Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya niyə Azərbaycana qarşı qeyri-dost münasibət sərgiləyir?


Nəsimi Məmmədli: “Rusiya güclü dövlət olsa da, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq qonşularının daxili işinə qətiyyən müdaxilə etməməlidir”


Rusiya tərəfində belə bir əminlik var ki, Azərbaycandan istədiklərini təzyiq yolu ilə almaq mümkün olacaq”.

Bu sözləri politoloq Nəsimi Məmmədli dünən Rusiya xarici işlər nazirliyinin Azərbaycan haqqında yaydığı bəyanatı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya XİN erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxdı. Yəni Rusiya Xarici İşlər Nazirliyinin (XİN) dünən yaydığı açıqlamadan aydın olur ki, Rusiya Azərbaycana gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edir. “Həqiqətən də Azərbaycana gələn Rusiya vətəndaşlarının etnik əlamətə görə diskriminasiyaya məruz qaldığını bəyan eləmək zorundayıq. Biz iki ölkə arasında dostluq əlaqələri ilə bir araya sığmayan qızışdırıcı diskriminasiya praktikasını dayandırmağı tələb eləməkdə davam edirik. Aydındır ki, yaranmış vəziyyətdən nəticələr çıxaracağıq”, - deyə XİN-dən xəbərdarlıq şəklində bildirilib. Rusiya XİN-in açıqlamasında həmçinin iddia edilir ki, bu ilin əvvəlindən Rusiyanın 25 vətəndaşına Azərbaycana girmək yasaq olunub.

Cəbhə xəttindəki son insident zamanı yaşanan balaca Zəhra və nənəsinin qan donduran faciəsi fonunda biz bu vəhşiliyin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya XİN-in səviyyəsində pislənməsini gözlədiyimiz halda, XİN-dən tam əks işarəli bir münasibət görürük. Bu məsələyə Azərbaycan XİN-i reaksiya verdi. Nazirlikdən bildirildi ki, Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. 

O da məlumdur ki, Rusiya bu şəkildə bəyanatları ancaq öz maraqlarına təhlükə gördükləri ölkələr haqqında verirlər. Rusiya xarici işlər nazirliyinin bu bəyanatını necə şərh etmək olar və doğurdanmı artıq Rusiya Azərbaycanı özünün dost olmayan ölkələr sırasına aid edib?

Bu mövzu ilə bağlı politoloq Nəsimi Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Nəsimi Məmmədli: “Rusiyanın ölkəmizə artan təzyiqləri milli maraqlarımıza ciddi təhlükə yarada bilər”.


Hökumətin indiyə kimi apardığı yanlış siyasət ona RF-na lazımi səviyyədə müqavimət göstərmək imkanı vermədiyini vurğulayan politoloq Nəsimi Məmmədli qeyd edib ki, ölkə hakimiyyəti öz yanlış siyasətinin girovudur və Rusiya bu reallığı çox yaxşı bilir:

Rusiya “yaxın qonşu” adlandırdığı MDB üzvü olan bütün ölkələrə təzyiq məqsədilə adətən bu dildən istifadə edir. Kim bu təzyiqlərə asanlıqla boyun əyirsə Rusiya daim onu öz təsirində saxlayır, hətta daxili və xarici siyasətinə yön verməyə də nail olur. Ona diplomatik və siyasi vasitələrlə açıq müqavimət göstərən ölkələr isə bir müddət müəyyən çətinlik yaşasalar da sonradan yeni inkişaf mərhələsinə qədəm qoya biliblər. Qərblə də, Rusiya ilə də daha sağlam münasibətlər yaratmaq mümkün olub. 

Özümüzə sual versək ki, Rusiya Azərbaycandan nə istəyir və biz onun istədiklərini verməliyikmi? Məsələ burasındadır ki, Rusiya bizə dost dövlət deyil və nə qədər ki onun imperiya siyasəti tam iflasa uğramayıb, o, bizə dost olmayacaq. Onların dolayısı ilə bizdən istədiyi suverenliyimiz və müstəqilliyimizdir. Rusiyanın bizdən istədikləri Qarabağda sülhməramlı hərbi qüvvələrini yerləşdirmək, ölkəmizin vahid gömrük məkanına və Avrasiya İttifaqına qoşulmasına razılıq almaq, Xəzərin statusu və digər iqtisadi-siyasi məsələlərdə söz sahibi olmaqdır. Bunlar isə faktiki müstəqilliyimizi itirməkdir. 

Nəsimi Məmmədli: “Rusiya bizə dost dövlət deyil və nə qədər ki onun imperiya siyasəti tam iflasa uğramayıb, o, bizə dost olmayacaq”.


Rusiya güclü dövlət olsa da, beynəlxalq hüququn prinsiplərinə zidd olaraq qonşularının daxili işinə qətiyyən müdaxilə etməməlidir. Biz isə heç bir halda onun təzyiqlərinə boyun əyməməliyik. Təəssüf ki, hökumətin indiyə kimi apardığı yanlış siyasət ona RF-na lazımi səviyyədə müqavimət göstərmək imkanı vermir. Ölkə hakimiyyəti öz yanlış siyasətinin girovudur və Rusiya bu reallığı çox yaxşı bilir. Rusiya tərəfində belə bir əminlik var ki, Azərbaycandan istədiklərini təzyiq yolu ilə almaq mümkün olacaq. Nə yerli cəmiyyətin, nə də beynəlxalq ictimaiyyətin buna müqaviməti olacaq. 

Ölkədə nə müstəqil parlament, nə də məhkəmə hakimiyyəti var. Dövlət idarəetməsi tamamilə icra hakimiyyətinin inhisarındadır. Hətta VC institutları, azad media, çoxpartiyalı siyasi sistem də yanlış olaraq  məhv edilib. Belə bir şəraitdə Rusiyanın ölkəmizə artan təzyiqləri milli maraqlarımıza ciddi təhlükə yarada bilər. Müvafiq qurumlar Rusiyaya adekvat cavablar verməklə kifayətlənməməli, həm də ölkə daxilində gerçək və etimadlı siyasi islahatlara başlamalıdır. Hakimiyyət indiki siyasətini dəyişmədən Rusiyanın təzyiqlərindən yaxa qurtara bilməyəcək”.

Nərminə UMUDLU
pia.az

  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar