Rusiya bombardmançıları və vertolyotları Krımda keçiriləcək Aviadarts-2016 yarışlarında iştirak etmək üçün yarımadaya gəlib
Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsi yayıb. Təyyarə və vertolyotlar Krıma Mərkəz Hərbi Dairəsindən gəliblər. Yarımadaya Su-24M bombardmançıları və iki Mi-8AMTŞ vertolyotu göndərilib.
Qeyd edək ki, Aviadarts-2016 yarışı Feodosiya şəhərində mayın 25-dən iyunun 8-nə qədər keçiriləcək(axar.az)
pia.az