Rusiyanın Kirov şəhərində 22 yaşlı Azərbaycan vətəndaşı internetdə terrorçuluğu dəstəkləməkdə və terror aktlarına çağırışda ittiham edilib
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayət işinin materiallarına görə, 2015-ci ildə Kirovdakı mənzilində olarkən azırbaycanlı gənc sosial şəbəkədəki səhifəsində audioyazı yerləşdirib.
Ekspertlərin gəldikləri nəticəyə əsasən, həmin audioyazıda terrorçuluğa çağırış, müsəlman olmayan şəxslərə qarşı nifrət və düşmənçilik əlamətləri yer alıb. Bu faktların FTX tərəfindən üzə çıxarıldığı qeyd edilir.
Məhkəmənin qərarı ilə Azərbaycan vətəndaşı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
pia.az