Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı səfirdən səmimi etiraf


“İş günümü mətbuat ilə tanışlıqdan başlayıram. Təzə qəzetləri oxumaqla, yerli saytları gözdən keçirməklə, Azərbaycanda baş verən hadisələr barədə informasiya alıram”


Bu fikirləri Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) Azərbaycan Milli Mətbuat Günü münasibətilə təşkil etdiyi görüşdə söyləyib.

Səfir deyib ki, informasiyanın dürüst və obyektiv olmasında çox maraqlıdır. O, səfirliyin fəaliyyətinin, Rusiya-Azərbaycan münasibətlərinin işıqlandırılmasına görə jurnalistlərə təşəkkür edib.

Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr İşşein tədbirdə çıxış edərək, Azərbaycan jurnalistikası nümayəndələrini 140 illik yubiley münasibətilə təbrik edib. O, Azərbaycan mətbuatında dinlərarası münaqişələrə təhrik edən məqalələrin olmamasına görə təşəkkür edib. Azərbaycanı tolerant ölkə adlandıran arxiyepiskop deyib ki, burada bütün xalqların və dinlərin nümayəndələri bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşayır. Arxiyepiskop xüsusi vurğulayıb ki, Azərbaycan KİV-ləri ölkədə dini durumu obyektiv işıqlandırır, təkcə müsəlmanların deyil, həm də başqa dinlərin nümayəndələrinin dini həyatına diqqət yetirirlər.

“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Azərbaycan mətbuatı nümayəndələrini 140 illik yubiley münasibətilə təbrik edərək, birgə fəaliyyətə, nümayəndəliyin və RİMM-in fəaliyyətinin işıqlandırılmasına görə onlara təşəkkür edib. O, “Rossotrudniçestvo” nümayəndəliyinin və RİMM-in fəaliyyətinin işıqlandırılmasında fəal və səmərəli fəaliyyətinə görə bəzi KİV-lərin kollektivinə Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar təşəkkür məktubları təqdim edib.

Sonra görüş konsert və çay süfrəsi arxasında səmimi söhbət ilə davam edib. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar