Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbi bazasına “yeni il hədiyyəsi”

Xmeymimə ardıcıl basqınların arxasında kim durur?


2017-ci ilin son günü Suriyadakı rus hərbçiləri üçün qanqaraldan tarix oldu. Birincisi, helikopterlərdən biri Hama şəhərinin şimalında qəzaya uğradı, iki hərbçinin öldüyü bildirildi. Sonra, dekabrın 31-də Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsədin təxminən üç həftə əvvəl səfərt etdiyi Xmeymim hərbi hava bazasının atəşə tutulması xəbəri yayıldı.

Hücum xəbəri yanvarın 3-dək, nüfuzlu "Kommersant" qəzetinin iki "siyasi-diplomatik qaynağ"a istinadla, Rusiyanın Suriyadakı bütün hərbi kampaniyası zamanı hərbi hava bazasının ən pis hücumlardan birinə məruz qalmasını təsdiqləyən yazının dərcinə qədər gizli saxlanıldı. Məqalədə islamçı döyüşçülərin ən azı dörd “Su-24” hücum təyyarəsi, iki “Su-35S” qırıcısı və bir “An-72” nəqliyyat təyyarəsi, habelə döyüş sursatı anbarını məhv etdiyi iddia olunurdu. Bundan başqa, 10-dan çox hərbçinin yaralandığı bildirilirdi.

Rusiyanın Müdafiə Nazirliyi yanvarın 4-də məqalənin "saxtakarlıq" adlandırdığı hissəsində yeddi təyyarənin məhv edilməsini təkzib, lakin hücumda iki hərbiçinin öldürüldüyünü etiraf etdi.

Dörd gün ərzində rəsmi Moskva hadisəni şərh etməli oldu, çoxsaylı jurnalistlər fərqli mənbələr tapdılar, əsas rus hərbi təsisində baş verənlərə dair və rəsmi bəyanatın dəqiqliyinə şübhə kölgəsi salan fərziyyələrin sayını artırdılar.

Bundan əlavə, sonrakı günlərdə də Xmeymim hava bazasına hücum və ya hücum cəhdləri barədə yeni məlumatlar peyda oldu: yanvarın 4-də Rusiyanın hava hücumundan müdafiə sistemi Latakiya üzərində iki əl istehsalı olan dronu vurdu. Həmin gün Rusiyadan Suriyaya uçan “Il-76” ağır nəqliyyat təyyarəsi açıqlanmayan səbəblərə görə hava bazasına geri qayıtmaq məcburiyyətində qaldı. Yanvarın 6-da da Rusiya hava bazasına kiçik dronlarla silahlı basqın edildi.

Rusiya Müdafiə Nazirliyinin rəsmi fərziyyəsi belədir: "Dekabrın 31-də, gecə saatlarında [Xmeymim] hava bazasına mobil təxribat qrupunun qəfil həmləsi endirilib. Hücum zamanı iki əsgər öldürülüb". Ancaq nazirlik əlavə edib ki: "Rusiyanın Suriyadakı aviasiya qrupu döyüşə hazır vəziyyətdədir və missiyasını tam həcmdə yerinə yetirməyə davam edir".

Rusiya Senatının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frantz Klintseviç Xmeymimə hücumların arxasında "xarici kəşfiyyat"ın durması fikrini irəli sürüb.

Müdafiə Nazirliyi tərəfindən qeyd olunan "mobil təxribat qrup"u barədə bəzi rus hərbi ekspertləri bu rəydədir ki, onlar avtomobillə bazaya 2 milə kimi yaxınlaşıb və mobil 82 mm-lik minaatanlarla hərbi obyekti atəşə tutublar. Əgər belədirsə, hücum bir neçə dəqiqə davam etməməli idi və hərbi hava müdafiə sistemi 3.2 düymlük raket-minaları təyin edə bilməzdi, çünki onlar idarəolunmaz raketlərdən daha kiçikdir.

Digərləri iddia edib ki, “2B9 Vasilek” (Cornflower) avtomatik 82 mm-lik toplardan istifadə olunub. Bu növ silah furqon-avtomobilə belə sığır və dörd atəş kasetləri ilə yüklənə bilər.

Suriya ordusu və fərqli sadiq milislər bazanın təhlükəsizliyini təmin edir. Ancaq açıq cəbhə xəttinin yoxluğu, çətin ərazi xüsusiyyətləri, iddia edilən korrupsiya və Suriya kəşfiyyat xidmətlərinin nisbi zəifliyi ucbatından baza təhlükəsizlik çətiri ilə tam örtülmür. Bundan başqa, hücumlar cihadlar tərəfindən həyata keçirilməyib. Suriya hökumət qüvvələri, Rusiya təyyarələrinin dəstəyi ilə, hazırda hərbisizləşdirilən zonalarda müxalifətə qarşı hücumları davam etdirir, buna görə də hər hansı üsyançı fraksiyanın hadisələrin arxasında olması qeyri-mümkündür.

Çox hallarda jurnalistlərin nəzəriyyələri rəsmi açıqlamaya zidd deyil, əksinə, onu tamamlayır və ya fərqləndirir.

“RBC” xəbər agentliyinin verdiyi məlumata görə, basqınçılar minaatanlar və “MLRS” raket sistemindən istifadə edərək baza hücum edib. “RBC” Müdafiə Nazirliyindəki mənbəyinə istinad edir: "Bazanın müdafiəsi lazımlı şəkildə təşkil olunub. Raketlər müvafiq hava müdafiə sistemləri tərəfindən məhv edilib, amma minaatanları zərərsizləşdirmək demək olar ki, mümkün deyil". Mənbə atəşin “suriyalıların nəzarətində olan ərazidən” edildiyini, "bir vertolyot və bir “Su-24” təyyarəsinin zədələndiyi”ni söyləyib.

Nəzəri olaraq “BM-21 Grad MLRS”nin raketləri Hama əyalətindəki Nəhr əl-Bared (təxminən 22 km) və Qalaat əl-Madiq (25 mil uzaq) kimi yaşayış məntəqələrindən Xmeymimə çata bilər.

Rusiyalı hərbi müxbir Roman Saponkov Xmeymimdəki zərəri göstərən şəkillər yayımlayıb: altı “Su-24” təyyarəsi, bir “Su-35S”, bir “An-72”, bir “An-30” casus təyyarəsi və bir “Mi-8”. Onun sözlərinə görə, Rusiya hərbçiləri təxribatçıların "yeni texnoloji səviyyəyə çatdığını" bilmirdilər və təcavüzkarlar "xarici ehtiyatçı"lardır.

Liberal medianın alternativ nəzəriyyələrinə görə, dekabrın 31-də hücum olmayıb və Latakiyada keçirilən Yeni il şənliyində təsadüfən sursat anbarı patlayıb. Bu, heç bir qrupun Xmeymim hücumları üçün hələlik məsuliyyəti öz üzərinə götürməməsi ilə təsdiqlənən fərziyyədir.

Xüsusi onlayn forumlarda, bəzi şərhçilər təqaüdçü rus hərbçilərinə istinadla, gecə hücumu nəticəsində yalnız iki təyyarənin zədələndiyini bildirirlər.

Hökumətpərəst ekspertlər iddia edir ki, rəsmi Moskva əhvalatın bəzi detallarını bilərəkdən “Kommersant”a sızdırıb və fikirləşib ki, heç bir əlavə sorğu-sual olmayacaq. Amma “Kommersant” daha ətraflı məlumat yayıb və bir çox ziddiyyətlər ortaya çıxdıqdan sonra Müdafiə Nazirliyi "Kommersant"ın informasiyasının qismən saxta olduğunu söyləmək üçün “Sputnik”ə müraciət edib.

Bəzi hökumətpərəst Rusiya ekspertlərin fikrincə, rus ordusunun intiqam alacağından qorxduğu üçün Suriya müxalifəti məsuliyyətdən yayınır. Amma müxalifəti bunu inkar edirlər. “Suriya İnqilabçı Qüvvələri”nin Astana sülh danışıqlarında təmsilçisi Ayman əl-Asami Xmeymimə hücumun Latakiya əyalətindəki Butan əl-Bəşa qəsəbəsindən, İranpərəst “İmam Əl-Murtəza” qrupu tərəfindən edildiyini iddia edib. Başqa bir müxalifət mediatoru təqsiri Suriya kəşfiyyatının boynuna atır.

Moskva bundan sonra bazanın daha yaxşı qorunacağını elan edib. Ancaq rus hərbçiləri çox-çox əvvəl tədbirlər görməli idi. Bununla yanaşı, Rusiya atəşkəsin dəstəklənməsi üçün Dəməşq və Tehrandakı müttəfiqlərinə təzyiqi artırmaq üçün müvafiq siyasi addımlar atmalıdır.

Anton Mordaşov

“Al-Monitor” (ABŞ)

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar