Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyadakı seçkilər siyasətçilərimizin gözündə - kim kimi dəstəkləyir?


İqbal Ağazadə: “O, platforması qeyri-müəyyən olan və seçkilərə hobbi kimi baxan bir namizəddir”; Tural Abbaslı: “Bizim üçün Rusiyada kimin prezident seçiləcəyi önəmli olmamalıdır, çünki...”


Bu il martın 18-də Rusiyada keçiriləcək seçkilər Azərbaycanda da maraqla izlənilir. Ölkəmizə təsir imkanları kifayət qədər geniş olan şimal qonşumuzda artıq ölkə rəhbərliyinə iddiasını irəli sürənlərin siyahısı durmadan genişlənir və onlardan kimlərin namizədliklərinin qeydə alınacağını indidən təxmin etmək mümkündür.

Onların içərisində hələ ki ən çox gündəmdə olan və prezident Vladimir Putinə rəqib olacaq səviyyədə Qriqori Yavlinski, Kseniya Sobçak kimilərini göstərmək olar.

Azərbaycan müxalifətinin Rusiya seçkilərini necə izlədikləri, iddiaçılardan hansıları dəstəklədikləri maraq doğurur.

Ümid Partiyasının sədri <a href=İqbal Ağazadə ile ilgili görsel sonucu">

Ümid Partiyasının sədri İqbal Ağazadə açıq və demokratik Rusiyanın tərəfində olduğunu söylədi: “Təəssüf ki, bu gün qeyd etdiyim parametrlərə cavab verən namizəd yoxdur. Navalnini seçkilərdən kənarda saxladılar. Digər parlaq fiqurlar isə yoxdur. Xanım Sobçak seçkilərdə, hesab etmirəm ki, ciddi səs  qazansın. O, platforması qeyri-müəyyən olan və seçkilərə hobbi kimi baxan bir namizəddir. Putinin qalib gələcəyi şəksizdir. Biz dünya birliyinin, demokratik dünyanın Rusiyanın regiona təsir imkanlarını azaltmağının tərəfindəyik. Onun da necə olacağını zaman göstərəcək. Ona görə də martın 18-də keçiriləcək seçkilərdən hər hansı bir gözləntim yoxdur. Rusiyada proseslər dəyişməyəcək”.

Tural Abbaslı ile ilgili görsel sonucu

AĞ Partiya başqanı Tural Abbaslı Rusiyadakı seçkiləri yaxından izlədiyini qeyd etdi: “Rusiya həm dünya çapında önəmli siyasi oyunçudur, həm də bizim qonşu dövlətdir, o zaman bu dövlətə ikiqat diqqət ayırmaq lazım gəlir. Amma namizədlərin irəli sürülmə mərhələsi davam etdiyi üçün namizədlərin dəqiq siyahısı bilinmir. Çünki namizədlər hələ 100 mindən 300 minə qədər dəstək imza toplamalıdır. Bundan sonra fevral ayında siyahı dəqiq bilinəcək. Hələliksə, səhv etmirəmsə, Jirnovskidən başqa rəsmi qeydiyyata alınan namizəd yoxdur. O da parlamentdə təmsil olunan partiya nümayəndəsi kimi namizədliyini qeydə aldırıb. Yəni konkret mövqe qoymaq üçün hələ bir az da gözləməyə ehtiyac var. Əslində isə Rusiyada seçkilərdə nələrin baş verəcəyini müəyyən etmək üçün xüsusi istedada gərək yoxdur. Rusiya zatən ədalətli, şəffaf seçki keçirən dövlət kimi tanınmır və bizlər bunun illərdir ki şahidiyik. Həm bugünkü Rusiya cəmiyyətinin əhval-ruhiyyəsini analiz etsək və dünyadakı proseslərə Rusiya cəmiyyətinin reaksiyasına baxsaq, əminliklə deyə bilərik ki, Vladimir Putin yenidən Rusiyanın prezidenti seçiləcək. Həm də namizədlər arasında ona ciddi rəqabət yarada biləcək namizəd yox dərəcəsindədir. Amerika və Avropa tərəfindən dəstəklənən Navalni belə seçkilərə buraxılsaydı, heç nə edə bilməyəcəkdi. Çünki nə Rusiya dövləti, nə də Rusiya cəmiyyəti bizim istədiyimiz anlamda demokratiya istəmir. Onlarda hələ də imperiya xisləti qalır və bunu gizlətmirlər də. Rusiya hələ də nüvə bombalarının sayı ilə qürrələnən ölkə olaraq qalır. Son dönəmlər Amerikanın dünya çapında yürütdüyü destruktiv siyasət Rusiyadakı bu radikal imperiya siyasətimi daha da gücləndirib.

AĞ Partiya olaraq kimin seçilməsini istəməyimizə gəldikdə isə, ilk növbədə onu qeyd edim ki, biz Rusiya seçicilərinin istənilən seçiminə hörmətlə yanaşırıq və onu qəbul edirik. Zatən siyasətin də tələbi budur. Yuxarıda sadaladıqlarım nüansları nəzərə alsaq, düşünürük ki, istər Putin, istərsə də bir başqası belə prezident seçilsə, Rusiyanın Azərbaycana qarşı yürütdüyü imperiya siyasəti dəyişməyəcək. Bizim üçün Rusiyada indiki məqamda kimin prezident seçiləcəyi önəmli olmamalıdır, çünki prezidentlər Rusiyanın yüz illərdən bəri gələn dövlət siyasi xəttini müəyyənləşdirmir. Bizim üçün indiki məqamda önəmlisi Rusiya-Türkiyə münasibətləridir. Mən düşünürəm ki, bu münasibətlərin keyfiyyəti Azərbaycana birbaşa təsir edəcək. Əsasən də Qarabağ məsələsində bu nüans çox önəmlidir. Biz çalışmalıyıq ki, bu münasibətlər davamlı və dərin olsun. Çünki Rusiya qarşısında Azərbaycanın Qarabağ problemini Türkiyədən başqa heç bir dövlət biz istədiyimiz formada qaldıra bilməz. Bizim həm xalq olaraq, həm də siyasilər olaraq Rusiyaya olan neqativ, mənfi münasibətimizi bir kənara qoyub, yaranmış bu məqamdan Azərbaycan xalqı və dövləti üçün yararlı ola biləcək dividentləri götürməliyik”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ile ilgili görsel sonucu

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Azərbaycan vətəndaşı olaraq Rusiyadakı seçkilərə təsir imkanlarının olmadığını bildirdi: “O başqa bir dövlətin seçkiləridir. Siyasi məqsədli simpatiyamız ola bilər. Reallıqdır ki, Rusiyadakı siyasi proseslər Azərbaycana hərtərəfli təsir göstərmək gücündədir. Bu seçkilər də bizim üçün çox ciddi önəm kəsb edir. Hətta bir müddət öncə mətbuata bildirmişdim ki, Azərbaycanda normal seçkilərin keçirilməsi üçün hökumətin Rusiyadakı seçkilərin nəticələri məlum olmamış ölkəmizdəki seçkiləri önə çəkməyi daha məqsədəuyğun olar. 18 martda Rusiyada seçkilər keçirilir və onun rəsmləşməsi ən azı 10 gün çəkəcək. O zaman yerini möhkəmlətmiş yeni prezidentin 2013-cü ildəki kimi təzyiqlərinə məruz qalmamaq üçün seçkilər önə çəkilir. Hətta bunun işartıları da göründü. Zahid Orucun parlamentdəki məlum açıqlamasını burada misal çəkmək olar. Bununla bağlı parlamentdə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması və qanuna dəyişiklik edilməsi, seçki müddətinin 60 günə endirilməsi də buna sübutdur. Həmin qanunun günlər öncə imzalanması bizim versiyalarımızın gündəmdə qalmasına şərait yaradır. Rusiyada hansı namizədi dəstəkləməyimə gəlincə, orada əsas iddiaçı Navalni idi. Onu da seçkiyə buraxmadılar. Liberal kəsimin nümayəndəsi guya Sobçakdır. O da Putinin rəqibi ola bilməz. Zəif alternativdir. Yerdə qalan müxalif namizədlər də Putinə alternativ olma gücündə deyillər. Açıq görünür ki, Putin bu seçkilərdə qalib gələcək və biz növbəti altı ildə də Putinin bölgə, dünya ilə bağlı siyasi layihələrinin şahidi olacağıq. Azərbaycan vətəndaşı, siyasətçi kimi istərdim ki, Putinin imperiya təfəkkürü dəyişmiş olsun. Amma bunun olmaması Azərbaycanın da dövlət müstəqilliyini təhdid edir və bundan sonra da etməsi gözlənilir”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar