Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada 18 yaşlı azərbaycanlı qızı qaçırıblar


Qız etiraz etməyib


Komi Respublikasının paytaxtı Sıktıkvarda günün günorta çağı 18 yaşlı qızı qaçırıblar.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə fevral ayının 26-da, cümə axşamı baş verib.

Sıktıkvar iqtisadi-ticarət kollecindən dərslərdən sonra Pervomayski küçəsi 32-yə maşın yaxınlaşıb. Naməlum şəxslər 18 yaşlı tələbə qızı maşına oturdaraq naməlum istiqamətdə aparıblar.  

Təyin edilmiş vaxtda qız evə gəlməyincə onun qohumları polisə müraciət ediblər. Növbətçi hissədə onlara qızın yetkin yaşda olduğu üçün bir sutka daha gözləyib, sonradan müraciət etməyi deyiblər.

Həmin gün axşam qızın anasının telefonuna, qızından narahat olmaması, onun bəy evində olduğu və hər şeyin qaydasında olduğu yazılan sms gəlib.

“Kominform” ilə söhbət zamanı qızın anası qaçırdanın da 18 yaşlı (azərbaycanlı – red.) oğlanın olduğunu bildirib. Milli adət-ənənəyə baxmayaraq qadın bu hərəkəti vəhşilik adlandırıb.

O vurğulayıb ki, onun Vətəni Azərbaycanda qız qaçırmaq üstündə cinayət məsuliyyətinə cəlb edirlər. Qanuni şəkildə tətbiq edilmiş qadağadan sonra gənc qadınları heç kim belə qaçırmır.

Ailələr arasında fikir ayrılığına baxmayaraq bu məsələni həll etmək mümkün olub. Bəyin qohumları qızın anasını fakt ilə üzbəüz qoyublar: qızın ərə gedir. Qız özü qaçırılmağının  əleyhinə olmayıb, etiraz etməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar