Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN Trampın İrana yönəlik mövqeyinə barmaq tuşladı - Məsuliyyətsizlikdir!


Məlumdur ki, Tramp İranın bu saziş üzrə öhləliklərini yerinə yetirdiyini Konqresə təsdiqləməkdən imtina edib


PİA.AZ «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Rusiya Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın İranın «nüvə sazişi»nə yönəlik mövqeyini məsuliyyətsizlik hesab edir.
 Bu barədə şənbə günü Rusiya Federasiyası (RF) xarici işlər nazirinin müavini Sergey Ryabov bəyan edib («TASS»).

«Biz, böyük təəssüf hissi ilə müşahidə etməyə məcbur olduq ki, sazişin reallaşması üzrə pozitiv dinamika ABŞ Prezidenti Donald Trampı İranın öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləməkdən çəkindirməyə bilmədi» – deyə, diplomat bildirib və əlavə edib ki, Trampın bu qərarı həm də dünya birliyinə münasibətdə məsuliyyətsizlikdir.

Raybov onu da qeyd edib ki, onun fikrincə hələlik ABŞ İranla «altılığın» (BMT TŞ daimi üzvləri və Almaniya) birgə iclasını çağırmağa hazır deyil.

Diplomat bildirib ki, Vahinqton «növbəti dəfə dünyada təhlükəsizlik və sabitlik məsələlərini müəyyən konyuktur proseslərin (böyük ehtimalla, Trampın İsraillə özəl münasibətləri nəzərdə tutulur – red.) köməyi ilə girov götürüb və onları siyasətçilərin, böyük hesabla, bu sazişin məzmun hissəsindən uzaq olan şəxslərin sərəncamına verib».

Oktyabrın 14-də Tramp İranla bağlanmış nüvə sazişinə yenidən baxmağa hazır olduğunu elan edib. Onun sözlərinə görə, İran müqavilənin tələblərini yerinə yetirmir. Bununla bağlı o, Konqresə uyğun təqdimat göndərəcəyini bildirib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar