Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Ermənistana dəhliz açmaq planı


Həmsədr ölkə Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana qurudan dəstək vermək üçün hərəkətə keçib; ortaq təhlükə Gürcüstan, Türkiyə və Azərbaycanı birləşməyə vadar edir...


Rusiya işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində təsirli addımlar atmaq əvəzinə, işğalçılar üçün yeni “nəfəslik” açmaq planı üzərində işləyir. 

Diqqətli oxucularımız yaxşı bilirlər ki, söhbət Rusiyanın Gürcüstanın işğal altındakı Cənubi Osetiya torpaqlarından Ermənistana dəhliz açılması planından gedir.

Təhlükənin nə dərəcədə real olduğunu demək üçün əlavə sözə əslində ehtiyac qalmır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müsahibələrinin birində haqlı olaraq deyib ki, “Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq”. Amma görünən budur ki, Rusiya Azərbaycanın faydasına olacaq prosesə təkan vermək niyyətində deyil.

Bu arada Moskva növbəti dəfə AzərbaycanErmənistan prezidentlərini bir araya gətirmək üçün hərəkətə keçib. Bu, olsa-olsa Ermənistanı sarsıdıcı zərbələrdən xilas etmək, paralel olaraq Rusiyanın Qarabağa doğru irəliləməsi üçün zaman qazanmaq niyyəti güdür. Çünki Ermənistanda uşaq qatili olan prezidentlə sülh danışıqlarının nəticə verməyəcəyi bəllidir.

Elə Rusiyadan aldığı stimulun məntiqi nəticəsidir ki, Ermənistan müdafiə naziri Vigen Sərkisyan növbəti dəfə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib (axar.az). Sərkisyanı Xankəndində qondarma rejimin lideri Bako Saakyan qarşılayıb.

Bundan əvvəl Ermənistan prezidenti S.Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına müsahibə verib (virtualaz.org). İşğalçı ölkənin başçısı təsdiq edib ki, Ermənistan Qarabağ danışıqlarında heç vaxt güzəşt mövqeyi tutmayıb, başqa sözlə, danışıqlar naminə danışıqlar aparıb. Məqsədi status-kvonu mümkün qədər uzatmaq olub.

“Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meylləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz” - Sərkisyan bildirib. İşğalçı ölkənin başçısı təsdiq edib ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinin alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da bizim üçün arzuolunmazdır, üstəlik, ola bilsin ilk növbədə bizim üçün” - Sərkisyan əlavə edib.

Göründüyü kimi, erməni prezident həm qorxur, həm də qorxutmağa çalışır - təbii ki, Rusiyanın sayəsində.

***

Diqqətçəkən digər məqam da var. Bugünlərdə Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib (publika.az). “Kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb. Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: “Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər”. Məqalədə qeyd olunur ki, 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil olub: “Buna sənədlər şahidlik edir. Misal üçün, Gürcü Sovet Ensiklopediyasında Hucabi monastrı Gürcüstanın ərazisi olaraq qeyd olunur. Məlumdur ki, SSRİ dövründə rəsmi nəşrlərdə qeyd olunan informasiyalar dəfələrlə yoxlanılmış və dəqiq məlumatlar olub”.

Sayt əlavə edir ki, SSRİ dağılandan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək, monastrı və onun yerləşdiyi ərazini mənimsəyib. “Görünür, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal edib”, - deyə məqalədə bildirilir. Gürcüstan mediasının hazırladığı videosüjetdə Hucabi monastrı ətrafındakı kəndlərdə yaşayan azərbaycanlılar erməni sərhədçilərin illər ərzində sərhədi yavaş-yavaş irəli çəkdiyini deyirlər. Hazırda da həmin ərazidə yerləşən kəndlərdə azərbaycanlılar yaşayırlar.

Sirr deyil ki, Ermənistanın sərhədlərini rus əsgərləri qoruyur. “Yeni Müsavat”ın əməkdaşı bir neçə il əvvəl Gürcüstanda olarkən azərbaycanlıların kompakt yaşadığı ərazilərin hissə-hissə Ermənistan tərəfindən zəbt edilməsi barədə məlumatlar almışdı və bununla bağlı reportaj hazırlamışdı. Xuludərə kəndinin sakinləri demişdilər ki, kənd məktəbinin əkin yeri olan ərazidə Ermənistanda yerləşən Rusiya bazasının əsgərləri kazarma tikib. Gürcüstanın ehtiyatlı mövqe tutmasına rəğmən rus əsgərləri bütün sərhədboyu Gürcüstanın içərilərinə doğru irəliləyib və sərhəd xəttini irəli çəkiblər. Hesab olunur ki, bütün bunlar ekstremal vəziyyətdə bölgə əhalisini, azərbaycanlıları didərgin salmaqla ərazini işğal edib Ermənistana dəhliz açılmasına hazırlıqdır.

***



Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Moskvanın Ermənistana dəhliz açmaq niyyəti birbaşa ikinci Qarabağ savaşının başlanması ehtimalı ilə bağlı deyil: “Ermənistanla quru sərhədlərinə sahib olmaq Rusiyanın strateji hədəflərindən biridir. Əgər müharibə başlayarsa və Rusiya Ermənistana dəstək vermək niyyətinə düşərsə, bunun üçün dəhlizə elə də ciddi ehtiyac olacağını düşünmürəm. Dəhliz daha çox Ermənistanı Rusiyaya birləşdirmək üçün lazımdır. Rusiya bununla işğalçı ölkəni blokadadan çıxarmaq niyyəti güdə bilər. Bu addım sübuta yetirir ki, Moskva münaqişənin indiki vəziyyətdə dondurulub saxlanılmasında daha çox maraqlıdır və münaqişənin Ermənistan üçün yaratdığı əsas maneəni - blokadanı aradan qaldırmaq istəyir. Qarabağda müharibənin alovlanması və döyüş əməliyyatlarında Rusiyanın tərəf kimi iştirak etməsi bir o qədər də asan məsələ deyil. Bu, münaqişənin eskalasiyasına və Rusiyanın özü üçün də faciəvi nəticələrin ortaya çıxmasına səbəb ola bilər. Unutmaq lazım deyil ki, müharibə həm də ekstremal vəziyyətlərin meydana çıxması deməkdir. Dövlətlərin siyasəti nə olursa-olsun, region xalqları baş verənləri müşahidəçi kimi kənardan izləməyəcəklər. Rusiyanın Qarabağ savaşında açıq iştirakı bu ölkənin 300 milyonluq bir toplumun əbədi düşməninə çevrilməsi deməkdir. Rus etnosunun güclənməsində və imperiya yaratmasında bu toplumun - türk etnosunun müstəsna xidmətləri olub. Avrasiyanın təhlükəsizliyi və sabitliyi bu iki etnosun münasibətlərindən asılıdır. Bu münasibətlər Rusiya dövlətçiliyinin də əsasını təşkil edir”.

Bir neçə gün əvvəl rəsmi Bakının kəskin etirazına səbəb olan digər bir hadisə də baş vermişdi. RusiyaErmənistan sərhədçiləri qədim Azərbaycan torpağı, hazırkı Ermənistanın tərkibinə daxil edilmiş Mehri istiqamətində, İranla sərhəddə təlimlər keçirmişdi. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub ki, bu da Rusiyanın addım-addım Dağlıq Qarabağa soxulma cəhdi kimi yozulur. Belə çıxır ki, şimal qonşumuz ən müxtəlif istiqamətlərdən Qarabağ müharibəsinə qoşulmaq üçün planlar hazırlayıb.



Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ ərazisinə hər hansı dəhlizin açma məsələsi o qədər də inandırıcı görünmür: “Yəni bu dəhlizsiz də Rusiya Dağlıq Qarabağ ərazisinə müxtəlif yollarla gələ bilir. İran-Azərbaycan sərhədinin qorunması bəhanəsi ilə hətta orada Rusiya tərəfindən ermənilərlə birgə ”şərti düşmən “ əməliyyatının keçirilməsi də buna bariz sübutdur. Ekspertlər əsasən Abxaziya və Osetiya tərəfdən quru yolunun açılması və Ermənistanın blokadadan çıxarılmasını nəzərdə tutular. Zənnimcə, Bakı-Tiflis-Qars dəmir yoluna da məhz Rusiya buna görə qısqanclıqla yanaşır və arqument kimi də Naxçıvanın bu dəmir yolu vasitəsilə blokadadan çıxacağını düşünür. Yəni Azərbaycan tərəfi bunun təhlilini aparır və öz suveren ərazisində Rusiya tərəfindən hər hansı dəhlizin açılmasına icazə verməyəcək. Digər məsələ Naxçıvan məsələsidir və bu, artıq Azərbaycan-Ermənistan sərhədi deməkdir”.

A.Nağıyev Bakı-Ankara hərbi əməkdaşlığının şimal qonşumuzda yaratdığı qıcığa da diqqət çəkdi: “Təbii ki, Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiyada xoş ovqat yaratmadı. Dərhal erməni və rus siyasi ekspertləri ikinci cəbhənin açılacağından və KTMT-nin nizamnaməsindən açıqlamalar verdilər. Yəni bu artıq ciddi və təhlükəli siyasi bir oyuna bənzədi. Təbii ki, təlimlər ikitərəfli, beynəlxalq normalara uyğun müqavilələr əsasında keçirildi və heç bir dövlət buna mane olmaq iqtidarında deyil. Məhz buna görə də hər hansı yeni bir alyans yaratmağa da ehtiyac yoxdur və hazırkı müqavilələr düşünürəm ki, kifayət edir. Digər tərəfdən də Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar istər Ukrayna, istərsə də Suriya və digər münaqişələr görə öz təsirini etdiyi üçün Rusiya çətin ki, açıq şəkildə Dağlıq Qarabağda başqa bir addım atmağa cəhd edər. Bu inandırıcı deyil”.

Kremlin Gürcüstanı ortadan bölməklə forpost Ermənistana yol açmaq niyyəti həm də Gürcüstanın varlığına təhlükədir. Hələ Gürcüstandan Qərbə uzanan enerji layihələrini bir kənara qoyaq. Rusiya təhlükəsi Gürcüstan, Azərbaycan və Türkiyəni birləşməyə vadar edir... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar