Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı mitinqlər bürüdü - Video


Moskvada, Puşkin meydanında polis antikorrupsiya mitinqinə qatılan 130-dan çox aksiyaçını saxlayıb.

Daha 30 aksiyaçı isə əvvəlcədən gətirlmiş maşınlara doldurulub. Saxlananlar arasında The Guardian qəzetinin müxbiri də var.

Puşki meydanı mühasirəyə alınıb. Fəalların verdiyi məlumata görə, polis aksiyaçılara qarşı dəyənəklərdən istidfadə edir. Polisin dəyənəylə vurduğu aksiyaçlardan biri hüşunu itirərək yerə yıxılıb.

"Dojd" telekanalının məlumatına görə, Puşkin meydanına qaz buraxılıb. 200-ə yaxın xüsusi təyinatlı polis aksiyaçıları dağıdıb. Yüzlərlə mitinqçi Kreml tərəfə üz tutub.

Bundan əvvəl isə polis müxalifət fəalı Aleksandr Navalnynı saxlamışdı. Navalnı antikorrupsiya aksiyasının təşkilatçısıdır.

Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnynın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.

Polis Korrupsiya Qarşı Mübarizə Fondunun Moskva ofisinin bütün əməkdaşlarını saxlayıb.

Bundan əvvəl isə ofisin işıqları kəsilmişdi. Qurumun ofisindən Rusiyada korrupsiya əleyhinə keçirilən mitinqlər online rejimdə yayımlanırdı.

Korrupsiyaya qarşı Mübarizə Fondununbaş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində etiraz aksiyaları keçirilib.

***

Rusiyanın şərqində korrupsiyaya qarşı müxalifətin böyük mitinqləri başlayıb.

Axar.az xəbər verir ki, Novosibirskdə keçirilən icazəli mitinqdə iştirak edənlərin sayı 2000 nəfəri keçib. Etirazçıların qarşısında qeydiyyatdan keçməmiş İnkişaf Partiyasının rəsmi nümayəndəsi Andrey Qladçenko və blogger Aleksey Navalnı çıxış edib.

Vladivostokda isə keçirilən aksiya icazəsiz olduğuna görə 20 nəfər həbs edilib. Onlar üç saat sonra azadlığa buraxılıblar.

Çitada aksiya İnqilab meydanında baş tutub. Aksiya iştirakçılarına qarşı kazaklar meydana gəliblər. Onlar Aleksey Navalnının əleyhinə plakatlar qaldırıblar.

Aksiyalar həmçinin İrkutsk, Tomsk, Krasnoyarsk, Xabarovsk, Çelyabinsk, Yekatirinburq şəhərlərində də baş tutub.

***

Rusiyada korrupsiyaya qarşı keçirilən mitinqlərdə rus blogger Aleksey Navalnı da həbs edilib. Navalnı Tver vilayətində tutulub.

Mitinqlər Moskva şəhərində də baş tutub. Etirazlar zamanı onlarla şəxs polis tərəfindən saxlanılıb.

pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar