Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ya Krımdan, ya da Putindən xilas olmalıdır


“Məndən soruşurlar ki, kimisə sevirsənmi? Soruşurlar ki, kimsə səni sevirmi? Onlar elə bilir ki, mən tamam qəddarlaşmışıam...” Bu sözləri V.Putinin öz dilindən eşitməsəydik, bunu başqa bir adam desəydi, düşünərdik ki, insanlar hələ bu siyasətçini başa düşmürlər


Amma onu başa düşüblər, “diaqnozu” da düzgün qoyublar. Mən psixoloq deyiləm. Amma çoxdan hiss etmişdim ki, Putində bir maniya var, bəlkə də bu adam özünün fövqəl missiyasının olmasına təkcə özünü inandırmayıb, başqalarına da bu fikri təlqin edir...
Eyni simptomları bir vaxt C.Buşda da sezmişdik. Bu adam da tarixi missiya haqda çox danışırdı. Nə yaxşı ki, onun əlindən qurtardıq. Amma Putin qalır və qaldıqca da böyük təhlükə mənbəyinə çevrilir...

Ən maraqlısı isə budur ki, Rusiya cəmiyyəti özü də ondan geri qalmır, o, özü də “axsayır”. Bu yaxınlarda Putini ilin adamı elan etmişdilər. Budur, Avropanın və ABŞ-ın yüngülcə üfürməsi ilə Rusiya iqtisadiyyatı ləngər vurdu... Bu adamlar, bu cəmiyyət başa düşmür ki, Yer kürəsinin yarısını işğal etməklə deyil, əkib-becərməyi, işləməyi də bacarmaq lazımdır...
Belə getsə, Rusiya çökəcək. Putin indi iki il istəyir. Soruşan lazımdır ki, bu iki ildə sən nə edəcəksən? İki ildə qeyri-neft sektoru yaradacaqsanmı?

Cəmiyyət də susur və ona inanır. Mən bu cəmiyyətə canlı orqanizm kimi baxa bilmirəm. Bu cəmiyyət ən eybəcər ideologiyalar üçün xammaldır, bu cəmiyyət yalnız hansısa ideologiyanın fanatlarını cücərdə bilər...

Daha bir maraqlı detal budur ki, dekabrın 21-i də İ.Stalinin doğum günüdür. 
Rusiya çarlar ölkəsi olub. Ona görə də müstəbidlik bu mühit üçün yeni bir şey deyil...
Amma mənə həmişə elə gəlib ki, Rusiya siyasətində həmişə bir “Stalin sindromu” olub. Baş katiblər, indi də prezidentlər İ.Stalini yamsılamağa, ona bənzəməyə çalışıblar. Hətta N.Xruşşova da bu hisslər yad deyildi...

V.Putin İ.Stalinə simpatiyasını gizlətmir. Bir dəfə dedi ki, Stalin ölkəni oraq-çəkiclə alıb, nüvə silahı ilə təhvil verdi. Hər halda, V.Putin İ.Stalinə V.Lenindən daha yaxşı münasibət bəsləyir, V.Lenini o, ümumiyyətlə, vətən xaini hesab edir...

İ.Stalinin də günahı çox olub. Ən böyük günahı isə Rusiya kimi nüvə imperiyası yaratmaqdır. Nüvə silahı olmasaydı Rusiya bu on illər ərzində ən azı on dəfə yıxılıb-dağılardı...
Amma nüvə silahı qoymur. Baxarsınız, bir də görəcəksiniz ki, dünyada nüvə dövlətini ac qoymamaq çağırışları səslənəcək... 

Bir vaxt zəhləmiz getmişdi və bu haqda eşitməkdən bezmişdik: hamı deyirdi ki, ac Rusiya çox təhlükəlidir.

Demirik ki, bunu qəbul etmirik. Qəbul edirik. Amma ac Rusiya elə bil kolbasanı torpağa dəyişib - bu cəmiyyət deyir ki, mənə su vermə, çörək vermə, amma torpaq ver...
Nəyinə lazım idi bu ölkənin Krım? Kimsə deyə bilər ki, Krım onların olub və rus əsgərləri bu torpaq uğrunda qan töküb. 

Qəbul edirəm. Hamısını qəbul edirəm. Amma dünyada nə qədər mübahisəli ərazi olub! İndi neyləyək? Onların hamsını alıb Rusiyaya verəkmi? Ukraynanı diqqətlə nəzərdən keçirsən, görərsən ki, onun böyük hissəsi bir vaxt Polşaya aid olub. Amma polyaklar Ukraynadan torpaq istəmir. Tarixi Almaniya torpaqlarının bir hissəsi Fransadadır. Amma Almaniya da Fransadan torpaq və ərazi istəmir. Hətta onu yada salaq ki, Avropa dövlətləri Almaniyanın birləşməsinə o şərtlə razılıq verdilər ki, Almaniya heç kimə qarşı ərazi iddiası irəli sürməyəcək...

Almaniya da heç bir yerə iddia etmir. Amma Rusiya nə etdi? Təhlükəsizliyinə təminat verdiyi ölkənin ərazisinin bir hissəsini zəbt etdi. İndi dünya ölkələri nə etsin? 

Durub Rusiyanı alqışlasınlarmı? Olmayacaq. Böyük ehtimalla böhran dərinləşəcək. Ya Rusiya Putindən imtina etməlidir, ya da Putin Krımdan əlini çəkməlidir...

Amma nə Rusiya bunu edir, nə də Putin Krımdan əl çəkir. Hətta bu yaxınlarda o, Krımı Fəlsətindəki müqəddəs yerlərdən birinə bənzətmişdi...

Əslində V.Putin “baş katib” olaraq qalır. Onun əski “baş katib”lərdən fərqi ondadır ki, kilsəyə gedib dua edir. Amma ukraynalılar da rusların həm də din və etiqad-provaslav qardaşlarıdır... 

Rusiya patriarxı tez-tez Putinlə görüşür. O, bu görüşlərdə ukraynalılar haqqında prezidentin qulağına nəsə pıçıldaya bilərdi. Amma patriarx da bunu etmir. Görünür, o, da siyasətlə məşğuldur...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Ən çox oxunanalar