Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı tarixçi erməni terrorizmini yenə ifşa edəcək

Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var


Bu faktlarla sənədli film çəkmək olar. Filmin ssenarisi artıq hazırdır, hətta müəyyən kadrlar da çəkilib. Düşünürəm ki, yanvarın sonu - fevralın əvvəllərində filmi yekunlaşdıra biləcəyəm.

Bunu AzərTAc-a müsahibəsində tanınmış tarixçi, qafqazşünas alim Oleq Kuznetsov deyib. Tarixçi qeyd edib ki, dünyada mövcud olan müxtəlif terror qruplaşmaları ilə müqayisədə erməni terrorizmi özündə daha çox təhdid və hədələri birləşdirir: “Biz Azərbaycana qarşı törədilənlərin nümunəsində bunun çox şahidi olmuşuq. Bu mövzunu dərindən öyrənəndə məlum olur ki, hazırda erməni ekstremizmi hətta Rusiya dövlətçiliyini də təhdid altına alır. Tarixə nəzər salsaq görərik ki, vaxtilə erməni terrorçuları Rusiyanın özündə bir sıra terror hadisələri törədiblər. Buna çoxsaylı misallar gətirmək olar. Erməni terrorizmi, erməni ekstremizmi haqqında faktları araşdıranda məlum oldu ki, bu ideologiya indi də davam etdirilir”.

Oleq Kuznetsov erməni terrorizminin tarixi haqqında yazdığı kitabının 2015-ci ildə Bakıda, 2016-cı ildə isə Moskvada nəşr olunduğunu bildirib. Eyni zamanda, 2015-ci ildə Stokholmda, 2016-cı ildə isə ingilis dilində Berlində böyük tirajla nəşr edilib.

Qafqazşünas alim deyib: “Mənim kitablarımı dünyanın müxtəlif ölkələrində oxuyurlar. Erməni terrorizmi ilə bağlı kitabım çap olunandan sonra müxtəlif ölkələrdən elektron poçtuma bununla bağlı xeyli materiallar gəlməyə başladı. Məsələn, Türkiyənin Ankara, İstanbul hava limanlarında, Fransanın Orli hava limanında, həmçinin təxminən son 7 ildə baş vermiş teraktlarla bağlı kifayət qədər məlumatlar aldım. Eyni zamanda, Belarusdan çoxsaylı materiallar göndərildi. Hamısı da kifayət qədər əhatəli materiallar və faktlardır. Onları yenidən işləmək, dəqiqləşdirmək xeyli vaxt aparacaq. Bu ilin ortalarından bu işlə məşğul olmağa başlayacam”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar