2013-cü ildə yaranan Rusiyanın “Tosno” klubu fəaliyyətini dayandırıb
“Qafqazinfo” xəbər verir ki, bu mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Diviziona düşən Sankt-Peterburq təmsilçisi maliyyə böhranı səbəbindən bağlandığını elan edib.
Cəmi 5 il fəaliyyət göstərən “Tosno”, Rusiya kubokunun son qalibi idi. Klub kubok qazansa da, borcları səbəbindən Avropa Liqasına buraxılmamışdı.
pia.az