Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyə Bismarkın tövsiyəsini qulaqardına vurur

Türkiyə və ABŞ hökuməti YPG-nin Suriyanın Mənbic şəhərini tərk etməsi barədə razılığa gəlib. Ankara uzun müddətdir ki, bu ərazini idarə etmək istəyir, amma AB kürd milislərinə dəstək verdiyindən hərəkətə keçmir


Vaşinqtonda əksəriyyət bu müqaviləni Amerikanın NATO müttəfiqi ilə tərəfdaşlığı yenidən qurması səyi kimi yozub. NATO-nun yüksək səviyyəli rəhbərliyinin razılığı dəstəkləməsi də, bu mənada, sürpriz olmayıb. Lakin rəsmi Şam müqavilənin qəbuledilməz olduğunu açıq şəkildə bildirib. ABŞ və Türkiyənin Mənbiclə bağlı sövdələşməni açıqlamasından bir neçə gün əvvəl Suriyanın xarici işlər naziri Vəlid Müəllim xəbərdarlıq edib: “Nə Türkiyə, nə də ABŞ Suriya şəhərlərinin taleyini müzakirə etmək hüququna malik deyil”.

Rusiya üç əsas hadisədən biri olaraq Suriyanın şimalında vəziyyəti yaxından izləyir. Üstəlik Moskva İsrail və İran qüvvələri arasında “modus vivendi”  danışıqları aparmağa çalışır. ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nin iştirakı ilə bağlı Rusiyanın siyasəti növbəti böyük məsələ hesab olunur.

ABŞ-Türkiyə razılaşmasına dair xəbərlər Moskvada qarışıq hisslər yaradıb. Ənənəvi olaraq Türkiyəyə ehtiyatlı yanaşan rus siyasi icmasının böyük hissəsi Ankaranın amerikalılarla olan əlaqələrini yenə mənfi mənada gözə soxur. Həm də Mənbic razılaşmasının ardınca Türkiyənin xarici işlər naziri Rusiyanın ən həssas xarici siyasi məsələ – Krımla bağlı tənqidi sözlər səsləndirib.

İyunun 8-də, Birləşmiş Ştatlara səfərindən bir qədər sonra Mövlud Çavuşoğlu Krım tatarları Mədəniyyət və Yardım Assosiasiyasının tədbirində çıxış edib. O, “bəzi Avropa ölkələri”ni 2014-cü ildə Krımdan ilhaq olmasını unutmamağa çağırıb.

Ukraynalı vəzifədaş Pavel Klimkin və Krım-tatar xalqının lideri, Rusiyada cani hesab olunan Mustafa Cəmilevin iştirak etdiyi tədbirdə Çavuşoğlu bildirib: “Biz Krımda baş vermiş hadisələri heç vaxt unutmayacağıq… Avropalılara xatırladırıq ki, əgər Ukraynada baş verən hadisəni unutsanız və sabah Ukraynada bir şey olarsa, bunun üçün məsuliyyət daşıyacaqsınız”.

Çavuşoğlu əlavə edib ki, Türkiyə “Krımın Ukraynanın bir hissəsi olduğunu heç vaxt unutmayacaq” və Kiyevə əlaqələri davam etdirəcək. O, iki ölkə arasında azad ticarət zonasının yaradılması vədi verib.

2014-cü ildən etibarən Türkiyənin Krımla bağlı mövqeyi davamlı olsa da, təəccüblü sayılmasa da, bu sözlər Moskvadakı Türkiyə tənqidçilərinin qəzəbinə səbəb olub.

Başqa bir narahatlıq Türkiyənin Suriyanın şimalında “maraq bölgüsü”nün demək olar ki, təmin olunmasından sonra indi Astanadakı Suriya üzrə sülh danışıqlarında İranRusiyaya tərəfdaş qalıb-qalmayacağıdır.

2017-ci ilin əvvəlində Astana görüşləri üçün Moskva və Tehranla uyğunlaşmasından ardınca Ankaranın Suriyadakı mövcudluğu təhlükəli kvazi-institusional təsirə çevrilib.

Türkiyənin kürdlərlə bağlı Vaşinqtonla olan qarşıdurmaları, habelə digər ikitərəfli məsələlər və Trampın ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürmə qərarı bir müddət narahatlıqları artırıb və Türkiyənin NATO həmrəyliyinin iflası təəssüratı yaradıb.

Bir sıra digər məsələlər üzrə ABŞ-la mübahisə güclənsə də, Astana zaminləri arasındakı əlaqələr gündəlik sınaqdan keçir və bu gün Türkiyə Suriyada daha etibarlı oyunçu kimi görünür. İndi Ankara öz gündəmini təbliğ etmək üçün Rusiya ilə Birləşmiş Ştatlar arasında dəqiq balanslaşdırma aparmağa çalışır. Türkiyənin geosiyasi vəziyyəti belədir ki, “bu ölkəni və ya başqa ölkəni seçmək həqiqətən soruşulmamalıdır”, – Çavuşoğlu iyunun 4-də “PBS News Hour”-a bildirib. – Rusiya ilə yaxşı münasibətlərimiz var, amma ABŞ da strateji müttəfiqimizdir”.

Ancaq keçmiş nümunələrdən göründüyü kimi, Türkiyə rəhbərliyi tez-tez emosional hərəkətlərə meylli olur və qərarları strateji seçimlərdən daha çox ani ehtiyacları üçün qəbul edir. Moskva Ankara ilə anlaşmanın Mənbicdən kənara çıxıb-çıxmayacağını və bunun Rusiyanın Suriyadakı siyasətini pozub-pozmayacağını gözləyir.

Rusiya Xarici İşlər Nazirliyindəki yüksək səviyyəli bir diplomatı anonimlik şərti ilə ABŞ-Türkiyə razılaşması ilə bağlı “Əl-Monitor”a deyib: “Rusiyanın mövqeyi çox neytraldır. Türkiyə prezidenti Ərdoğan Türkiyədə keçiriləcək seçkiləri udmaq üçün bu müqaviləyə ehtiyac duyur”.

“Mənbic razılaşmasında bir çox məsələ aydın deyil: RusiyaABŞ PKK-nı terrorçu qrup hesab edir. Bölgədə başqa qruplardan kimin qalmasına icazə veriləcək və kimə verilməyəcək hələ aydın deyil? Necə türk müşahidə postu qurulacağı da”, – deyə diplomat əlavə edib.

Rusiyanın rəsmi təpkisinin kifayət qədər orta səviyyədə qalmasının digər bir səbəbi – ekspertlər icmasından fərqli olaraq, – ABŞ-Türkiyə razılaşması ABŞ-a kürd güvənini pozmaq potensialıdır. Vaşinqton, Rusiya ilə müqayisədə, YPG qarşısında daha çox öhdəlik götürdükdən sonra geri çəkilir. Bu, etibarlı müttəfiq kimi Amerikanın imicinə zərbə vuracaq və Moskvanın kürd qüvvələri ilə əlaqələri üçün daha yaxşı şərait yaradacaq.

Bununla yanaşı, iki ölkənin yaxınlaşması nəticəsində yaradılan çoxsaylı qarşılıqlı faydalı layihələrə əsaslanaraq, Moskva inanır ki, Türkiyə açıq düşmənçilik addımları atmayacaq. Moskva və Ankara hələ İdlib olmaqla Suriyada bir araya gələrək çox şey etməlidir. İyunun 7-də İdlib vilayətində Rusiya hava qüvvələri tərəfindən iddia edilən hücumlar “Heyət Təhrir əl-Şam”ın 2018-ci ildə Suriyadakı əsas hədəf olacağına dair xatırlatmadır. Əyalətdə vəziyyətin nəzarətdən çıxdığı halda, Rusiya sərt qüvvədən istifadə etməkdən çəkinməyəcək.

1870-1890-cı illərdə Almaniyanın “dəmir kansleri” olmuş Otto von Bismark deyirdi: “Yalnız ağılsız adam öz səhvlərindən dərs alır. Müdrik insan isə başqalarının səhvlərindən nəticə çıxarır”. Rusiya və Türkiyə, əlbəttə, bir-birləri tərəfindən aldanmamaq üçün kifayət qədər müdrikdir. Ancaq hətta bu ikilinin müasir tarixi belə göstərir ki, onların kifayət qədər səhvləri var.

Maksim Suçkov

“Əl-Monitor”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar