Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya mətbuatı Mehriban Əliyevanı ən dəbli birinci xanım seçdi – Fotolar



Məşhur “Cosmopolitan” jurnalının Rusiya versiyası dünyanın ən gözəl birinci xanımlarını seçib


Həmin siyahıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da adı var. 

Belə ki, yazıda Mehriban Əliyeva haqqında geniş məlumat verilərək onun planetin ən parlaq simalarından biri, həmçinin birinci xanımların arasında ən dəbli və gözəl olduğu vurğulanıb. Yazıda deyilir:
 
“Ağıllı və gözəl Mehriban Əliyeva Azərbaycanın ən nüfuzlu ziyalı ailələrindən birinin təmsilçisidir. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm xadimi, filologiya elmləri doktoru və professor  Mir Cəlal Paşayevin nəvəsi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin qızıdır. Mehriban Əliyeva öz irsini layiqincə davam etdirib. Belə ki, birinci xanım Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomuyla bitirib. Birinci xanım hələ tələbə olarkən gələcək prezident İlham Əliyevlə ailə qurub. Mehriban xanım ali təhsilini bitirdikdən sonra bir müddət Moskvada Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Sonralar aktiv ictimai fəaliyyətlə, o cümlədən xeyriyyəçiliklə məşğul olub. Azərbaycanın birinci xanımı həmçinin BMT-nin və YUNESKO-nun xoşməramlı səfiridir. Mehriban Əliyeva hazırda Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılan Heydər Əliyev Fondunun prezidentidir. Və əlbəttə ki, ölkənin ən dəbli xanımıdır!”
 
Xatırladaq ki, bu siyahıda ABŞ-ın birinci xanımı Mişel Obama, Suriyanın birinci xanımı Əsma Əsəd, Meksikanın birinci xanımı Anxelika Rivera və Polşanın birinci xanımı Aqata Kornxauzer-Duda da yer alıb.(publika.az)
 









pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar