Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Azərbaycanda Ukrayna variantı yarada bilərmi? - Politoloqların rəyi


Zərdüşt Əlizadə: «Rusiya bilir ki, yürütdüyü siyasət nəticəsində Azərbaycan Ermənistanla heç vaxt vahid iqtisadi-siyasi-hərbi məkanda ola bilməz»


Qabil Hüseynli: «Ən azından ətraf rayonların geriyə qaytarılması prosesi başlaşasaydı, belə olan halda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə getməsini diplomatik manevr kimi qəbul etmək olar və normal qarşılanar»

Son zamanlar Qərb-Rusiya qarşıdurması çərçivəsində Azərbaycanın yenidən Avrasiya İqtisadi Birliyinə cəlb olunması gündəmə gətirilib. Bu barədə məlumat yayan mətbu orqanlar bildirib ki, Rusiya tərəfi Dağlıq Qarabağ probleminin həlli olmadan Azərbaycanın qarşısına belə bir tələb qoyub. Bəs Azərbaycan bundan imtina edərsə, Rusiyanın Ukraynada olduğu kimi Ermənistan vasitəsi ilə Azərbaycana hərbi müdaxiləsi nə qədər mümkündür? Və belə bir hadisə baş verərsə, Qərb Azərbaycanı Ukraynanı müdafiə etdiyi kimi müdafiə edərmi?

PİA.AZ-ın əməkdaşı bu suallarla politoloqlara müraciət edib.

Ərəstun Oruclu: «Rusiyanın öz ətrafında yaratdığı münaqişələr Rusiyaya qarşı çevrilir»

Politoloq Ərəstun Oruclunun fikrincə,  Azərbaycan Avrasiya İqtisadi Birliyindən açıq şəkildə imtina etsə, Rusiya tərəfindən müxtəlif formada təzyiq olacaq:

«Fikrimcə, Azərbaycan Avrasiya İqtisadi Birliyindən açıq şəkildə imtina etsə, Rusiya tərəfindən müxtəlif formada təzyiq olacaq. Ancaq imtina etməsi səbəbindən Qərb Azərbaycanı müdafiə edəcək. Çünki Qərb hədəfdə olan Rusiyanın təsir dairəsini genişləndirməsinə yol verməməkdir. Düşünürəm ki, Rusiya bu prosesə dəstək verəcəksə, Qərb təcəavüzə məruz qalan tərəfi müdafiə edəcək. O cümlədən də Azərbaycanı».

Eyni variant Gürcüstanın NATO ilə yaxınlaşdığı zaman təkrarlana bilərmi və Rusiyanın Cənubi Qafqazda Qərbə qarşı ikinci cəbhə açması nə qədər realdır, sualını cavablandıran politoloq Rusiyanın ikinci cəbhə açmaq üçün resurslarının yetmədiyini bildirib:

«Hesab etmirəm ki, Rusiyanın o qədər böyük imkanları var. Təbii ki, Rusiya ətrafını qarışdıra bilər, amma bu qarışdırmanın son nəticədə ən pis effekti özü üçün olacaq. Rusiya nə qədər öz sərhədlərində, öz hüdudlarında müxtəlif münaqişələr yarada bilər? Sonradan bu münaqişələrin hər biri Rusiyaya qarşı çevriləcək. Ona görə də Rusiyada digər vasitələrdən istifadə edərək Azərbaycanı və Gürcüstanı Avrasiya İqtisadi Birliynə cəlb etməyə çalışacaq.


Qabil Hüseynli: «İnanmıram ki, Azərbaycan hər hansı bir bazarlıqsız,
Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinə dair razılaşma olmadan bu
məsələyə getsin»

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Azərbaycan üçün Avrasiya İqtisadi Birliyinə daxil olmaq Rusiya qarşısında çox böyük güzəştə getməkdir:

«Birmənalı cavab verilməsi çətin olan məsələdir. Çünki Azərbaycan üçün Avrasiya İqtisadi Birliyinə daxil olmaq Rusiya qarşısında çox böyük güzəştə getməkdir. İnanmıram ki, Azərbaycan hər hansı bir bazarlıqsız, Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinə dair razılaşma olmadan bu məsələyə getsin. Dağlıq Qarabağ məsələsində əlimizdə müəyyən irəliləyişlər olandan sonra bu məsələ gündəmə gəlsə daha yaxşı olardı. Ən azından ətraf rayonların geriyə qaytarılması prosesi başlaşasaydı, belə olan halda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə getməsini diplomatik manevr kimi qəbul etmək olar və normal qarşılanar. Amma Azərbaycan Avrasiya İqtisadi Birliyindən imtina edərsə, Ukraynada baş verən hadisələr burada baş verə bilməz. Çünki Azərbaycan Ukrayna kimi Avropa İttifaqına, NATO-ya can atmır və öz ərazisində həmin qurumun silahlı birləmələrini yerləşdirmək istəmir. Güman edirəm ki, Azərbaycan imtina etsədə, Rusiya ilə münasibətlərini qoruyub saxlaya bilər. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməyə can atır amma bu Azərbaycan üçün baş ağrısına çevrilə bilər. Yəqin ki, Azərbaycan Rusiya qarşısında ciddi şərtlər qoyaraq Avrasiya İqtisadi Birliyinə girə bilər».

Gürsüstana gəlincə isə politoloq bildirib ki, Rusiya bu məsələlərdə yüz ölçüb-bir biçməlidir:

«Bu məsələləri proqnozlaşdırmaq çətindir. Rusiyanı həmişə indi gördüyümüz kimi görə bilməyəcik. NATO-nu da indiki siyasətdə görə bilməyəcik. Yəni Gürcüstan məsələsi kimi Azərbaycan məsələsi də ağrılı mövzudur. Ona görə də Rusiya bu məsələlərdə yüz ölçüb-bir biçməlidir».

Zərdüşt Əlizadə: «Qərb Ukraynanı müdafiə etmir»

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə girməsi gündəmdə deyil:

«Öncəliklə deyim ki, Qərb Ukraynanı müdafiə etmir. Əgər bir ölkə başqa bir ölkəyə təcavüz edirsə, ərazisini işğal edirsə, oraya qoşun göndərilməklə kömək edə bilər. Amerika Ukraynaya qoşun göndərməyib. Çünki çox gözəl anlayır ki, Rusiya ilə hərbi münaqişə ona lazım deyil. Digər tərəfdən Azərbaycanın Avrasiya İqtisadi Birliyinə girməsi gündəmdə deyil. Rusiya bilir ki, yürütdüyü siyasət nəticəsində Azərbaycan Ermənistanla heç vaxt vahid iqtisadi-siyasi-hərbi məkanda ola bilməz. Ona görə belə xəyallardan uzaqdır. Sadəcə Rusiya istəyir ki, Azərbaycan Qərbə inteqrasiya etməsin, bunu Azərbaycan hakimiyyəti də istəyir. Niyyətlər üst-üstə düşdüyünə görə Azərbaycan höküməti ilə xoş münasibətləri var. Rusiya münaqişədən istifadə edir, şirnikləşdirici və təhrikedici alət kimi Azərbaycandan qazanır. Ümumiyyətlə Avrasiya İqtisadi Birliyi boş söhbətdir. Belarusiyanın, Qazaxıstanın da Avrasiya İqtisadi Birliyindən heç bir gözləntisi yoxdur. Bu məsələni ciddi müzakirə etməyə dəyməz».

Politoloq Gürcüstan üçün də Rusiya tərəfindən ciddi təhlükə gözləmir:

«Gürcüstanda NATO-ya getmir. Gürcüstan açıq elan etsə ki, əlvida Cənubi Osetiya, əlvida Abxaziya. Ondan sonra NATO-ya girmək məsələsi ciddi söhbət mövzusu ola bilər. İndi sadəcə elə-belə söz olaraq deyirlər ki, Qərbə inteqrasiya edirik».

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar