Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Suriya məsələsində geri addımlar atımağa hazırlaşır?


Elxan Şahinoğlu: “ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskvaya səfəri faktiki olaraq nəticəsiz oldu”


Tofiq Abbasov: “Moskva yenə də səylərin birləşdirilməsini təklif edir ki, Suriyada birdəfəlik sükut çöksün”.

Xəbər verdiyimiz kimi Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ABŞ dövlət katibi Reks Tillersonla Putinin görüşünü şərh edərkən bildirib ki, Moskva ABŞ-la münasibətlərdə olan problemləri həll etməkdə qərarlıdır. Həmçinin gürüşün nəticələri ilə bağlı keçirilən birgə mətbuat konfransında rusiyalı nazir deyib ki, Rusiya Suriyada konkret olaraq nə Əsədə, nə də başqa birinə üstünlük vermir. Lavrovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərildiyi kimi, bütün suriyalılar eyni masa arxasında oturmalı və danışmalıdırlar. Eyni zamanda Moskvaya gəlməmişdən əvvəl Rusiyanın Əsədlə Qərb dövlətləri arasında seçim etməli olduğunu bildirən Tillerson da mətbuat konfransında vurğulayıb ki, artıq Suriyada Əsəd dönəmi bitir. Lakin dünən BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnaməyə Rusiya yenidən veto qoydu. 

Rusiyanın Suriya ilə bağlı apardığı siyasətini necə dəyərləndirmək olar? Demək olarmı ki, Rusiya artıq Suriya məsələsində geri addımlar atımağa hazırlaşır və zamanla Əsədin hakimiyyətdən getməsinə razılıq verəcək?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Tofiq Abbasova və “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.



Elxan Şahinoğlu: “Gələcəkdə Əsədin ətrafında olan adamlardan biri ilə Suriyada hakimiyyətin dəyişdirilməsinə imkan verilə bilər”.


Mövzu ilə bağlı PİA.AZ-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib ki, Reks Tillersonun Moskva səfərinin yeganə müsbət tərəfi o oldu ki, rəsmi səviyyədə dialoq başladı. Amma ruslar da, amerikalılar da etiraf etdilər ki, fikir birliyi yoxdur və ixtilaf davam edir:

Rusiya ikili siyasət yeritmir. Çünki onsuz da Rusiya ABŞ-la anlaşmayıb. ABŞ-ın dövlət katibi Reks Tillersonun Moskvaya səfəri də faktiki olaraq nəticəsiz qalıb. Yəni nə ABŞ, nə də Rusiya heç bir prinsipial məsələdə ortaq məxrəcə gəlmədilər. Reks Tillersonun Moskva səfərinin yeganə müsbət tərəfi o oldu ki, rəsmi səviyyədə dialoq başladı. Amma ruslar da, amerikalılar da etiraf etdilər ki, fikir birliyi yoxdur və ixtilaf davam edir. Belə olan halda əlbəttə ki, Rusiya da BMT Təhlükəsizlik Şurasındakı səsvermədə veto hüququndan istifadə etməliydi. Moskva Bəşər Əsədə dəstəyin sürdürür və ABŞ-ın Suriya ərazisini bombalamasının əleyhinə çıxır. Bu mənada Rusiaynın siyasətində dəyişən heç nə yoxdur.

Rəsmi Moskva bir halda Bəşər Əsədin hakimiyyətdən getməsinə razılıq verə bilər ki, gələcək prezident Rusiyaya iki vəd verməlidir:

1. Suriya Rusiya ilə strateji tərəfdaşlığa davam etməlidir;

2. Rusiyanın Suriyada olan hərbi bazasına toxunulmayacaq.

Belə olan halda bəlkə də, gələcəkdə Əsədin ətrafında olan adamlardan biri ilə Suriyada hakimiyyətin dəyişdirilməsinə imkan verilə bilər. Əks halda Rusiya Əsədin getməsinə imkan verməyəcək. Çünki müxalifətdən kimsə, prezident olsa, o Rusiya ilə yox, Qərblə münasibətlərə üstünlük verəcək”.

 

Tofiq Abbasov: “Moskva Suriyanın Liviya vəziyyətinə düşməsini və Bəşər Əsədin də taleyinin Qəddafinin taleyi kimi olmasını istəmir”.


Politoloq Tofiq Abbasov isə mövzu ilə bağlı PİA.AZ-a verdiyi açıqlamasında qeyd edib ki, Ağ ev öz iradəsini Konqres, Senat və Ali məhkəmə qarşısında təsdiqləməkdən ötrü Suriyaya raket zərbələri endirdi. Bununla Tramp bildirdi ki, onu Rusiya ilə heç nə birləşdirmir. Belə olduqda üstünlüyün Amerikada olmasını iddia etmək əbəsdir:

“Mən hesab etmirəm ki, Rusiya Suriya məsələsində ABŞ qarşısında geri addım atır. Əksinə, Rusiya son dönəmdə Əsədin hakimiyyətdə müvəqqəti qalmasına qismən razılıq vermişdi. Lakin bir şərtlə ki, bu ölkədə keçid dövrü elan edilsin, yeni konstitutsiya qəbul olunsun, bu konstotutsiyaya əsasən seçkilər baş tutsun və hakimkiyyət orqanları formalaşdıqdan sonra Bəşər Əsəd siyasi arenanı tərk etsin. Lakin indi ABŞ-ın bu ölkəyə raket zərbələri endirməsindən sonra vəziyyət kardinal şəkildə dəyişir. Problem ondadır ki, Moskva Suriyanın Liviya vəziyyətinə düşməsini və Bəşər Əsədin də taleyinin Qəddafinin taleyi kimi olmasını istəmir. Qəddafi üsyançılar tərəfindən öldürüldükdən sonra, Liviyada xaotik çoxhakimiyyətlik bərqərar olub. Ölkə şərti olaraq üç hissəyə bölünüb və onlar hamısı bir-biri ilə haqq-hesab çürütməyin yolunu silahda tapıblar. Buna baxmayaraq Qərb özünü heç bir şey olmamış kimi  aparır.

Moskva yenə də səylərin birləşdirilməsini təklif edir ki, Suriyada birdəfəlik sükut çöksün və ondan sonra bu ölkənin müqəddəratı ilə sabit və aram şətaitdə məşğul olmaq mümükün olsun. Tramp hakimiyyəti indi ağır durumdadır. Ölkənin daxilində çəkişmələr baş alıb gedir. Ağ Ev öz iradəsini Konqres, Senat və Ali məhkəmə qarşısında təsdiqləməkdən ötrü Suriyaya raket zərbələri endirdi. Bununla Tramp nümayiş etdirdi ki, onu Rusiya ilə heç nə birləşdirmir. Belə olduqda üstünlüyün Amerikada olmasını iddia etmək əbəsdir. Əksinə, Moskva çox güman ki, bundan sonra təşəbbüsü əlinə keçirib Tehran, Bağdad və Hezbollahla münasibətlərini yenidən tənzimləməli olacaq”.

Nərminə UMUDLU
pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar