Xəbər xətti

25 APREL

0:44 Sarkisyanın istefasına Rusiyadan nə reaksiya var? –BBC-nin şərhi

0:33 Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

0:22 “Türkiyə qarşıdakı 10 il boyunca Ərdoğanın hakimiyyəti altında qalacaq”

0:01 Bugün bürcünüz nələr vəd edir?

24 APREL

23:55 "1915-ci ildə zərər çəkmələrindən kədərlənirik"

23:40 "Ermənistan müxalifəti nə qərbyönlüdür, nə rusiyayönlü..."

23:33 Bitkoin 9 min dollar həddini keçdi

23:10 Naxçıvan mədəniyyət naziri təyin edilib

23:05 İran şahının mumiyası tapılıb

22:55 Azərbaycan və Türkiyə prezidentləri birgə şam ediblər

22:20 Azərbaycanlı turistlər Türkiyəni Gürcüstana və İrana dəyişiblər

22:05 Naxçıvan Turizm Departamentinin direktoru təyin edilib

21:55 “Şimali Koreya lideri olduqca səmimi və qürurlu insandır“

21:40 “Nə qədər varam, ölkədə meydan hərəkatına heç bir əsas olmayacaq” –Lukaşenko

21:20 Azərbaycanın əməkdar artisti vəfat etdi

21:12 Usama ben Ladenin mühafizəçisi Avropada miqrantların arasında tapılıb

20:40 Goranboyda ilanlar evlərə hücum edib

20:33 Bakı Metropoliteninin vəzifəli şəxsi üzr istədi

20:13 İraq İŞİD-in Suriyadakı obyektinə zərbələr endirib –Açıqlama

20:05 Əli Əhmədov: İçməli suyun tükənməməsi üçün həyata keçirilən layihələr kifayət etmir

19:50 Fransanın futbol əfsanəsi Anri Mişel öldü

19:40 Ukrayna Rusiyaya çay blokadası tətbiq edəcək

19:35 General oğlunun cinayət işini aparmış müstəntiq məhkəməyə gəlməyib

19:20 AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

19:17 Rusiya azərbaycanlını “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib

19:12 Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

19:05 “Bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik“

18:50 Prezident İlham Əliyev Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib

18:34 Sürücülərin nəzərinə: Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

18:30 Jirinovskidən əcaib təklif:"Moskvadan Yerevana metro xətti çəkilsin..."

18:25 Naxçıvanda gömrükçülər 108 kq heroin aşkar edib

18:17 Karapetyanla görüşdə o, baş nazir olmaq məsələsini qaldıracaq

18:12 Kadırov: “Qərb bilir ki, Rusiyaya hücum etsə...“

18:05 Şəmkirdə toya gedən şəxslər qəzaya düşüb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

18:00 İsrail və İran savaş astanasında

17:58 Əbülfəz Elçibəyin 80 illik yübileyinə hazırlıq işləri aparılır

17:55 “Qadınlar hər zaman mənə paxıllıq ediblər” - Aygün

17:49 Başından zədələnmiş xəstənin səhvən ayağını əməliyyat etdilər

17:45 FETÖ-nün gizli şifrəsi aşkarlandı: “Gəlin, çay içək”

17:40 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 Əfqan Muxtarlının şikayəti təmin edilmədi

17:30 Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

17:25 Saatlı sakini bıçaqlanıb

17:20 Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

17:18 İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

17:15 “Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…”

17:09 Ərlərini və sevgililərini döyən məşhur qadınlar

17:05 Nəsimi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb - Fotolar

17:03 “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

16:58 Lukaşenko İrəvana səsləndi: Tələsməyin!

16:53 “BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir”

16:48 Prezident: “Türkiyədəki seçkilərlə bağlı çox müəmmalı ssenari ortaya atılıb”

16:43 “Qarabağ” bu göstəricidə dünya ikincisidi...

16:37 Yeni nazir Muxtar Babayev hansı məşhurun övladıdır? - Video

16:26 Nazim İbrahimov: “Ramiz Mehdiyev bizim ağsaqqalımızdır...”

16:21 ABŞ Türkiyə əleyhinə qanun qəbul edəcəkmi?

16:15 Serj Sarkisyanın anası öldü

16:10 AMEA: Dünyanın ən nəhəng palçıq vulkanı 30 ildən sonra yenidən püskürüb

16:05 Ərdoğan ermənilərə başsağlığı verib

16:00 Flora Kərimova Röya haqda sərt sözlər dedi

15:55 Məhkəmədə vəkil cinayət işinin materiallarını yedi

15:51 Bakı Metropoliteninin vəzifəli şəxsi vətəndaşları təhqir etdi

15:47 “iPhone X”-in ən böyük çatışmazlığı üzə çıxdı

15:42 Həsən Turabov niyə ölmək istəyirdi?

15:37 “Yaxşı oxumasaydım, hamıyla dost olardım” - Elton

15:33 “Formula 1” yarışı üçün yüklər Bakıya gətirilib

15:29 Ərdoğan: “Suriyanın şimalında lazım olanı edəcəyik”

15:24 Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

15:20 “Azercell“in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

15:16 Ramiz Mehdiyev: “Nazim İbrahimov vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi”

15:12 Ermənistanda nə baş verdi? - Abxaziya tipli çevriliş, yoxsa “məxməri inqilab”?

15:07 “Baş nazir vəzifəsindən imtina etmərəm” – Nikol Paşinyan

15:03 Qadının başına it düşdü, beyni silkələndi - Video

14:59 “Vicdanım rahat durmurdu” - Natavan

14:54 Cəlilabadda kütləvi dava olub

14:50 O falçının anama dedikləri düz çıxdı

14:44 Keçmiş komitə sədri kollektivlə vidalaşdı

14:39 ShushaPost.az saytı Şuranın dəstəyi ilə təkmilləşdirildi

14:35 Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

14:35 Kim keçmiş sevgilisini söymək istəsə...

14:31 Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”

14:27 Cavanşir Yusifli: “Anara hələ bu xoşbəxtlik üz verməyib”

14:23 Emmanuel Makron İlham Əliyevi təbrik edib

14:18 Nazim İbrahimov qızının toyunu son anda təxirə saldı

14:14 İlham Əliyev Rusiya Xarici Kəşfiyyat Xidmətinin başçısı ilə görüşüb

13:53 Türkiyə hərbçilərinin uniforması dəyişir

13:48 Saatlıda 4 yaşlı qız gölməçəyə düşərək boğulub

13:44 Milli Məclis müflisləşmə haqqında qanunu qəbul edib

13:39 Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

13:34 Əflatun Amaşovdan Ombudsmanın hesabatına etiraz

13:30 Sabah hava necə olacaq?

13:26 Elmira Süleymanova hesabat verdi

13:22 Ermənistanda icra başçısını güllələdilər

13:20 Silah satışında Azərbaycana qoyulan məhdudiyyətlərin səbəbi nədir?

13:18 Rusiya iqtisadiyyatı harbi vəziyyət rejiminə keçir

13:14 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:10 Həsən Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı

13:05 Milli Məclis Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqlədi

13:00 Ramiz Mehdiyev yeni təhsil nazirini kollektivə təqdim edib

12:06 Xudatda nə baş verir? - Tenderlərdəki “oyun”ların pərdəarxası məqamları

11:58 Ermənistan hakimiyyəti müxalifətlə danışıqlara başlayır

11:54 Milli Məclisin komitəsində dəyişiklik – Yeni sədr seçiləcək

11:49 İki vəkilin fəaliyyətinə 1 illik qadağa

11:45 Amansız Qarabağ döyüşçüsü jurnalistə təslim oldu

11:41 Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

11:37 Gürcüstanda azərbaycanlı ailənin evinə maskalı basqın olub

11:33 Gəncədə mənzildən 30 min dollar oğurlanıb

11:28 “Roma” İngiltərəyə 22 futbolçu ilə getdi

11:24 Öz qazdığı quyuya düşən

11:19 Sosial işçilər üçün maarifləndirici seminarlar təşkil olunacaq

11:15 Fransa aktivləşir və ABŞ-ı beynəlxalq arenada sıxışdırır...

11:11 İntihar edən polkovnikin qardaşı Eldar Mahmudovu məhkəməyə verdi

11:07 Deputat Zahid Orucdan dəyişikliklərə reaksiya

11:03 Yol təmiri zamanı 145 sovet əsgərinin skeleti tapıldı

10:59 Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı

10:55 Deputatlar bu gün toplaşır – 20 məsələ müzakirə ediləcək

10:51 Vahid Əhmədov ürəyindən əməliyyat olundu

10:47 “O böyük koalisiya terrorçuların öhdəsindən gələ bilməyib, əvəzində…”

10:43 BMT Baş katibindən Qarabağla bağlı bəyanat

10:38 Paşinyan: ““Məxməri inqilabı” yarımçıq qala bilməz”



ANALİZ

...

Rusiyada varlıların pulu ölkənin bütün sərvətinin 43%-ə çatıb - Araşdırma

Tarix 13.01.18, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyada dərin sosial uçurum:varlıların pulu ölkənin bütün sərvətinin 43%-ə çatıb


Aleksandr Alikin

EurasiaNet (ABŞ), 12.01.2018


Rusiyada varlı vətəndaşların sayı dünyada ən sürətli templə çoxalır, aktivləri isə ölkənin bütün əhalisinin, demək olar, yarısının mülkünə yetir. Bununla belə, varlı adamlar bu sərvəti biznesin və ölkə iqtisadiyyatının inkişafına yatırmaq əvəzinə, göründüyü üzrə, pulu  ölkədən çıxarmaqdadırlar. Rusiya offşor zonalara əsas yatırmçılar beşliyinə daxil olub, varlı vətəndaşların offşorlardakı aktivlərinin həcmi isə Rusiya ÜDM-nin 84%-ə çatıb.

Bu arada sadə əhali dörd il dalbadal yoxsullaşmaqdadır, yaşayş minimumundan aşağı gəlir isə 20,3 milyon nəfərdə qeydə alınıb (hətta bu faktı da nəzərə alaq ki, bu minimuma praktik olaraq dolanmaq mümkün deyil).

Varlılar kapitalı artırırlar

Fransanın “Capgemini” konsaltinq şirkətinin “World Wealth Report 2017” araşdırmasında deyilir ki, 2015-2016-cı illərdə Rusiyada sərvəti 1 milyon $-dan artıq varlı vətəndaşların sayı 182 min nəfərədək 19,7% artıb. Bu, göstərilən dövrdə dünyada varlı adamların sayının ortalama 16, 5 milyonadək 7,5% çoxaldığı ən sürətli artımdır. Rusiyadan sonra ən sürətli artım tempi Hollandiya (13,7%), İndoneziya (13,7%) və Norveçdədir (13,2%). Qeyd edək ki, Rusiyada dollar milyonerlərinin sayının artdığına baxmayaraq, onların miqdarı başqa ölkələrlə müqayisədə aşağıda qalır: ABŞ (4,8 milyon nəfər), Yaponiya (2,9 milyon nəfər), Almaniya (1,3 milyon nəfər), Çin (1,2 milyon nəfər).

“Wid.world” təşkilatının “Dünyada qeyri-bərabərliyin payı”  məruzəsində deyilir: Rusiyanın ən yüksək gəlirli 1% vətəndaşının sahib olduğu mülkün payı 2015-ci ildə ölkə sakinlərinin bütün mülkiyyətinin 43%-ə çatıb (1995-ci ildəki 22%-lə müqayisədə). Bloomberg agentliynin məlumatına əsasən, Rusiyanın 27 ən varlı vətəndaşı 2017-ci ildə öz sərvətini 24,7 milyard dollar (1,4 trilyon rubl) çoxaldıb. Sərvəti azalmış dörd nəfəri bu siyahıdan çıxsaq, onda qalanların mülkiyyət artımı 35 milyard dollar təşkil edib.

Kasıblar yoxsullaşırlar

Maraqlıdır ki, imkanlı vətəndaşların varlanması bütün ölkə əhalisinin itkiləri üstəgəl federal büdcənin itkilərilə tutuşdurula bilir, amma qeyd edək ki, bu hadisələr arasında birbaşa əlaqə müəyyən edilməyib. Rosstat-ın (RF Dövlət Statistika Xidməti-tərc.) məlumatına görə, 2017-ci ilin 11 ayında sakinlərin əlindəki gerçək gəlirlər 1,4 % azalıb (bütün il üçün məlumatlar hələlik yoxdur). Bunun nə qədər pul etdiyini anlamaq üçün təxmini təsəvvür verə bilən kobud hesablamaya əl atmaq olar (Rosstat bu göstəricini mütləq kəmiyyətlərlə dərc etmir).

Məsələn, 2017-ci ilin yanvarında əhalinin adambaşına gəliri 24 386 rubl təşkil edib. Bu rəqəmi 12-yə və ölkənin 146,8 milyon sakininə vursaq, 42,9 trilyon rubl alınır – bu, əhalinin ilin əvvəlindəki təxmini nominal gəliridir. Vətəndaşların nominal gəliri (42,9 trilyon rubl) 11 ayda gerçək ifadədə 1,4% düşübsə, onda azalma, təxminən, 600 milyon rubl təşkil edib.

Nəhayət, Maliyyə Nazirliyinin məlumatına görə, 2017-ci ilin yekunları üzrə Rusiya büdcəsinin kəsiri 1,6-1,7 trilyon rubl təşkil edib. Bu qayda ilə büdcə itkiləri vətəndaşların itkilərilə birlikdə haradasa 2,2-2,3 trilyon rubldan ibarətdir. Qazanılan pullar iqtisadiyyata qoyulursa, varlı vətəndaşların sayının artmasında pis heç nə yoxdur. Lakin Rusiyada durum kapital axınının yüksək göstəricilərilə qəlizləşir.

Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının (RXTvDX) məlumatına görə, təkcə 2017-ci ilin birinci yarısında offşor yurisdiksiyalarına (əsasən, Kiprə) Rusiya yatırımlarının həcmi 11 milyard dollar təşkil edib və 2018-cı ilin tam göstəricisinə (15,5 milyard $) yaxınlaşır və bütün 2015-ci ildən (9,3 milyard dollar) 1,7 milyard dollar çoxdur. ABŞ Milli araşdırma bürosunun məlumatına əsasən, Rusiya vətəndaşlarının offşor aktivlərinin həcmi 2017-ci il avqust  durumuna görə ölkənin beynəlxalq ehtiyatlarını məbləğcə üç dəfə üstələyir. Ehtiyatların məbləği avqustda 418,4 milyard dollar təşkil edib, büronun nəticələrinə əsasən, uyğun olaraq offşor yığımlarının məbləği 1,2 trilyon dollara yaxın və ya indiki kursla 72,3 trilyon rubl ola bilər. Bu, 2016-cı ilin yekunları üzrə Rusiya ÜDM-nin 84%-idir.

Bütün bunların fonunda Rusiyanın adi vətəndaşlarının rifahı ancaq pisləşir. Gerçək gəlirlər son dörd ildə ancaq azalıb. 2014-cü ildə 0,7 %,  2015-ci ildə 3,2%, 2016-cı ildə 5,8%, 2017-ci ilin 11 ayında 1,4%.  RXTvDX-nin araşdırmasında deyilir ki, 2017-ci ilin üçüncü rübündə yoxsulluq səviyyəsi əhalinin 13,1%-i təşkil edib və son altı ildə üçüncü rübün ən yüksək göstəricisi olub. Bütünlükdə yanvar-sentyabrda əhalinmin 13,8%-nin (20,3 milyon nədər) pul gəliri yaşayış minimumundan aşağı (ayda 10,3 min rubl) olub, amma bu göstərici güzəştlidir və vətəndaşların gerçək tələbatını əks etdirmir.

RXTvDX-nin sorğusundan göründüyü kimi, əhalinin 13%-i öz durumunu “yetərincə ağır” dəyərləndirir və “bəzi mal və ərzaqlardan imtina etməli olur”. Daha 4% güc-bəla ilə dolanır. “Romir” şirkətinin sorğu məlumatları göstərir ki, beş ailədən biri (21%) 2016-nın noyabrından 2017-nin noyabrına qədər öz pul durumunu ağır və ya çox ağır qiymətləndirib, çünki bəzi malları almaqdan imtina ediblər və “güc-bəla ilə dolanırlar”. Sorğulanan ailələrin yalnız üçdə biri öz vəziyyətini yaxşı və ya sakit kimi dəyərləndirib, çünkli gündəlik istənilən xərci və ya böyük alqını özlərinə rəva biliblər.

RF Dövlət Duması əmək, sosial siyasət və veteranların işi üzrə komitəsinin üzvü Oleq Şein hesab edir ki, sosial bərabərsizlik probleminin həlli üçün yetərincə üsullar var. Bu, mütərəqqi vergiqoyma şkalası (verginin həcmi gəlirin səviyyəsindən asılı olur), aktivlərin offşor zonalara çıxarılmasına yasaq, böyük biznes üçün büdcəyə ildə 9,5 trilyon rubla başa gələn vergi güzəştlərinin ləğvidir.

Şein hesab edir: “Amma güman etmirəm ki, dövlət varlılarla yoxsullar arasında fərqi azaltmaq üçün bu tədbirlərə gedər. Aydındır ki, bu gün Rusiyada hökumətin nəzarət etdiyi istənilən böyük kapital heç vaxt özünə pislik etməyəcək və öz pullarını ölkəmizin qalan vətəndaşlarıyla bölüşməyəcək”.

Tərcümə Strateq.az-ındır.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Tramp: "İranla nüvə sazişi imzalanmamalı idi"

bitmap-img3

Rakurs

Lənkəranlı sahibkarlar prezidentdən kömək istədi

bitmap-img3

Seçmələr

Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru