Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadan cavab zərbəsi - Moskva 23 britaniyalı diplomatı ölkədən çıxarır

Moskva Londona adekvat cavab verir: Rusiyada 23 britaniyalı diplomat arzuolunmaz şəxs elan edilib


 Euronews telekanalı xəbər verir ki, martın 17-də Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Moskvadakı səfiri Lori Bristounu bu barədə məlumatlandırıb.

Həmçinin Rusiyadakı Britaniya şurasının fəaliyyəti dayandırılıb, Britaniyanın Sankt-Peterburqdakı konsulluğu isə bağlanacaq. XİN Rusiyaya qarşı qeyri-dost xarakterli fəaliyyətlərin davam edəcəyi təqdirdə, Moskvanın da digər cavab tədbirləri görmək hüququnu özündə saxlayacağı barədə Birləşmiş Krallığı xəbərdar edib.

Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan onların Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu işdə Rusiyanın əli olduğu iddia edilir.

Martın 14-də Tereza Mey “Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verildiyini bildirmişdi. Moskva isə öz növbəsində bu addımı “kobud təxribat” adlandırmış və Britaniyaya adekvat cavab verəcəyini açıqlamışdı.
(Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar