Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada miqrantlara qarşı qanunların sərtləşməsi Azərbaycana necə təsir edəcək?


Arzu Nağıyev: “Rusiya hakimiyyəti bu proseslərdən istifadə edərək öz məqsədlərinə çatmaq üçün miqrantlar və digər məsələlərlə bağlı müvafiq qeyri-adekvat addımlar ata bilərlər”


Adıgözəl Məmmədov: “Rusiya hökumətinin miqrantlara qarşı sərtləşmə prosesi nəticəsində Rusiyanın Orta Asiya və Azərbaycanla  münasibətlərində heç bir gərginlik yaşanmayacaq”.

Aprelin 3-də Sankt-Peterburq metrosunda 14 nəfərin həlak olması ilə nəticələnən terror aktından sonra Rusiyada miqrantlara qarşı hökumətin siyasəti daha da sərtləşib. Rusiyanın Antiterror Komitəsi və terroru araşdıran digər hüquq-mühafizə orqanları iddia edib ki, yerli hökumətin bazarlarda toplaşan miqrantlarla bacara bilməməsinin nəticəsi olaraq terroru həyata keçirəni və terror aksiyasının hazırlanmasına dəstək verənləri vaxtında ifşa etmək mümkün olmayıb. Bu isə Rusiya hökumətin miqrantlara qarşı bir neçə il əvvəl başlamış olduğu sərtləşmə prosesini daha da alovlandırıb. Nəticə etibarilə Orta Asiyadan və Azərbaycandan olan əmək miqrantlarının işlədiyi bazarlarda  xüsusi reydlər keçirilməyə başlayıb. Azərbaycanlıların böyük əksəriyyətinin sosial yaşayışlarını təmin etmək üçün Rusiyada məskunlaşdığını nəzərə alsaq, o zaman Rusiyada miqrantlara qarşı qanunların sərtləşməsi prosesi Azərbaycana necə təsir edə bilər və bununla bağlı iki ölkə arasında gərginlik yarana bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Arzu Nağıyev və Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədova müraciət edib.

Image result for arzu nagıyev







Arzu Nağıyev: “Azərbaycan üçün ən qorxulu təhdid məhz erməni terrorudur. Ermənistan xüsusi xidmət orqanları müxtəlif yerlərdə olan şəxslərdən istifadə edərək bunu Azərbaycana qarşı yönəldə bilərlər”.


Rusiyada miqrantlara qarşı başladılan sərtləşmə prosesində azərbaycanlıların birmənalı olaraq zərər görəcəyini ehtimal etməyən politoloq Arzu Nağıyevə görə, buna səbəb Rusiya ərazisindəki  terror təşkilatların tərkibində azərbaycanlıların sayının çox az olmasıdır:

Sankt-Peterburqda baş verən terror aktı ilə bağlı olaraq xüsusi xidmət orqanlarının rəhbərliyi və cənab Putin əsas olaraq dörd istiqamətdə bəyanatlar səsləndirmişdi: korrupsiya, narkotrafik, mütəşşəkil cinayətkarlıq  və terror hadisələri. Bu gün Rusiya dörd istiqamətdə özündə baş verən prosesləri eyni zamanda milli təhlükəsizliyə təhdid kimi MDB məkanında olan dövlətlərə də şamil etmişdi.  Məlum məsələdir ki, Rusiya bu gün bir sıra koalisiyalara qoşularaq dünyada baş verən proseslərdə, həmçinin dini-radikal qurumlara qarşı müvafiq əməliyyatlarda iştirak edir. Bu baxımdan Rusiya baş verən proseslər gözlənilən idi. Eyni zamanda Putin bir məsələni vurğuladı ki, bu proseslər xaricdən idarə olunur. 

Bu gün Rusiyanın ərazisində dini-radikal qruplaşmaya birləşmək ehtimalı olan 11 federasiya subyekti var. Bura Çeçenistandan başlamış Dağıstana qədər federasiyanın tərkibində olan subyektlər daxildir. Rusiya ərazisindəki terror aktlarında ən çox iştirak edən şəxslər Orta Asiyadan çıxan şəxslərdir. Hansı ki, onlar Qırğızıstan, Özbəkistan, Qazaxıstan və digər dövlətlərdə yaşayan, islam ordusu kimi İŞİD-ə, Talibana biət etmiş bir sıra qruplaşmalardan ibarət olan şəxslərdir. 

İndiki şəraitdə Rusiya və dünya məkanında ümumi terror təşkilatlarının arasında azərbaycanlılar çox az faiz təşkil edirlər. Çünki Azərbaycandan Rusiyaya gedən miqrant kütlələri islamçı qruplaşmalara aid olmyan adamlardır. Azərbaycandan da Suriya və digər ölkələrdə “cihad” çağırışlarına qoşulan 900-ə yaxın şəxs var. Onlardan bəziləri həbs olunub və Azərbaycan hüquq-mühafizə orqanları Suriyadan və İraqdan Azərbaycana geri dönən “cihadçıları” həbs etməkdə davam edəcək. 

Arzu Nağıyev: “Bu gün Rusiyanın ərazisində dini-radikal qruplaşmaya birləşmək ehtimalı olan 11 federasiya subyekti var”.


Azərbaycan üçün problem və təhlükə başqa yerdən gələ bilər. Şimali Qafqazdan Azərbaycana terror ixrac oluna bilər. Bu təhlükənin qarşısın alınması üçün RusiyaAzərbaycan xüsusi xidmət orqanları birgə çalışmalı və Qafqazda terrora qarşı birgə mübarizə aparmalıdırlar. 

Rusiyada ümumi anti-terror əməliyyatları əsasən Orta Asiyadan çıxan miqrantlara qarşı keçirilir. Ona görə ki, xarici xüsusi xidmət orqanları vaxtaşırı olaraq Orta Asiyada Rusiyanı təhdid edəcək formada müəyyən addımlar atırlar. Biz keçən il də bir sıra hadisələrin şahidi olduq. Bu gün Rusiya ilə Azərbaycan arasında miqrantlarla bağlı elə bir problem yaşanmır. Son zamanlar  həbs olunanlar arasında azərbaycanlıların olmaması və ya çox az olması bunu deməyə əsas verir. 

Ən qorxulusu  odur ki, məhz Rusiya hakimiyyəti bu proseslərdən istifadə edərək öz məqsədlərinə çatmaq üçün miqrantlar və digər məsələlərlə bağlı müvafiq qeyri-adekvat addımlar ata bilərlər. Lakin bu gün Azərbaycanla Rusiya arasında xüsusi xidmət orqanları səviyyəsində bir-birinə məlumat mübadiləsi ilə bağlı müqavilələr  və sərəncamlar var. Azərbaycan üçün ən qorxulu təhdid məhz erməni terrorudur. Ermənistan xüsusi xidmət orqanları müxtəlif yerlərdə olan şəxslərdən istifadə edərək bunu Azərbaycana qarşı yönəldə bilərlər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları bu istiqamətdə çalışır. Təbii ki, Azərbaycan vətəndaşı da çox ayıq-sayıq olmalı, bu məsələyə diqqət yetirməlidir. Rusiyada baş verən proseslərin tam nəzarətdən çıxdığını demək olmasa da, müəyyən qədər problemlər yaşanır. Rusiya xüsusi xidmət orqanları miqrant kütlələri bazarlarda axtarmağa çalışırlar, amma əsas proseslər məscidlərdə, dini qurumlarda gedir. Eyni zamanda terrorun tək müsəlman üzərində köklənməsi də məqsədəuyğun deyil. Miqrant məsələsinə görə azərbaycanlılar üçün hansısa problem yaşanacağını dəqiq söyləmək mümkün deyil”.

Image result for Adıgözəl Məmmədov

Adıgözəl Məmmədov: “Ola bilsin ki, Rusiyada artıq ciddi siqnallar mövcuddur və bu siqnallara görə filtrasiya prosesi həyata keçirirlər”.


Miqrantlara qarşı sərtləşmə prosesinin Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir etməyəcəyini vurğulayan politoloq Adıgözəl Məmmədov hesab edir ki, Rusiya hökumətinin bu tətbiqi filtrasiya prosesindən qaynaqlanır:

“Hesab edirəm ki, Rusiya hökumətinin miqrantlara qarşı sərtləşmə prosesi nəticəsində Rusiyanın Orta Asiya və Azərbaycanla  münasibətlərində heç bir gərginlik yaşanmayacaq. Çünki Rusiyanın Federal Təhlükəsizlik Bürosu, xüsusi xidmət orqanları və eyni zamanda hərbi kəşfiyyatı İŞİD-dən gələcək  terror aktlarının qarşısını almaq üçün filtrasiya prosesi keçirir. İstənilən halda cəmlənmiş miqrantlar, xüsusən də İslam dininə bağlı kütlələr  arasında Rusiya xüsusi xidmət orqanlarının informatorları var. Onlar hansı təbəqənin İslamın hansı xəttinə qulluq etdiyini, şiə, vəhabi, İŞİD-i təbliğ edən qruplar barədə məlumatlar verirlər. Buna səbəb gələcəkdə baş verə biləcək terror aktlarını neytrallaşmaqdır. Reydlər də məhz bununla bağlıdır. Ola bilsin ki, Rusiyada artıq ciddi siqnallar mövcuddur və bu siqnallara görə filtrasiya prosesi həyata keçirirlər. Bu, təbii haldır və dövlətlər arasında gərginlik yaşanmasına əsas vermir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar