Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hökuməti rublun məzənnəsini tənzimləyə bilmir


Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin möhkəm rubla qarşı olduğunu bildirib


PİA.AZ “Report”-a istinadən xəbər verir ki, Oreşkin “bahalı rubl ölkə iqtisadiyyatının yavaşlamasına gətirib çıxa bilər”, – deyib.

“İqtisadi artım üçün 2017-ci ildə risklərdən biri son aylarda tətbiq edilən sərt monetar siyasətdir. Bu siyasət – real faizlərin artırılması və rublun ciddi möhkəmlənməsinin kombinasiyasından ibarətdir. Belə bir vəziyyət ilin ortalarına yaxınlaşdıqca iqtisadi artım tempini aşağı salacaq”, – deyə nazir əlavə edib.

M.Oreşkin inflyasiyanın ciddi yavaşladığını, ilin sonuna qədər inflyasiyanın 3%-dən də aşağı düşə biləcəyini bildirib. Onun fikrincə, idxalın artması və tədiyyə balansının mövsümi pisləşməsi amili yay aylarında cari hesabın kəsirinə gətirib çıxaracaq: “Bu da rublun zəifləməsinə səbəb olacaq”.

Nazirin fikrincə, neft qiymətlərinin cari səviyyəsində RUB/USD məzənnəsi 62-yə, neft 40 dollar/barelə enərsə 68-ə yüksələcək.

Qeyd edək ki, hökumətin əsas məmurlarından birinin belə bir açıqlama verməsinə baxmayaraq, rubl möhkəmlənməyə davam edir. Bu həftənin əvvəlindən RUB/USD məzənnəsi 3%-ə yaxın möhkəmlənərək yenidən 56 səviyyəsinə yaxınlaşıb. Rublun möhkəmlənməsi manatın da məzənnəsinə müsbət təsir edir.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar