Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya gəncliyi Putinə niyə arxa çevirib?


Politoloq: “Rusiya avtoritar bir rejim üsulu ilə idarə olunur və demokratik ölkələrin təcrübələri ilə tanış olan rus gəncləri yaxşı başa düşürlər ki, Putin idarəçilik sistemi onların gələcəyi üçün təminat verə bilməz”


“Rus gəncləri Putinin şəxsiyyətinə qarşı yaradılmış süni pərəstişin darmadağın edilməsinə can atırlar”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya gənclərinin böyük əksəriyyətinin prezident Putinin siyasətinə qarşı çıxmasına münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar məlum olub ki, Rusiya gənclərinin böyük əksəriyyəti prezident Putinin siyasətinə qarşı çıxır. Bəzi analitiklərə görə, getdikcə ağırlaşan iqtisadi vəziyyət, maliyyə çatışmazlığı, beynəlxalq təzyiqlər, silahlanmaya xərclərin artması, Ukrayna və Suriyada bitməyən müharibə ilə Rusiyanı yeni mərhələyə daşımaq Putin üçün asan olmayacaq. Eyni zamanda analitiklər Rusiya cəmiyyətinin artıq dəyişiklik istədiyini də  vurğulayırlar. Rusiyada siyasi dəyişikliyin dinc, yoxsa inqilabi yolla həyata keçirilməsindən asılı olmayaraq, artıq aşağılar köhnə qayda ilə idarə olunmaq istəmir. Aksiyaların qəddarlıqla dağıdılması Rusiya ictimai rəyində Putinə qarşı yeni fikirlərin formalaşmasına səbəb olur. Belə olan təqdirdə hesab etmək olarmı ki, Rusiya gənclərinin Putinə qarşı olması yaxın gələcəkdə Kremlin siyasətinə təsir edə bilər? Eyni zamanda bu və ya digər şəkildə Putin Qərbə qarşı daha liberal siyasi kurs seçə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Related image








Qabil Hüseynli: “Bütün bunlar onu göstərir ki, gənclər Rusiyadakı mühitdən beziblər”.


Rus gənclərin Putin idarəçilik üsulundan narazı qaldığını vurğulayan politoloq Qabil Hüseynli görə, bu gedişlə rus gənclər gələcəkdə ölkədəki dəyişikliklərdə aparıcı rol oynaya bilərlər:

“Bu gün Rusiya gənclərinin Qərb ölkələrinə, xüsusən də ABŞAvropaya gedişi xeyli çoxalıb. Siz hansısa Avropa ölkəsində olsanız, orada rus gənclərinin müxtəlif ali məktəblərdə təhsil aldığını, biznes şəbəkələri yaratdığını müşahidə edə bilərsiniz. Bütün bunlar onu göstərir ki, gənclər Rusiyadakı mühitdən beziblər. Rusiya avtoritar bir rejim üsulu ilə idarə olunur və demokratik ölkələrin təcrübələri ilə tanış olan rus gəncləri yaxşı başa düşürlər ki, Putin idarəçilik sistemi onların gələcəyi üçün təminat verə bilməz. 

Rus gəncləri həm ölkədə keçirilən mitinqlərdə fəal iştirak edirlər, həm də Putinin şəxsiyyətinə qarşı yaradılmış süni pərəstişin darmadağın edilməsinə can atırlar. Buna görə də bütövlükdə Rusiya cəmiyyəti çox aktivləşib. Ancaq onların içərisində avanqard qüvvə kimi gənclər xüsusilə seçilir. Gənclərin gələcəkdə ölkədəki dəyişikliklərdə bilavasitə aparıcı qüvvəyə çevirilməsinə qarşı təzyiqlər də  nümayiş olunur”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar