Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan girovların azad olunmasını gözləmək olarmı?


Sergey Lavrovun Dilqəm Əsgərovla bağlı açıqlaması ümid yaradıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ikinci dəfə açıqlama verib. Bir neçə gün əvvəl verdiyi açıqlamada Lavrov Rusiya vətəndaşı olan Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında maraqlanacaqlarını, Ermənistanla bu məsələ ilə bağlı danışacaqlarını bildirib.

Ekspertlər Rusiya XİN-in rəhbərinin son iki ayda ikinci dəfə azərbaycanlı girovlardan danışmasının, xüsusilə də sonuncu açıqlamasının nə dərəcədə ümidverici olması ilə bağlı fərqli fikirdədirlər. 

Məsələn, “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirdi ki, Dilqəm Əsgərov Rusiya vətəndaşı olduğu üçün Rusiya hakimiyyəti istəsə onun ekstradisiyasına nail ola bilər: “Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Burada Rusiya öz vətəndaşının taleyini müəyyənləşdirməlidir. Təəssüf ki, qondarma məhkəmə prosesinin keçirilməsinə, onların Azərbaycanın işğal olunmuş ərazilərində saxlanılmasına baxanda Rusiya faktiki olaraq biganəlik göstərdi. Avropada, Amerikada Rusiya vətəndaşına bir şey olanda Rusiyanın həm dövlət, həm də hüquq-mühafizə orqanları faktiki olaraq şivən qoparırlar. Bu bir daha onu göstərdi ki, Rusiyada etnik ayrı-seçkilik, insanların milliyətinə görə yanaşma müxtəlifliyi var. Amma məsələnin hər halda, hüquqi tərəfi mövcuddur. Əgər Rusiyada olan Azərbaycan icmaları bu məsələnin üstünə düşsə, əminəm ki, o zaman Dilqəmin Rusiyaya ekstradisiyası mümkündür.



Bu yaxınlarda Azərbaycan tərəfi siyasi iradə nümayiş etdirərək humanist addım atdı və 6 nəfər erməni ailəsini Ermənistana qaytardı, ancaq Ermənistan buna müsbət reaksiya vermədi: “Bu gün Azərbaycan beynəlxalq aləmə də açıq şəkildə tələb irəli sürə bilər ki, bizim xoş məramlı jestimiz müqabilində Ermənistana qarşı təzyiqləri gücləndirsin və əsrlərin hamının-hamıya formatı üzrə mübadiləsi baş tutsun. Çünki dövlətlərin siyasətindən insanların əziyyət çəkməsi yolverilməzdir. Bu, ümumbəşəri dəyərlərə, müasir dünyanın qanunlarına ziddir”.  

 

Deputat Rasim Musabəyov isə bildirdi ki, Rusiyanın xarici işlər naziri söz xatirinə həmin bəyanatı verib: Rusiyanın indi özünün Ermənistanla bağlı başağrısı var. Erməni ailəsini güllələyən rus əsgərin məsələsi ilə bağlı proseslər gedir. Rusiyanın xarici işlər nazirinin açıqlaması onu deməyə əsas verir ki, Moskva alver predmetini genişləndirir. Mən hesab edirəm ki, girovların azad olunması üçün Ermənistan Azərbaycanın əlinə 3-4 erməni əsir keçəndən sonra mövqeyində dəyişiklik edəcək. Nəinki söz xatirinə Lavrovun açıqlaması əsas olacaq. Rusiya bu açıqlamada səmimidirsə, girovların azad olunması üçün real, konkret addımlar atmalıdır”. 

 

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Sergey Lavrovun Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcəyinə dair açıqlaması Azərbaycan rəhbərliyinin girovların azad edilməsi istiqamətində ciddi işlədiyini göstərir: “Azərbaycan girovların azad edilməsi məsələsində Rusiya ilə olan əlaqələrindən geniş istifadə edir. Dövlət başçısı İlham Əliyev Soçi sammitində girovların məsələsini şəxsən qaldırmışdı. Güman edirəm ki, Azərbaycan tərəfi Rusiyanı girovların günahsız olduğuna inandıra biləcək. Girovların azad edilməsi çox vacib məsələlərdən biridir. 

Lavrovun açıqlaması belə ümid yaradır ki, Rusiya girov vətəndaşı Dilqəm Əsgərovun azad edilməsi üzərində çalışır, Ermənistandan onun azad edilməsini tələb edə bilər. Ona görə də girovların azad edilməsi reallaşa bilər. Sergey Lavrov bildirdi ki, bu məsələ Ermənistanla müzakirə olunacaq. Hesab edirəm ki, Rusiya istəsə, forpostu olan Ermənistan girovları asanlıqla azad edə bilər. Yetər ki, Moskva heç olmasa bu məsələdə səmimi olsun”.

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. H.Həsənov qətlə yetirilib, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar