Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya əhalisi ardıcıl olaraq 24 aydır kasıblayır

Rusiya əhalisinin real gəlirləri bu ilin sentyabr ayında 2,8% azalıb.


"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, azalma ardıcıl 24 aydır davam edir. Real gəlirlərin azalması fonunda ölkədə tələb azalaraq pərakəndə malların dövriyyəsinin dayanıqlı düşməsinə səbəb olub. Beləliklə, ölkə iqtisadiyyatı özünəməxsus "spiral" mühitinə daxil olub. Bu vəziyyətdən çıxış üçün ekspertlər, hökümətin biznesə dəstək verməsini gözləyir.

Sentyabrda əhalinin maaşlarının bir miqdar artrması və tələbin yüksəlməsinə baxmayaraq, əhalinin real gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 2,8% azalıb. İlin əvvəlindən isə əhalinin real gəlirləri 5,3% azalıb.

Üçüncü rübdə isə əhalinin real gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 6,1% azalma göstərib. Analitiklər hətta 2009-cu il böhranı zamanı real gəlirlərin 2008-ci illə müqayisədə belə kəskin olmadığını, yalnız 3,3% azaldığını bildiriblər. Buna səbəb kimi, ölkədə pensiyaların real həcminin azalması göstərilib. Pul vəsaitlərinin xərclənməsinin strukturunda 2016-cı ilin avqustunda keçən ilin analoji dövrü ilə müqayisədə mal və xidmətlərə çəkilən xərclərin xüsusi çəkisi artıb. Belə ki, bu göstərici 71,3%-dən 75,3% -ə çatıb. Bununla da yığım səviyyəsi 13,7%-dən 8,6%-ə enib.

Malların pərakəndə dövriyyəsi isə sentyabr ayında 2,4 trln. rubl (38 mlrd. ABŞ dolları) təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 3,6% azdır. İlin əvvəlindən azalma isə daha böyükdür - 5,4%. Gələcəyə inamın azalması tələbin daha da kəskin azalmasına və bunun da öz növbəsində pərakəndə satışları azaldaraq qiymətləri artırmasına gətirib çıxarır. Nəticədə iqtisadi fəallıq zəifləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar