Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı


Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu “Tor M2” zenit-raket komplekslərini alacaq


Bu məlumat Ermənistan Müdafiə Nazirliyinin xüsusi televiziya proqramında açıqlanıb.

Zenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq. Bu kredit razılaşması çərçivəsində Ermənistan ötən ilin sonlarında Rusiya ilə üç müqavilə bağlamışdı, amma müqavilələrin detalları açıqlanmamışdı. Müqavilələrin ümumi dəyəri 100 milyon dollardan çoxdur, qalan hissəsi Ermənistan büdcəsi tərəfindən maliyyələşdirilir.

“Tor M2” müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə, təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Kompleksin buraxılış qurğusunda 16 döyüş raketi olur. “Tor M2” kompleksinin əsas vəzifəsi quru qoşunlarını döyüş əməliyyatları zamanı havadan müdafiə etmək, komanda məntəqələrini, mühüm infrastruktur obyektlərini qorumaqdır.

Ötən il Rusiya Ermənistana “Verba” daşınan zenit-raket komplekslərinin böyük partiyasını çatdırmışdı və hesab edilir ki, məqsəd Yerevanın hava hücumlarından eşalonlaşdırılmış müdafiəsini təşkil etməklə Azərbaycanın havada üstünlüyünü neytrallaşdırmaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar