Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada öldürülən azərbaycanlı biznesmenlə bağlı təfərrüatlar


Rusiyanın Volqoqrad vilayətində iş adamı Zülfüqar Əsədovun qətlinin istintaqı yekunlaşıb və qətlin bir sıra təfərüatları ortaya çıxıb


2015-ci ilin sentyabr ayının 26-da iş adamı Z. Əsədovu qətlə yetirən şəxslər barədə ittiham aktını prokuror təsdiq edib.

Məlumata görə, sui-qəsd Əsədova edilən hücumlardan sayca üçüncüsüdür. Onun qətlə yetirilməsi biznesmenə qarşı 18 iyun 2014-cü ildə törədilmiş sui-qəsdlə əlaqəlidir. 2014-cü ildə iş adamına qarşı törədilən sui-qəsd hadisəsı zamanı 4 nəfər ittiham edilərək onlar barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həmin şəxslərdən 2 nəfəri doğma qardaş və biznesmenin sürücüsü idi. Onu qətlə yetirən şəxs isə həmin sui-qəsdi törədənlərdən birinin əmisi oğlu olub.

İstintaqın versiyasına görə, həmin əmioğlu öz dostuna Zülfüqar Əsədovu qətlə yetirməyi təklif edib. Buna səbəb isə həmin şəxsin qohumunun həbsdə olması olub. Qətl hadisəsi qisas məqəsdi ilə törədilib.

Hadisənin başvermə formasına gəlincə, istintaqın məlumatına görə, qətli törədən iki nəfər əvvəlcə “VAZ” markalı avtomobil kirayələyiblər və maşına oğurluq nömrə taxıblar. Daha sonra biznesmenin evinn qarşısına gələrək ona 9 dəfə atəş açıblar və ərazidən uzaqlaşıblar.

Təqsirli bilinən şəxslər barəsində ittihamnamə təsdiq edilsə də məhkəmənin vaxtı hələlik məlum deyil. Məsələ ilə bağlı ittiham edilənlər və onların hüquq-müdafiəçiləri tərəfindən heç bir şərh verilməyib.

Qətl hadisəsi ötən ilin sentyabrın 26-da gecə qeydə alınıb. Gecə saatlarında azərbaycanlı biznesmen Zülfüqar Əsədova evinin yaxınlığında - 32 saylı binanın qarşısında avtomobilində olarkən atəş açılıb. O, çoxsaylı güllə yarası ilə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, yolda özünə gəlmədən keçinib. Əsədov hadisə vaxtı avtomobilində tək olmayıb. Onun mühafizəçisi də yanında olub. Amma o sağ qalıb. Güllələnən həmyerlimizin Volqoqradda topdan satış ticarət mərkəzində bir neçə ticarət məntəqəsinin sahibi olduğu bildirilir. (ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar