Rusiyanın Yaroslavl şəhərinin meriyası təxliyə edilib
Buna binaya bomba qoyulması ilə bağlı anonim zəngin daxil olması səbəb olub.
Zəngdən sonra binada hüquq-mühafizə orqanları tərəfindən təxliyə işləri aparılıb və axtarışlar başlayıb. Hazırda ətraf ərazi nəzarət altındadır.
Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, şəhərdə eyni zamanda bir neçə ticarət mərkəzi və məktəb də təxliyə edilib. (trend)
pia.az