Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlı tutuldu - Kriminal müharibə

Azərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsinin sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir


PİA.AZ baku.ws-ə istinadən xəbər verir ki, bu barədə ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.

Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyinin pozulması faktının yoxlanılması üzrə operativ-profilaktiv tədbirləri həyata keçirib.

""Bakinskiy dvorik" kafesində gənc oğlanın qətli və aparılan tədbirlər barədə hələlik bizə heç nə məlum deyil", - deyə DİN rəsmisi Olqa Şterk bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbə ura.ru saytına deyib ki, polis əməkdaşları kafedə, sadəcə, profilaktik tədbirlər görməyiblər, orada atışma da olub.

"Kafedə olanları üzü üstdə yerə uzatdılar, üzərilərini axtardılar. Daha sonra hamısını polis maşınlarına otuzdurdular. 200 nəfəri tutub apardılar. Hətta ölənin atasını da tutdular", - deyə mənbə bildirib.

Kafedə ofisiant işləyən Zilya faktı təsdiqləyib.

"OMON hadisə yerinə gəldi, atəş açmağa başladı. Bəzilərini içəri girən kimi döyməyə başladılar", - deyə Zilya bildirib.

Sentyabrın 8-də Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.

İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar