Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada azərbaycanlı “vor-zakon“ tutuldu


Rusiya polis əməkdaşları Çelyabinskin kriminal vəziyyətinə nəzarət edən kriminal avtoritet İlham Osmanovun tutulması üzrə xüsusi əməliyyat keçirib


PİA.AZ anspress-ə istinadən xəbər verir ki, “vor” aləminin nümayəndəsindən 11 milyon rubl (185 000 azn) pul “qəsb” ittihamı ilə götürülüb.

Xəbərə əsasən kriminal aləmdə sadəcə İlham adlandırılan avtoritetin üzərindən səs boğucu ilə birgə tapança tapılıb. Bununla onun barəsində qanunsuz silah gəzdirmə ittihamı ilə də cinayət işi qaldırılacaq.

Hazırda İlham Osmanov müvəqqəti saxlama təcridxanasındadır və istintaq zamanı ona tətbiq olunacaq həbs qətimkan tədbiri hazırlanır. 

Qeyd edək ki, 36 yaşlı azərbaycanlı İlham Osmanov Çelyabinskdə qeydiyyatdadır. O əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. O bir çox dəfə Sverdlovsk ərazisinin kriminal avtoritetlərin regionlar arası “sxodka”ları zamanı ələ keçirilib. 

Sverdlovsk hakimiyyəti belə əməliyyatları tez-tez keçirir və bu, bir növ profilaktik xarakter daşıyır. Belə ki, “sxodka” iştrakçılarını cinayət məsuliyyətinə cəlb etmək üçün ən ağır dəlil qanunsuz silah gəzdirməkdir ki, bu da Rusiya qanunvericiliyində elə də ciddi xarakter daşımır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar