Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycandakı səfirini geri çağırır


Səfirin geri çağırılacağı haqda xəbər sonradan yığışdırılıb və Rusiya XİN-in mətbuat katibi bununla bağlı sualdan yayınıb


İyulun 5-də Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə iş üzrə komitəsində Azərbaycana yeni səfirin namizədliyi məsələsinə baxıldığı xəbəri yayılıb. 

Xəbərdə bildirilir ki, komitə səfir postuna Georgi Zuyevin namizədliyini təsdiqləyib. G.Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır.

Səfirin geri çağırılacağı haqda xəbər “İnterfaks”da yer alsa da, həmin xəbər sonradan yığışdırılıb və Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə səfirlə bağlı suala birbaşa cavabdan yayınaraq deyib: “Diplomatların yerdəyişməsi XİN-in rotasiya qaydaları əsasında həyata keçirilir. Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir”. 

Qeyd edək ki, hazırkı səfir Vladimir Doroxin 2009-cu ildən Azərbaycanda Rusiyanı təmsil edir. Rusiyanın səfirini məhz indi dəyişməsinin adi rotasiya qaydası ilə bağlı olduğu, yoxsa Azərbaycanla münasibətlərdə soyuqluqdan qaynaqlandığı maraq doğurur.

Politoloq Şahin Cəfərli bildirdi ki, Rusiyanın Azərbaycandakı səfirini dəyişdirməsini rotasiya qaydasında gerçəkləşən prosedur kimi qiymətləndirmək olar. Bu ehtimal daha güclüdür, çünki Doroxin uzun müddətdir Azərbaycanda çalışır və onun əvəzlənməsi bu baxımdan qeyri-standart qərar kimi görünmür. Amma səfir dəyişikliyi elə bir dövrdə baş verir ki, istər-istəməz müxtəlif versiyalar, hətta konspiroloji fikirlər üçün əsas yaranır: “Hazırda Azərbaycan-Rusiya münasibətləri, yumşaq desək, heç də ən yaxşı dövrünü yaşamır. Son aylarda istər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın, istərsə də nazir Sergey Lavrovun özünün Azərbaycanla bağlı ritorikasında soyuqluq və sərtləşmə hiss olunur. Rəsmi Bakının bütün etirazlarına və çağırışlarına baxmayaraq, Rusiyada Azərbaycan hakimiyyətinə yaxın olan ən böyük diaspora təşkilatının fəaliyyəti dayandırıldı. Bu, artıq münasibətlərdə yaranmış soyuqluğu açıq şəkildə ortaya qoyan hadisə idi. 

Füzulinin Alxanlı kəndində baş vermiş faciədən sonra isə Rusiya tərəfinin davranışları daha da diqqəti cəlb edir. Rəsmi Moskva azərbaycanlı dinc sakinlərin öldürülməsindən sonra gözlənilmədən Rusiya vətəndaşı olan ermənilərin Bakıda, hava limanında incidilməsi məsələsini gündəmə gətirdi və ardıcıl 2 gün bu barədə bəyanat yaydı. Bəyanatların, xüsusən ikinci açıqlamanın məzmunu kifayət qədər sərtdir. Azərbaycan iki ölkə arasında imzalanmış ”Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" müqaviləni, “Vətəndaşların vizasız səfərləri barədə” hökumətlərarası sazişi, “Dostluq və strateji tərəfdaşlıq haqqında” bəyannaməni pozmaqda ittiham olunur. Xəbərdarlıq edilir ki, Rusiya yaranmış vəziyyətə uyğun nəticələr çıxaracaq. Bu, o deməkdir ki, Rusiya da öz növbəsində bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarına, eləcə də orada çalışan azərbaycanlı miqrantlara problemlər yarada bilər. Hətta vizasız rejim barədə sazişi və strateji tərəfdaşlıq haqqında sənədi xüsusi xatırladaraq Bakıya mesaj verirlər ki, Rusiya bu sənədlərdən çıxmaq məsələsini də müzakirə edə bilər. Etiraf edilməsə də, bütün bunlar o mənaya gəlir ki, Azərbaycan-Rusiya münasibətləri soyuqluq mərhələsinə daxil olub, hətta böhrana doğru irəliləyir. Belə bir məqamda yeni səfirin təyin olunması şübhəsiz ki, diqqəti cəlb edir".

Ş.Cəfərlinin fikrincə, ola bilsin yeni səfir Zuyev hansısa yeni missiya ilə bura gələcək: “Doroxin uzun illər Azərbaycanda qalmasına baxmayaraq, çox passiv diplomat idi. Azərbaycan ictimaiyyəti onu demək olar ki, tanımadı və ya az tanıdı. Düzdür, Qərb dövlətlərindən fərqli olaraq, Rusiyanın xarici siyasətində belə xətt var ki, bu ölkənin səfirləri yalnız hakimiyyətlərlə təmas qururlar, çalışdıqları ölkələrin qeyri-hökumət sektoru, müxalifəti ilə ünsiyyətə həvəs göstərmirlər. Lakin mən inanmıram ki, Rusiya XİN səfirlərin yerli media ilə əlaqələrinə qadağa qoysun. Məsələn, Doroxindən əvvəlki səfir İstratov çox fəal və mediaya açıq diplomat idi. O, çox tez-tez mətbuata açıqlamalar və müsahibələr verirdi. Doroxin isə fərqli bir səfir profili sərgilədi və ictimaiyyət üçün ”qara qutu" kimi qaldı. Yeni səfir Zuyev, qeyd etdiyimiz kimi, dövlətlərarası münasibətlər baxımından heç də asan olmayan bir dövrdə Azərbaycana gəlir. Yəqin bizim orta və yaşlı nəslin yadındadır ki, Rusiyanın buradakı ilk səfiri Valter Şoniya Azərbaycana qarşı aqressiv mövqedə idi və bunun səbəbi həmin dövrdə mövcud olan Rusiya-Azərbaycan münasibətlərinin xarakterindən qaynaqlanırdı. İndi Zuyev Moskvada alacağı təlimatlara uyğun olaraq Şoniya kimi də ola bilər, İstratov və ya Doroxin kimi də...".

Politoloq Elşən Mustafayev də hesab edir ki, Zuyevin təyinatı ilə bağlı ilk baxışda deyilə bilər ki, bu, adi diplomatik rotasiyadır və 8 il bir ölkədə işləmiş səfirin dəyişdirilməsi normal haldır, hətta işlədiyi müddəti nəzərə alsaq, bu, daha tez baş verməliydi. Digər tərəfdən, Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi bu seçkilərdə xüsusi marağı olan Rusiyanın səfirinin məhz indi dəyişdirməsi də düşünmək üçün suallar doğurur: “Doğrudan da iki ölkə arasında soyuqluğun yaranması müəyyən məsələlərdə özünü göstərməyə başlayıb. Bu, davamlı olacaqmı və ya olmayacaqmı, demək çətindir. Amma bu gün üçün bu prosesin olması faktları var. Yeni səfir bu təyinata qədər Rusiya XİN-in kadrlar departamentinin direktor müavini olub. Bu cür təşkilatlarda belə əhəmiyyətli vəzifələrə təyin olmaq üçün diplomat olmaq kifayət etmir. Digər mühüm ”məktəbləri" keçmək də əsasdır. Hər halda, indidən onu demək olar ki, Rusiya regionda marağı olan dövlətə geniş spektrli fəaliyyət bacarığı olan səfirini göndərir. Hər halda, Azərbaycan tərəfi də bunu bilməmiş deyil". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar