Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Cənubi Qafqazda öz hərbi gücünü niyə artırır? - Səbəb


Azad İsazadə: “Rusiyanın əsas məqsədi öz quru qoşunlarını Yaxın Şərqə,Türkiyəyə, İrana maksimum yaxınlaşdırmaqdır”.


“Biz Rusiyanın hərbi gücdən istifadə edərək Gürcüstanda yeni əraziləri, yəni Bakı-Suptsa neft kəmərinin keçdiyi ərazini nəzarətə götürməsini bir neçə gün əvvəl müşahidə etdik və buna qarşı Qərbin tam susqunluq nümayiş etdirməsi də heç də normal qarşılanmamalıdır”.

Bu fikirləri PİA.AZ-a hərbi ekspert Azad İsazadə Rusiyanın Ermənistanla birgə ordu qruplaşması yaratması ilə bağlı sazişi ratifikasiya etməsi məsələsinə münasibət bildirərkən qeyd edib.

Bu gün Rusiya prezidenti Ermənistanla birgə ordu qruplaşması yaradılması ilə bağlı sazişi ratifikisiya edib. Xatırladaq ki, daha əvvəl Rusiya-Erməbistan birgə ordu qruplaşmasının yaradılması haqqında sazişi hər iki ölkənin parlamentləri ratifikasiya etmişdi.

Dünən isə Gürcüstnanın keçmiş müdafiə naziri, ölkəsinin tanınmış siyasi xadimlərindən olan Dmitri Şaşkin “Pirveli radio”ya müsahibəsində bildirib ki, Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Bunu üçün də Cənubi Osetiyadakı hərbi birləşmələrin sayı artırılır. Keçmiş müdafiə nazirinin fikrincə Rusiya Gürcüstan üzərindən Ermənistana 120 minlik korpus yeridəcək və bu faktiki olaraq Gürcüstanın işğal olunması anlamına gəlir. Eyni zamanda Dmitri Şakin hesab edir ki, Kremlin əsas hədəfi Qarabağdır və gələcəkdə 120 minlik ordudan Qarabağda istifadə olunacaq. 

Putinin Ermənistanla birgə ordu qruplaşması yaradılması ilə bağlı sazişi ratifikisiya etməsi ilə Gürcüstanın sabiq müdafiə nazirinin açıqlamaları arasında hər hansı bir bağlılıq ola bilərmi? Rusiya-Ermənisran bigə ordu qruplamasının yaradılmasında Gürcüstan və Azərbaycanı təzyiq altında saxlamaq və lazım olduğunda bu qruplaşmadan münaqişə zonalarında istifadə məqsədi güdülə bilərmi?

 PİA.AZ-ın əməkdaşı bu suallarla hərbi ekspert, konfiliktoloq Azad İsazadəyə müraciət edib.



Azad İszadə: “Rusiya-Ermənisran bigə ordu qruplamasının yaradılması və atılan digər addımların səbəbi təkcə Qarabağ məsələsi deyil”.


Rusiyanın Cənubi Qafqazda hıərbi gücünü artırmasının səbələrini PİA.AZ-a şərh edən hərbi ekspertin fikrincə, öz hərbi gücünü Cənubi Qafqazda artıran Rusiyanın əsas məqsədi öz quru qoşunlarını Yaxın Şərqə,Türkiyəyə, İrana maksimum yaxınlaşdırmaqdır:

“Ümumiyyətlə, Rusiya-Ermənisran bigə ordu qruplamasının yaradılması və atılan digər addımların səbəbi təkcə Qarabağ məsələsi deyil. Əsas məsələ Rusiyanın Cənubi Qafqazdakı ordu qruplaşmasını gücləndirməsindən və hərbi gücünün artırılmasından ibarətdir və Rusiya hazırda Ermənistanla birgə ordu  qruplaşması yaradaraq bunu edir. Onsuzda Cənubi Qafqaza nəzarət edən Rusiya Gürcüstan və Azərbaycanı özündən daha da asılı vəziyyətə gətirmək istəyir. İstəyir ki, Ermənistan kimi Azərbaycan və Gürcüstanda xarici siyasət məsələlərində, xüsusən də Qərbə və NATO-yla olan münasibətlərdə müstəqil addımlar atmasınlar və bütün prossers Kremlin birbaşa nəzarətində olsun. Rusiya bu hədəfinə şatmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır və Şaşkin demişkən, Cənubi Osetiyadakı qruplaşmanın gücləndirilməsi də bu məqsədə xidmət edir. Rusiya Cənubi Qafqazda öz hərbi gücünü durmadan böyüyür və bu zaman Ermənistandan, Cənubi Osetiyadan və Abxaziyadan yayarlanır. Bu hələlik ancaq nümayiş formasında həyata keçirlə sə də gələcəkdə 2008-ci ildə Gürcüstanda olduğu kimi hərbi gücdən istifadə etməsi də istisna olunmur. Artıq biz Rusiyanın hərbi gücdən istifadə edərək Gürcüstanda yeni əraziləri, yəni Bakı-Suptsa neft kəmərinin keçdiyi ərazini nəzarətə götürməsini bir neçə gün əvvəl müşahidə etdik və buna qarşı Qərbin tam susqunluq nümayiş etdirməsi də heç də normal qarşılanmamalıdır. Rusiyanın bu addım regiondakı təhlükəli vəziyyəti daha da gərginləşdirir. Sözsüz ki, biz bu vəziyyətdə ilk növbədə Qarabağı fikirləşməliyik. Elə bir şərait yaratmaq olmaz ki, Rusiya Dağlıq Qarabağa öz ordusunu yeritsin. Halbuki son zamanlar Ermənistanın cəbhə bölgəsində yol verdiyi təxribatlar ancaq buna xidmət edir. 

Rusiya hələ ki, öz hərbi gücünü Cənubi Qafqazda artırmaqdadır və əsas məqsədi öz quru qoşunlarını Yaxın Şərqə,Türkiyəyə, İrana maksimum yaxınlaşdırmaqdır. Yaxın gələcəkdə biz bunu müşahidə edəcəyik”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar