Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada azərbaycanlının bağ evindən yarım milyard dollarlıq heroin tutulub


KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə - yarım milyard dollarlıq heroin ələ keçirilib



PİA.AZ  xəbər verir ki, bu sensasion məlumatı az əvvəl lifenews.ru saytı yayıb. Sayt Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransına əsasən bu məlumatı yayıb.

“Lifenews” xəbər verir ki, Moskva vilayətinin narkotik polisi tərəfindən keçirilən əməliyyat zamanı 700 bağlamaya bükülmüş 174 kiloqram heroin aşkar olunub. Bu, 150 milyon doza deməkdir.

Cinayətkarlar narkotiki Əfqanıstandan banan yeşiklərində gətiriblər. Əməliyyat zamanı bandanın 4 üzvü, o cümlədən başçıları həbs olunub. Narkotikin tapıldığı villanın sahibi, “Parni iz Baku” KVN komandasının oyunçusu İldar İmanov hazırda Türkiyədədir, onun narkotik alverində əlinin olması hələlik istintaq tərəfindən müəyyən edilməyib.

KVN-çi bu gün Moskvaya qayıtmalı və ifadə verməlidir. Əməliyyat məlumatlarına əsasən heroin satışı ilə onun mühafizəçiləri məşğul olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar