Rusiya Federasiyası Ceyhun Nəbiyev adlı şəxsi “İnterpol” xətti ilə beynəlxalq axtarışa verib
PİA.AZ “Report”a istinadən xəbər verir ki, C.Nəbiyev qəsdən sağlamlığa ağır zərər vurma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddələri ilə ittiham olunur.
1976-ci il təvəllüdlü C.Nəbiyev Ucar rayonun Alpı kəndində anadan olub. O, Rusiya Federasiyası və Azərbaycan Respublikasının vətəndaşıdır.
pia.az