Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya özünü Qərbdən tam təcrid etmək üçün niyə bu qədər can atır?


Rusiyanın İran, Şimali Koreya, Çin və hətta Türkiyə kimi ölkələrlə Qərb sivilizasiyasına qarşı verdiyi savaşın perespektivləri varmı?


Politoloq: “İndi yenidən 19 əsrdəki kimi çox qütblü dünya olacaq. Və bu çox qütblü dünyada Qərb sivilizasiyası monolit deyil.”.

Dünən QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə həm Britaniya parlamentində, həm də BMT-də müzakirələr aparılıb. Birləşmiş krallığın baş naziri Tereza Mey dünən açıq şəkildə Solsberidə QRU polkovnikinə qarşı baş verən kimyəvi silahla hücum hadisəsinə görə Rusiyanı ittiham edib və baş nazir bəyan edib ki, 23 rus diplomatı buna görə Britaniyadan sürgün ediləcək. Baş nazir deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir. “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”, - deyə xanım Mey söyləyib.

Bundan başqa baş nazir Tereza Mey keçmiş QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə bu ölkəyə qarşı cavab adddımlarını elan edərkən bildirib ki, Böyük Britaniya Rusiyaya qarşı “bir sıra məxfi tədbirlər” görəcək.

Картинки по запросу britaniya parlamentində sergey skripal

“Biz habelə elə tədbirlər görəcəyik ki, bunlar bizim milli təhlükəsizlik və xüsusi xidmət orqanlarımızın səlahiyyətindədir. Onlar düşmən ölkənin hərəkətlərindən yaranan təhdidlərə qarşı yönəlib”, deyə baş nazir parlamentdəki çıxışında vurğulayıb. Tereza Mey parlamentdə Rusiyaya qarşı cavab tədbirlərinin ancaq bir qismini açıqladığını əlavə edib, eyni zamanda bildirib ki, Londonla Moskva arasında dialoqun tam kəsilməsi Britaniyanın milli maraqlarına cavab vermir. “Lakin ölkəmizə qarşı yönəlmiş bu dəhşətli hərəkətdən sonra münasibətlər daha əvvəlki kimi ola bilməz”, deyə o, bildirib.

Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson isə Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalardan danışarkən qeyd edib ki, o, şəxsən rus oliqarxların Britaniyada olan mal və sərvətlərinin həbs olunmasına çox sevinərdi. Consona görə Sergey Skripalın və qızının zəhərlənməsinə görə rus oliqarxları cəzalandırılmalıdır və onların Britaniyadakı bütün aktivləri dondurulmalıdır.

Dünən BMT-nin Təhlükəsizlik Şurasında da keçmiş QRU polkovniki Sergey Skripalın və qızının Rusiya mənşəli nadir kimyəvi reagentlə zəhərlənməsinə görə müzakirələr aparılıb. Müzakirələr zamanı BritaniyaABŞ-ın BMT-dəki rəsmi təmsilçiləri qəti şəkildə baş verənlərə görə Rusiyanı günahlandırıblar. 

Картинки по запросу bmt-də sergey skripal

Eyni zamanda Rusiya trəfindən təqdim edilən qətnamə layihəsi də Britaniya tərəfindən veto edilib. Rusiyanın BMT-dəki səlahiyyətli nümayəndəsi Vasili Nebenzya isə Solsberidə baş verən zəhərləmə hadisəsini Rusiyaya qarşı hayata keçirilən təxribat olaraq dəyərləndirib. Daha əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Britaniya baş nazirinin ittihamlarını dəlilik adlandırmışdı. 

Avropa Bİrliyi və bu birliyin aparıcı dşvlətləri Almaniya və Fransa da bu məslədə Britaniyanın yanında olduqlarını bildirsələr də, Merkel və Makron baş verənlərə görə birbaşa Rusiyanı ittiham etməkdən yayınmışdılar. ABŞ prezidenti Donald Tramp isə dünən verdiyi açıqlamada QRU polkovniknin və qızının Rusiya tərəfindən zəhərlənməsinə inandığını bildirib.

Картинки по запросу bmt-də sergey skripal

Bu məsələdə diqqət çəkən əsas məsələrdən biri və bəklədə birincisi Rusiyanın son bir neçı ildə izlədiyi siyasətdə və atdığı addımlarda özünü Qərb dövlətlərindən təcrid etməyə çalışmasıdır. Çünki əvvəlcədən aydın idi ki, zəhərlənmə hadisəsinin baş verməsi Rusiyaya qarşı yeni hücumlarıra və sanksiyalara yol açacaq. Maraqlıdır ki, Rusiya tərəfi özünün günahkar olmadığını sübüt etməyə belə çalışmır və sadəcə rus rəsmilər vulqacasına bu zəhərlənmənin onlarla əlaqəli olmadığını dilə gətirir və başqa heç bir arqument təqdim edə bilmirlər. Burdan da belə bir nəticə çıxır ki. Rusiya Qərbdən təcrid olunmasından heş də narahat deyil.

Rusiya özünü Qərbdən tam təcrid etmək üçün niyə bu qədər can atır? Doğurdanmı artıq Rusiya ilə Qərbi heç bir strateji amillər birləşdirmir və Rusiyanın İran, Şimali Koreya, Çin və hətta Türkiyə kimi ölkələrlə Qərb sivilizasiyasına qarşı verdiyi savaşın perespektivləri varmı? Yəni dünya yenidən iki güc mərkəzi tərəfindən bölüşdürülə bilərmi?

Bu suallarla PİA.AZ-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Картинки по запросу əhəd məmmədli

Əhəd Məmmədli: “Putin rejimi hər cəbhəyə hücum edir. Daha güclü NATO-ya qarşı hərdən özünü tipik mafiya kimi aparır. Bu cür yanaşma Qərb üçün yeni bir mənzərədir”.


Politoloq Əhəd Məmmədliyə görə Rusiya özünü Qərbdən təcrid etmir. Sadəcə ambisiyalarını ortaya qoyaraq özünü SSRİ də olduğu kimi Qərbə alternativ görür. “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri hesab edir ki, 21 əsrdə dünya bir neçə güc tərəfindən bölüşdürüləcək, yönəldiləcək. Bu güclər bir-birləri ilə koalisiyalara qirib, digərlərini ən yaxşı halda məhv, ən pis halda isə digərlərinin üzərində zəfər çalmağa çalışacaqlar:

“Əvvəla onu deyim Rusiya özünü Qərbdən təcrid etmir. Sadəcə ambisiyalarını ortaya qoyaraq özünü SSRİ də olduğu kimi Qərbə alternativ görür. 2012 ildən bu yana Putin rejimi hər cəbhəyə hücum edir. Daha güclü NATO-ya qarşı və hərdən özünü tipik mafiya kimi aparır. Bu cür yanaşma Qərb üçün yeni bir mənzərədir. 

Ümumiyyətlə iki qütblü və ya tək qütblü dünyalar artıq bitdi. İndi yenidən 19 əsrdəki kimi çox qütblü dünya olacaq. Və bu çox qütblü dünyada Qərb sivilizasiyası monolit deyil. ABŞ, Böyük Britaniya, Avropa Birliyi -hərəsinin öz marağı var. Və dirçəlməkdə olan digər sivilizasiyalar - Türkiyə (müsəlman dünyası), Çin (sarı qitə), Rusiya (ortadoks xristianlıq), Hindistan (induist dünya), İran (şiə müsəlmalar). Bu siyahını uzatmaqda olar. 

Yəni 21 əsrdə dünya bir neçə güc tərəfindən bölüşdürüləcək, yönəldiləcək. Bu güclər bir-birləri ilə koalisiyalara qirib, digərlərini ən yaxşı halda məhv, ən pis halda isə digərlərinin üzərində zəfər çalmağa çalışacaqlar”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar