Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya aviasiyası Ermənistanda gecə təlimləri keçirib


Rusiya Cənub Hərbi Dairəsinin (CHD) aviasiyası Ermənistandakı “Erebuni” hərbi bazasında gecə uçuşları keçirib


 Gecə təlimlərində hücum və nəqliyyat helikopterləri iştirak edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı “Erebuni” aviabazasının tərkibindəki “Mi-24” hücum və “Mi-8MTŞ” nəqliyyat helikopterlərinin heyətləri gecə saatlarında təlim uçuşları həyata keçiriblər. Taktiki uçuş təlimi zamanı motoatıcı birləşmələrin havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib”, - deyə Astafyev bildirib.

O əlavə edib ki, təlimlər çərçivəsində heyətlər attestasiyadan keçəcək. Astafyevin sözlərinə görə, hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər.

“Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir”, - deyə Astafyev bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar