Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Türkiyənin nüvə hücumundan müdafiəsini öz üzərinə götürür?


İlqar Vəlizadə: “İndiki şəraitdə Türkiyə və Rusiyanın əməkdaşlığı bu qədər uzağa gedə bilməz”


Tərlan Eyvazov: “Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin bəyanatı həmin ölkələrə və ABŞ-a bir meşajdir”.

Yaxın günlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirimişdi ki, Rusiya özünə və Kollektiv Təhlükəsizlik Müqavilət Təşkilatındakı müttəfiqlərinə qarşı silah tətbiqi zamanı öhdəlikləri çərçivəsində fəaliyyət göstərəcək. Dünən həmçinin Rusiya Dumasının Təhlükəsizlik Komitəsi sədrinin müavini Aleksandr Şerin də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkələri, həmçinin Suriya, İran, Şimali Koreya, Çin və Türkiyənin Rusiyanın müttəfiqləri olduğunu və bu ölkələrə qarşı hər hansı nüvə hücumu olarsa, Moskvanın hərəkətə keçəcəyini söyləyib.

NATO üzvü olan və NATO-ya məhz Rusiyanın nüvə hücumundan qorunmaq məqsədi ilə üzv olan Türkiyənin nüvə hücumundan Rusiya vasitəsi ilə qorunması mümkündürmü və Türkiyə-Rusiyanın əməkdaşlığı bu qədər uzağa gedə bilər? Eyni zamanda Türkiyə və Rusiya arasında hərbi əməkdaşlıq, o cümlədən C400 raketlərinin alınması onu deməyə əsas verirmi ki, Ankara artıq NATO-ya güvənmir və özünə əsas təhlükəni Rusiyadan deyil, məhz Şimal Alyansından görür?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadəyə və hərbi ekspert Tərlan Eyvazova müraciət edib.

BMTpK3cVji2lsyTc5UzMb5bsVLehTLntcX1A2Gg8AXHXsg6FEtb5j6Lcf4if/ABv1P/8AELDVtVeCTlG2Tlik6RBtSripuaBlHyzWVeto8eR/6T8liwlmW0Vg6YkriuH8+KYT9FibnEJWpSmjVMTI9p2+MYwM2wD1HP0VSFobb2iqS2Hn9VlljTsqDIX0yM11N0FaG5pjBoPcqAjMrIskqtkSoES3RDv1QAi4LkiAOK6Vy5AH/9k=" alt="Похожее изображение">

İlqar Vəlizadə: “Türkiyə NATO sisteminə tamamilə inteqrasiya olunmuş, o cümlədən də NATO ölkələri ilə birgə hava hücum sistemi qurmuş ölkədir”.


Türkiyənin Rusiya, Çin və başqa ölkələrlə də hərbi sahədə əməkdaşlığı olduğunu xatırladan politoloq İlqar Vəlizadə PİA.AZ-a açıqlamasında qeyd edib ki, bu əməkdaşlığın müəyyən çərçivələri var və Türkiyə bu çərçivələri aşa bilmir:

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin bu bəyanatı dekorativ bəyanatdır. Bu ölkələrə nə ABŞ, nə də Qərbin digər ölkələri tərəfindən nüvə təhlükəsi yoxdur. Eyni zamanda heç belə bir plan da yoxdur. Aleksandr Şerin bəyanatı siyasi bəyanatdır. Bu bəyanat bir daha xatırladır ki, həmin ölkələr Rusiyanın müttəfiqləridir və Rusiya hər an onları ən ciddi təhlükədən belə qoruya bilər. Amma yenə qeyd edib ki, həmin ölkələr heç elə təhlükə ilə qarşılaşmır. Belə vəziyyətdə də verilən bəyanatın praktiki əhəmiyyəti çox azdır. 

İndiki şəraitdə Türkiyə və Rusiyanın əməkdaşlığı bu qədər uzağa gedə bilməz. Çünki Türkiyə NATO sisteminə tamamilə inteqrasiya olunmuş, o cümlədən də NATO ölkələri ilə birgə hava hücum sistemi qurmuş ölkədir. Bununla bağlı koordinasiya işlərinin aparılması da vahid şəkildədir. Yəni Türkiyə-NATO ölkələrinin vahid koordinasiya mərkəzləri var və birgə təlimlər keçirilir. Onu da qeyd edim ki, Türkiyənin Rusiya, Çin və başqa ölkələrlə də hərbi sahədə əməkdaşlığı var. Lakin bu əməkdaşlığın müəyyən çərçivələri var və Türkiyə bu çərçivələri aşa bilmir.

İlqar Vəlizadə: “Türkiyə C400 raketləri üçün Rusiyadan lisenziya ilə almaq istəyir, amma Rusiya Türkiyəyə lisenziya verməyib”.


Bunu da demək lazımdır ki, Türkiyə-İtaliya- Fransa arasında birgə müəssisə var. Bu müəssisə raket kompleksi istehsal edir. Keçən ilin iyun ayında bu ölkələrlə razılıq əldə olunub. Bu ilin yanvar ayında isə Ərdoğanın Fransaya səfəri çərçivəsində bu saziş təsdiqlənib. Yəni saziş əsasında Türkiyə İtaliya və Fransa müştərək müəssisə ilə bir yerdə yeni raketlərin buraxılması ilə bağlı layihə həyata keçirəcək. Bu da onu göstərir ki, Türkiyə həm Rusiya, həm də NATO ölkələri ilə əməkdaşlıq edir. Sadəcə olaraq Türkiyə Rusiyadan raket komplekləri alacaq. 

Qeyd edim ki, Türkiyə Rusiyadan lisenziya ala bilməyib. Baxmayaraq ki, danışıqlar gedirdi ki, Türkiyə C400 raketləri üçün Rusiyadan lisenziya ilə almaq istəyir, amma Rusiya Türkiyəyə lisenziya verməyib. Həmçinin Türkiyənin əməkdaşlıqlarının səviyyəsindən belə söhbət gedəndə, bu məsələdə də Türkiyənin NATO ölkələri və Qərblə əməkdaşlığı daha sıx görünür”.

Картинки по запросу tərlan eyvazov

Tərlan Eyvazov: “Türkiyənin milli maraqları ortaya gələndə Ankaranın müttəfiqləri müttəfiq kimi hərəkət etmirlər”.


Türkiyənin tamamilə ABŞ-dan, Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşmasının gözlənilən olmadığını qeyd edən hərbi ekspert Tərlan Eyvazov PİA.AZ-a açıqlamasında əlavə edib ki, Türkiyə bu məsələlərdə öz strategiyasına uyğun manevrlər edir:

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin elə də nüfuzlu siyasi xadim deyil. Əgər bu bəyanatı Rusiyanın xarici işlər naziri, müdafiə işlər naziri desəydi, başqa cür anlaşıla bilərdi. Amma Dumanın komitə sədirinin müavinin bu bəyanatı verməsi yüksək səviyələnmir. 

Təbii ki, nüvə silahından istifadə edilməyə başlanılsa və hər hansı ölkədən başqa ölkəyə qarşı bu silahdan istifadə edilərsə, bu dünyanın sonu deməkdir. Çünki orada hansı hadisələrin baş verəcəyini heç kəs deyə bilməz. Amma bu gün Türkiyə və Rusiya arasında olan isti münasibətlər, anlaşmalar normaldır və hər iki ölkənin milli maraqlarına xidmət edir. Eyni zamanda Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın xeyrinədir. Çünki Türkiyənin və Rusiyanın yaxınlaşması sonda Azərbaycanın xeyrinə hər hansısa qərarların qəbul olunmasına gətirib çıxarır.
 

Tərlan Eyvazov: “Türkiyənin və Rusiyanın yaxınlaşması sonda Azərbaycanın xeyrinə hər hansısa qərarların qəbul olunmasına gətirib çıxarır”.


Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin bəyanatı həmin ölkələrə və ABŞ-a bir meşajdir. Çünki bildiyimiz kimi Tramp admistrasiyası gələndən sonra Rusiyaya qarşı yönələn sanksiyalar daha da ciddiləşməkdədir. Putinin son çıxışına qulaq asanda da görünür ki, Putin ABŞ-ın sanksiyalarına qarşı çox narahatdır. Doğrudan da ABŞ Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq edib və bu sanksiyalar davam edir. Bu sanksiyalar təbii ki, Rusiyaya hər bir sahədə təsir edir. Həmçinin verilən bəyanatda görünür ki, Rusiya həmin ölkələrə yaxınlaşmaq istəyir və onlardan kömək ummaq kimi məqsəd güdür. 

Təbii olaraq Türkiyənin strateji müttəfiqi ABŞNATO-dur. Türkiyə  yaxın gələcəkdə NATO-dan çıxmaz. Amma onu da qeyd edim ki, Suriya məsələsində, həmçinin ondan əvvəl olan Kipr məsələsində Türkiyə həmişə müttəfiqlərindən surprizlər alıb. Türkiyənin milli maraqları ortaya gələndə Ankaranın müttəfiqləri müttəfiq kimi hərəkət etmirlər. Buna görə də Türkiyənin Rusiya və başqa ölkələrlə yaxınlaşması başa düşüləndir. Amma Türkiyənin tamamilə ABŞ-dan, Qərbdən uzaqlaşaraq Rusiyaya yaxınlaşması gözlənilən deyil. 

Türkiyə bu məsələlərdə öz strategiyasına uyğun manevrlər edir. Türkiyənin son manevrləri də  özünü çox yaxşı doğruldur. Yəni Suriyada Türkiyə Rusiyaİranla anlaşa bilməsəydi, bu gün Afrindəki əməliyyatlar baş verməzdi. Əgər baş versəydi belə, müvəfəqiyyətlər əldə edilə bilməzdi. Afrindəki naliyyətlər Türkiyənin yeritdiyi çevik siyasətin nəticəsidir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar