Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və onun dostları ABŞ dollarını necə məhv etmək istəyirlər?


"Express" yazır ki, böyük maliyyə birjaları dekabrın ortalarından kriptovalyuta olan bitcoin-i alış-veriş bazarına buraxmağa hazırlaşır


Bu o deməkdir ki, virtual pul bundan sonra tamamilə normal alış-veriş predmeti sayıla bilər.

Lakin "Express" yazır ki, bitcoin-in normal pul kimi tanınması Rusiyanın xam neft satışında ABŞ dollarına arxa çevriməsinə imkan verərdi.
ABŞ sanksiyaları Rusiya üçün ona görə ağrılıdır ki, Moskva neft və qaz satışını dollarla həyata keçirir.

Lakin heç bir mərkəzi bank tərəfindən tənzimlənməyən bitcoin Rusiya kimi ölkələrə sanksiyalara baxmayaraq varlanmaq imkanı yarada bilər.
PVM oil broker firmasından neft təhlilçisi Stefan Brennok deyib ki, kriptovalyutalar bir sıra ölkələrin ABŞ valyutasından imtina etməsi ilə nəticələnə bilər.

CNBC şəbəkəsinin əldə etdiyi şərhdə təhlilçi deyib: "Kriptovalyutaların yüksəlişi xammal ixrac edən ölkələrin dollardan ödəniş vasitəsi kimi istifadəsinə son qoyacaq".

Məqalədə deyilir ki, ABŞ-ın "yaşıl pulundan" neft alış-verişində imtina edilməsi istiqamətində hərəkətlərə son həftələrdə başlanıb.
Məsələn, ötən noyabrda yer almış 25 milyard dollarlıq rubl-yuan mübadiləsi neft ticarətində dönüş nöqtəsinə çevrilə bilər.

Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Çin və Rusiya daha çox sövdələşmələrində öz milli valyutalarından istifadəyə tərəfdardır.
ABŞ sanksiyalarından yan keçməyə çalışan İran da valyuta mübadiləsi sazişlərinin imzalanmasına çalışır.

Çin neft tranşlarında ABŞ dolları əvəzinə öz "petroyuan"larından istifadə etməklə ABŞ-ın təsirini minimuma endirməyə çalışır.

Venesuela bəyan edib ki, Donald Trump tərəfindən elan edilmiş maliyyə blokadasını yarmaq üçün özünün yeni kriptovalyutasını "petro"nu tədavülə buraxacaq.

Maliyyə şərhçisi Jim Rogers ötən sentyabrda Rusiyanın RT telekanalına demişdi: "Çox adamlar dollardan istifadə etmək istəmirlər, çünki ABŞ-ı qəzəbləndirsən, elə təzyiq altına düşə bilərsən ki, biznesini itirə bilərsən".

"Çin, Rusiya və başqa ölkələr bunu başa düşürlər və buna görə də dünya ticarətini və dünya maliyyəsini dollardan uzaqlaşdırmağa çalışırlar" -ekspert demişdi. (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar