Rusiyanın idman naziri Vitali Mutko belə bir ehtimalın olduğunu bildirib
Virtualaz.org xəbər verir ki, «Matç TV» telekanalına müsahibəsində nazir deyib: «Hesab edirəm ki, ən pis ssenari mümkündür. Əgər BOK-un prezidenti belə ifadələr işlədirsə, mən bunu inkar edə bilmərəm. Vəzifəmiz Rusiya tərəfdən dopinqlə mübarizədə səylərin olduğunu göstərməkdir».
Bir müddət öncə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Rusiya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına buraxılmama ehtimalının olduğunu bildirmişdi.
pia.az