə İranla Altılıq arasında saziş əldə oluna bilmirdi.  Feldman iki dəfə İrana səfər etdi və gizli görüşlər keçirdi. Daha sonra İranla Altılıq arasında indiki müqavilə imzalandı. Yəni, dünyadakı bütün ciddi proseslər Feldmanın iştirakı ilə həll olunur.
İndiki vəziyyətdə ABŞ-ın yeni həmsədri  Endyu Şofer Feldmanı Dağlıq Qarabağ tənzimləməsinə qarışdıra bildi. Şoferin  yeni stili Xarici işlər nazirlərinin Nyu-York görüşü zamanı qoyuldu. Hətta prezidentlərin Cenevrə görüşü tamamilə yeni bir keyfiyyət mərhələsi oldu və b da Endyu Şoferin  sayəsində baş tutdu. E. Şofer Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni konsepsiya ortaya qoyub. Konsepsiyaya görə  birinci addım  hərbi məsələlərin həlli, ikinci addım ərazilərin Azərbaycana qaytarılması, üçüncü addım statusun müəyyən olunması, dördüncü addım isə qaçqın və köçkünlərin bütün problemlərinin həll olunmasından ibarətdir. E. Şoferin bu açıqlaması Rusiyada narahatlıq yaradan amillərdən biridir. Rusiya düşünür ki, ABŞ Dağlıq Qarabağ məsələsini Azərbaycanın  istədiyi kimi həll edir və Azərbaycan Rusiyadan uzaqlaşıb, ABŞ-a doğru hərəkət edəcək. Ona görə də Rusiya aktivləşib. 

Mübariz Əhmədoğlu: “Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan dinamizmi dəyərləndirməliyik”.


Onu da nəzərə alaq ki, Türkiyə prezidenti Ərdoğan da sonuncu Bakı səfərində olanda yaxın zamanlarda Putinlə görüşəcəyi və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi ilə bağlı bəyanat vermişdi. O zaman Kreml Ərdoğanın verdiyi bəyanata çox isti münasibət göstərmişdi. Məlumdur ki, artıq Ərdoğanla Outin görüşüb və bu görüş 4 saat davam edib. Hələlik görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı hansısa məlumat yoxdur, amma  4 saat bir yerdə olan prezidentlərin  Qarabağ münaqişəsindən danışmaması mümkün deyil. Putin-Ərdoğan görüşü bitən kimi Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfəri anons edildi. Bu baxımdan hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan dinamizmi dəyərləndirməliyik. 

Bu yaxınlarda ATƏT-in daimi Şurasında keçirilən iclasında da Dağlıq Qarabağla bağlı hədsiz çox fikirlər səsləndirildi. Zənnimcə, o fikirlərin böyük əksəriyyəti  Azərbaycanın xeyrinədir. Orada səsləndirilən fikirlərdən cəmi biri Azərbaycanın ziyanınadır. Hesab edirəm ki, Azərbaycan o fikri neytrallaşdırmaq gücünə malikdir. Mən gözləyirəm ki, bu ilin sonunadək və ya ən uzağı gələn ilin aprel ayınadək Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyəti tərk edənə qədər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi dönüş yaranacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar