Xəbər xətti

18 FEVRAL

12:55 Doyunca yatmamaq beyinə ziyan vurur

12:55 İranda dəhşətli təyyarə qəzası: 66 nəfər öldü - Yenilənib

12:50 Sumqayıtda ağır qəza: 4 qadın yaralandı

12:44 Rəsmi Tehran: Qəzaya uğrayan təyyarədə 65 sərnişin olub

12:38 Azərbaycanda sərnişindaşıma xidmətlərinin qiymətləri 3% ucuzlaşıb

12:32 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – Siyahı

12:25 Bakının bu yollarında sürət həddi endirildi

12:19 Bu gün axşam Bakıda intensiv yağış yağacaq

12:13 Kürdə suyun səviyyəsi artıb

11:59 “Günayın Bakıda getmədiyi istirahət mərkəzi yoxdur”

11:53 İranda zəlzələ olub – Dağıntı yoxdur

11:46 “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

11:40 Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

11:29 Tramp FTB-ni günahlandırdı

11:23 Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

11:18 Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət etdi

11:13 Ermənistan silahlı bölmələri atəşkəsi 122 dəfə pozub

11:06 Putin niyə yoxa çıxıb?

11:00 General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”

10:55 Salyanda faciəvi qəza: Mikroavtobusla avtokran toqquşdu - Ölənlər var

10:50 Azərbaycanda 2 ayın gəlini evdən qaçdı - Foto

10:44 “Geyimlərimi endirim zamanı alıram”

10:39 Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb

10:33 Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

10:28 “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev

10:17 Qəzza zolağından İsrailə raket atıldı

10:11 Qazaxıstan XİN qırğız deputatın saxlandığını təsdiqləyib

10:05 Ermənistandan Türkiyəyə yeni barışıq təklifi

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev

13:25 Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

13:20 Sarkisyan Almaniyaya getdi

13:08 Yanvarda Azərbaycan xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edib

13:03 “Hazırkı mərhələdə TAP layihəsində hər hansı bir dəyişiklik etmək mümkün deyil”

12:58 Bakıda zəncirvari qəza nəticəsində iki nəfər ölüb

12:53 Ombudsmanla bağlı qanun dəyişdirilir

12:45 Maliyyə Nazirliyi Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbini açıqlayıb

12:40 “Əgər ərəb cihad eləmirsə deməli başı “avtoşluğa” qarışıb...”

12:33 Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb

12:26 Kofe intihara meyilliliyə təsir göstərir

12:21 Türkiyədə PKK-nın 8 mərtəbəli, hovuzlu sığınacağı - Foto

12:16 Güzəştli kredit daha çox hansı sahibkarlara verilir...

12:11 Rusiya analitiki:“İran Avrasiya Birliyinə Ermənistansız da girə bilər”

12:05 DİN Bakının mərkəzində baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

11:58 Qızıl 1 dollara yaxın bahalaşıb

11:53 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

11:46 Nigeriyada terrorçuların bazara hücumu nəticəsində 15 nəfər ölüb

11:40 Yaponiyalı fiqurlu konkisürən ikiqat olimpiya çempionu oldu

11:33 Meksika daxili işlər nazirinin olduğu helikopter qəzaya uğrayıb

11:26 Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

11:21 Lənkəranda motosikletlə yük maşını toqquşub - Xəsarət alan var

11:15 Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

10:59 “Məni milyonçu hesab edirlər” - Vasif

10:53 Tramp: “Rusiya ilə heç bir sövdələşmə olmayıb”

10:47 “Lotu Quli”ni qəbul etməyən “Gəncəli Firdovsi”yə “oğru” adı verilib? - Video

10:41 Rusiya bayrağı bütün dünyada qadağan olunsun - Poroşenko

10:36 Neft bahalaşıb

10:30 Dünən polis tərəfindən 36 nəfər saxlanılıb

10:25 Tramp İsrailin baş nazirini Ağ Evdə qəbul edəcək

10:20 Bakıda qısqanc ər arvadını bıçaqlayıb

10:14 Sosial müavinət və təqaüdlərin təyin olunmasında dəyişiklik edildi

10:10 Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

10:05 Xüsusi prokuror Müller Aslanova qarşı rəsmi ittiham irəli sürdü

10:05 Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub

10:00 Atəşkəs 125 dəfə pozulub

0:44 Azərbaycanda ən aşağı maaş harada verilir? –Rəqəmlər

0:33 “Layiqsiz insan türkə, kürdə, talışa, ləzgiyə baxmır ki...”

0:22 Qaradağlı qətliamından 26 il ötür

0:01 Bugün bürcünüz nələr vəd edir?

16 FEVRAL

23:55 Seda sevənlərini qorxutdu - foto

23:40 “Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb”

23:33 ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb



ANALİZ

...

Rusiya eksperti: “Suriya dövləti artıq yoxdur və bölünüb”

Tarix 11.02.18, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


Aleksandr Jelenin


rosbalt.ru, 10.02.2018

İndi Yaxın Şərqdə nələr baş verdiyindən hətta bu bölgədən xəbərləri həmişə izləyənlər də getdikcə daha çətinliklə baş çıxardırlar

KİV-lərin məlumatları bəzən bir-birinə o qədər zidd olur ki, ən diqqətli müşahidəçilər baş verənlərin məğzini tutmaqdan əl çəkiblər.

Deməli, bu günlərdə bütün dünyada xəbər dolaşıb ki, Amerikayönlü koalisiya gücləri (əslində, indiki halda ABŞ-ın özü) Suriyanın hökumətyönlü qüvvələrinə nəticədə yüzdən çox adamın həlak olduğu güclü zərbə endirib. Amerika hərbçiləri bunu belə izah ediblər: zərbə Birləşmiş Ştatların müttəfiqi, kürd döyüşçülərin üstünlük təşkil etdiyi “Suriya Demokratik Qüvvələri”nin qərargahına “qəsdən törədilməmiş”, amma qeyd edək ki, yaxşı hazırlanmış (tanklar və artilleriyanın iştirakıyla) hücuma cavabdır”.

Həm də Rusiyanın bəzi xəbər resursları, demək olar, bununla eyni zamanda xəbər verib ki, əsədçilər nəzarət etdikləri ərazidən öz qardaşlarının köməyinə tələsən kürd hərbi birləşmələrini türklərin mühasirəyə aldıqları Afrinə buraxıblar. Bundan bir qədər qabaq isə, BBC-nin Hərbi əməliyyatların araşdırılması İnstitutunun (ISW) təzə məlumatına istinadən xəbər verdiyi kimi, Suriya hökumət qüvvələri müxalif güclərin əlində olan ərazidən Hələbdən cənubi-qərbdə cənuba doğru irəliləyən Türkiyə zirehli dəstəsini atəşə tutaraq dayandırıb.

Ciddi danışsaq, hər şeyin bu qədər qarışdığı bütün bu xəşil haqda yetərincə çoxdan öncədən deyilmişdi. Bu sətirlərin müəllifi iki ildən yuxarı müddətdə yazıb ki, Suriya müharibəsinə qatılmış dünya və bölgə dövlətlərinin maraqları o qədər fərqlidir ki, Yaxın Şərqdə və hər şeydən qabaq Suriyada onların toqquşması qaçılmazdır.

Yaxın Şərq üzrə ekspert Mixail Maqid bu xüsusda dəqiqləşdirir ki, “ciddi desək, artıq heç bir Suriya yoxdur – böyük dövlətlər hazırda orada öz müttəfiqlərinə söykənərək onun ərazisini bölüşdürür”.

Onun sözlərinə görə, indi bölgü bu cürdür: amerikalılar SDQ-yə (PKK döyüşçüləri və bəzi ərəb tayfalarının ittifaqı) söykənir və onların köməyi ilə Suriya ərazisinin 20%-ə, habelə Suriya neftinin 80%-ə nəzarət edirlər. Əsəd və müttəfiqləri (İranyönlü şiə könüllü yığması, İran silahlı qüvvələri və RF qoşunları) Suriya ərazisinin böyük hissəsinə göz qoyurlar.

Bununla yanaşı, Türkiyə Suriya müharibəsində getdikcə daha müstəqil oyunçuya çevrilir. Maqid qeyd edir: “Ankara antiəsəd müxalifətin bir qisminə söykənməklə Suriyanın şimalında bir sıra rayonları, hər şeydən əvvəl Bab-Cərablus-Əzaz rayonunu ələ keçirib”.

O, yada salır ki, “Əsədin və İranın qoşunları Suriyanın şimalında İdlib bölgəsində antiəsəd müxalifətin mövqelərinə bir vaxta qədər olduqca uğurlu əməliyyatlar aparıb. Hazırda bu hücum müvəqqəti dayanıb: Əsəd və iranlılar arxa cəbhəni təmizləyirlər, Əsədin rəqibləri isə bir neçə ciddi əks-hücuma başlayıblar. Lakin onların mövqeyi bütövlükdə dayanıqsızdır”.

Bu arada İdlibdə son dərəcə gərgin durum yaranıb. “Türkiyə qoşunları da buraya giriblər. Türklər antiəsəd müxalifətin nəzarət etdiyi ərazilərdə, əl-Əys bölgəsində hərbi baza qurmağa başlayıblar. Bu, türk ordusuyla Əsəd tərəfdarları arasında atışmaya səbəb olub. Başqa sözlə, İdlibdə iki bölgə dövlətinin  – İran və Türkiyənin maraqları toqquşub”, – deyə ekspert davam edir.  

Onun fikrincə, Rusiya bu durumda Yaxın Şərqdəki müttəfiqləri – Türkiyə və İran arasında bir növ vasitəçi olmağa çalışır. Ekspert qeyd edir: “Lakin Ankaranın öz əməliyyatlarını Tehranla deyil, Moskva ilə məsləhətləşməsi iranlıları hövsələdən çıxardır. İran prezidenti Həsən Ruhani Türkiyə və İran arasında son zamanların tərəfdaşlıq münasibətləri üçün tamamilə qeyri-səciyyəvi, olduqca kəskin bəyanat verib ki, Türkiyə qoşunları dərhal Suriyanı tərk etməlidir”.

Görünür, Vladimir Putin bu ziddiyyəti birtəhər yoluna qoymaq üçün, KİV-lərin məlumatına görə, RF, Türkiyə və İran rəhbərlərinin üçtərəfli sammitini keçirməyi təklif edib.

Maqidin qeyd etdiyi kimi, bu hadisələrə paralel “Türkiyə ordusu və suriyalı müttəfiqləri (Azad Suriya Ordusunun bəzi fraksiyalarına bağlı ərəb və türkmən dəstələri) Afrinə hücum edir. Bu ən şərqi kürd kantonudur, RF-nin nüfuz dairəsinə daxil idi və Suriyadakı qalan kürd bölgələrindən təcrid olunub”.

Ekspert deyir: “Əsədə müttəfiq çıxan Rusiya nail olmağa çalışırdı ki, kürdlər Dəməşqin onlar üzərində hakimiyyətinə razılaşsınlar. Amma kürdlər bu təklifi rədd ediblər. Onda RF öz qüvvələrini Afrindən çıxardaraq türklərə bu bölgəyə hücum imkanı verdi”.

Qeyd edək ki, prakrik olaraq Rusiya qüvvələrinin Afrindən çıxarılmasına paralel olaraq Rusiyanın bəzi hökumətyönlü informasiya resurslarında materialların təqdimi dəyişilib. Onlar buna qədər kürd azadlıq hərəkatını ehtiyatla dəstəkləyib, indi isə birdən “kürd döyüşçülər tərəfindən dinc sakinlərin qətlə yetrilməsi”ndən danışmağa başlayıblar. Ekspert Türkiyə və İran kimi bölgəsəl böyük dövlətlərin bu gün hərbi baxımdan maraqlarının toqquşduğu İdlibdə durumu “çox təhlükəli” adlandırır.

Maqid davam edir – Qaldı ki Afrinə, orada “SDQ ilə Türkiyə ordusu arasında tammiqyaslı döyüş gedir. Ankara buna həm İraqın şimalında və Türkiyənin özündə PKK-ya qarşı aparılan geniş savaşın tərkib hissəsi kimi yanaşır”.

Ekspert söyləyir: “PKK döyüşçüləri İraq və Suriyadakı bazalardan hərəkətlənərək Türkiyə ərazisində yaşayan 20 milyon kürd üçün muxtariyyətə nail olmaq üçün partizan fəaliyyəti göstərir. Türkiyə inadlı müqavimətlə üzləşərək ləng irəliləyir. Türkiyə silahlı qüvvələri hazırda Afrinə girməklə xeyli istiqamətdən hücum edir. Ola bilsin, bu, kürdlərin qüvvələri əsas zərbə istiqamətində cəmləşdirməyinə mane olmaqdan ötrü edilir. Afrinlə sərhədə  yüzlərlə türk zirehli texnikası və artilleriya yığılıb”.

Onun sözlərinə görə, türk qüvvələrinin əsas zərbəni cənubi-qərb istiqamətindən vuracağı haqda fikir var. Ekspert əndişələnir: “Amma bu, yalnız fərziyyədir. Türkiyə ordusu NATO-nun bütün qaydaları üzrə hücum edir. Suriyadakı savaş illərində böyük hərbi təcrübə əldə etmiş kürdlər əks-hücumlarla hərəkət edərək pusqudan türk tankları və ciplərinə od vururlar. Ən böyük təhlükə bundan ibarətdir ki, işğal halında Afrində kürd əhalinin etnik təmzilənməsi genişlənə bilər”.

Maqid deyir – Bütövlükdə etiraf etmək olar ki, Suriyanın bölgə və dünya dövlətləri tərəfindən faktiki bölünməsi “onlar arasında ciddi qarşıdurmaya səbəb olub”.

Onun fikrincə, “çox ehtimal ki, hərbi əməliyyatlara qatılmış dövlətlər ərazilərin bölünməsi haqda necəsə anlaşmağı bacaracaq. Hazırda heç kim böyük müharibə marağında deyil. Prezident Ərdoğan Afrində qalib gəlməklə Türkiyədə öz nüfuzunu möhkəmləndirməyi nəzərdə tutur. İranda xalq etirazları və iqtisadi problemlərin doğurduğu ciddi daxili sabitsizləşmə var. ABŞ və RF-nin dünya müharibəsinə başlamaq üçün heç bir istəyi yoxdur. Lakin bu münaqişələr gələcəyin problemlərinə işarədir”.

Mütəxəssis hesab edir ki, Suriyanın bölünməsi “böyük dövlətlər arasında zidiyyətləri azalatmayaq, gücləndirəcək”. Onun fikrincə, çağdaş şərait ABŞ-ın kürəsəl rolunun azalmasıyla səciyyələnir: “Yeni ölkələri münaqişəyə cəlb edən hakimiyyət boşluğu meydana çıxır. “Dünya polisi” gedirsə, bölgə imperiyalarının qurulması başlanır. Dövlətlər arı kimi vızılsdaşır, onlar darlıq hiss edir, bir-birini rəqib kimi qavrayır, biri digərinə ziyan vurmağa çalışır. Bu cür hadisələr potensialca təhlükəlidir və həmişə dünya müharibələrindən əvvəl gəlir”. (strateq.az)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Mikayıl Cabbarov iki nəfəri işdən qovdu: Rüşvət alarkən tutulublar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru