Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Gürcüstan və Amerikanı hədələdi



Aleksandr Xrolenko

RİA Novosti, 08.08.2017


Gürcüstan doqquz il əvvəl bu gün müstəqil Cənub Osetiya Respublikasını məhv etmək qəsdilə “Təmiz meydan” hərbi əməliyyatına başlayıb (Cənub Osetiya tutulandan sonra Abxaziyaya qarşı hücum əməliyyatı planlaşdırılırdı). 

Gürcü qoşunları avqustun 8-ə keçən gecə Cənub Osetiya paytaxtı Sxinvalini və Rusiya sülhməramlılarının mövqelərini birikmiş artilleriya atəşinə məruz qoyub, bundan sonra Gürcüstan xüsusi təyinatlı hissələri və tankları Cənub Osetiya ərazisinə daxil olub.

Müdaxilə ciddi-cəhdlə planlaşdırılıb və Gürcüstan-Amerika birgə təlimləri zamanı məşq edilib. Kiyev Tiflisə Ukrayna hesablamaları ilə birlikdə “Buk” və “Top” HHM kompleksləri tədarük edib. İsrailli mütəxəssislər də (SAXAL) yardım ediblər. ABŞ 2008-ci ilin avqustunda təcili şəkildə İordaniyadan Gürcüstan silah və döyüş sursatı atılan aviakörpü təşkil edib.

Rusiya prezidenti avqustun 8-də gündüz Gürcüstanı sülhə məcbur etmək əməliyyatının başlanması haqda qərar qəbul edib. Nəticə dördtərəfli sülh sazişinin imzalanması və Moskvanın Cənub Osetiya və Abxaziya respublikalarının dövlət müstəqilliyini tanıması olub. Gürcüstan Rusiya ilə diplomatik münasibətləri kəsib.

Gürcüstan qoşunları doqquz ildən sonra əvvəlki kimi ABŞNATO birgə təlimlərində iştirak edir. Amerikanın “Abrams” tankları və “Bradley” piyada döyüş maşınları Tiflis yaxınlığındakı Vaziani poliqonunda gücənir. Gürcüstan Müdafiə Nazirliyi məlumat verir ki, “Layiqli tərəfdaş-2017” (Noble Partner) manevrlərinin məqsədi ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, NATO üzvləri və tərəfdaşlarının qoşunları ilə uyğunluğun yüksəldilməsidir (Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Ukrayna, Ermənistan, Sloveniya, Türkiyənin 2800-ə yaxın hərbçisi iştirak edir).

Dövlət başçısı Georgi Marqvelaşvili Gürcüstanın NATO ilə “özəl münasibətləri”ndən, alyansa inteqrasiyanın yeni mərhələyə keçidindən  danışır. Bu məsələ ABŞ Konqresində də müzakirə olunur.

Ola bilsin, başıqapazlı rolu Gürcüstana xoş gəlir, amma istənilən halda ABŞNATO ilə bu cür tərəfdaşlığın davamı bölgənin sabitsizləşdirilməsinə yeni addımdır. Görünür, 2008-in avqustu tərəfdaşlarımızı heç nəyə öyrətməyib.

Əlli səkkizinci ordu xatırladır və reaksiya verir

Cənub Osetiyanın Gürcüstanla sərhədində durumun mümkün kəskinləşməsinə görə məsuliyyət Tiflis, Brüssel və Vaşinqtonun üzərinə düşür. Bununla belə, Rusiyanın 58-ci ordusu həmsərhəd dövlətlərin şübhəli hərbi fəallığına ənənə kimi manevr və məşqlərlə reaksiya verir. Başqa cür olmaz.

2008-ci il avqust hadisələri Gürcüstan-Amerika tərəfdaşlığının xarakterini tam açıb – alyansın standartları üzrə yaradılmış, təlim almış və silahlandırılmış gürcü birləşmələri Cənub Qafqazda NATO-ya əməliyyat meydanı yaratmaq üçün Cənub Osetiyaya soxularkən.  Lakin hesablamalar yanlış çıxıb və Gürcüstan qoşunları silah və texnikanı ataraq sayca bərabər rəqibin əlindən Sxinvalidən Tiflisədək qaçıb. 2004-2008-ci illərdə ABŞNATO yardımı ilə 20 min nəfərlik Gürcüstan milli silahlı qüvvələri qurulub (buna iki milyard dollar sərf olunub), döyüş vərdişləri İraqda təkmilləşdirilib. Alyans Gürcüstan üçün dağ şəraitində döyüş aparmaq haqda konsepsiya hazırlayıb. Cənub Osetiya ərazisində “konstitusiya qaydalarının nizamlanmasını” bir xeyli gediş öncədən düşünüblər. Yeni taktiki fəndlər hazırlanıb, Transkama boyunca hakim yüksəkliklərdə gizli atəş nöqtələri yaradılıb (Rusiya xüsusi təyinatlıları bu “qartal yuvaları”nı sürətlə söküb).

İki milyadc dollar boş-boşuna itirilib. Nəticədə Gürcüstan-Amerika tərəfdaşlığının nə hərbi-strateji, nə geopolitik vəzifələri yerinə yetirirlib. Qafqazda Rusiyanın  təsiri güclənib. “The American Interest” nəşri xəbər verir: “Gürcüstandakı müharibə və maliyyə böhranı Qafqazda qüvvələt tərtibini Qərbin ziyanına kökündən dəyişən ikiqat zərbə idi”.

NATO bazası və ya qaçqınlar düşərgəsi

Gürcüstan bu arada Rusiyanı dövri olaraq suverenliyə əl uzatmaqda ittiham edir, inadla NATO-ya can atır, Abxaziya və Cənub Osetiya ərazilərinə iddiaları davam etdirir, qüvvə işlətməmək prinsipindən imtina edir. Gürcüstan niyyətlərinin potensialını müvazinətləşdirmək üçün Abxaziya və Cənub Osetiyada ikitərəfli müqavilələr əsasında Rusiya hərbi bazaalrı açılıb, Rusiya sərhədçiləri müstəqil respublikaların Gürcüstanla sərhədlərini qorumağa yardım edir.

NATO-nun Qafqazda vurnuxması son dərəcə şübhəli görünür. Şimal Atlantika alyansı ən yaxın perspektivdə sanki Gürcüstanın Poti limanında sahil mühafizə bazası yerləşdirməyi planlaşdırmır, lakin alyansın istənilən ayrıca hər bir ölkəsi bunu edə bilər. NATO Gürcüstanın taleyini Rusiya ilə müzakirə etmək niyyətində deyil. Və Avropa Birliyində paralel olaraq Gürcüstanda Yaxın Şərq qaçqınları üçün mərkəz yerləşdirmək imkanları müzakirə olunur.

Elə, ya belə, Tiflis vizasız rejim və Qərbyönlü kursa görə bədəl ödəməli olacaq. Amma Gürcüstanda xarici hərbi baza və yaxud mühacirlərin yerləşdirilməsi ideyası Ruriya milli təhlükəsizliyini təhdid edir. Özü də Moskvanın reaksiyası gözlənilən şəkildə mənfi olacaq.

Qeyd etməyinə dəyər ki, Gürcüstan uzun illər boyu yad maraqlara qulluqdan sonra böyük tərəfdaşların sayğısına nail ola bilməyib. Tiflisi bəzən sadəcə saymırlar. Məsələn, Tiflis, demək olar, eyni zamanda iki xarici siyasət iradı alıb: İran xarici işlər naziri Tiflis aeroportunda sərhəd baxışından keçən zaman hicabın açılması tələbinə görə narazılığını ifadə edib, Türkiyə səfirliyi isə 12 avqust Didqorob Gününü qeyri-iş günü elan etməməyi xahiş edib, çünki bayram türklərin döyüşdəki məğlubiyyəti ilə bağlıdır. Gürcüstan tərəfinin reaksiyası iltifatlı olub. Yeri gəlmişkən, döyüşlər barədə. Gürcülər özlərini Donbasda Ukrayna SQ tərəfindəki ən çoxsaylı “xarici legion” dəstəsi sayırlar. 2014-cü ilin aprelindən vuruşur və hesab edirlər ki, onları ümumi düşmən – ruslar birləşdirir. Gürcü “legionerlər” deyirlər ki, Abxaziyada müharibə vaxtı ukraynalılar da onların tərəfindən döyüşüblər. Rusiya Müdafiə Nazirliyinin dərc edilmiş sənədləri şahidlik edir ki, birinci növbədə Cənub Osetiya və Abxaziya xalqlarının müdafiəyə ehtiyacı olub.

Və sonuncusu. Gürcüstan, ABŞ və müttəfiqləri Qafqazda Rusiya, Abxaziya və Cənub Osetiya maraqlarını nəzərə almasa, bundan “layiqli tərəfdaşlar”ın heç biri üçün yaxşı heç nə alınmayacaq.  
(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar